/ / “ADA” Universitetinin məzun buraxılışı çərçivəsində “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib
“ADA” Universitetinin məzun buraxılışı çərçivəsində “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib
30.04.2016 [09:15]
Aprelin 29-da “Gülüstan” sarayında “ADA” Universitetinin məzun buraxılışı və “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
“ADA” Universitetinin məzun buraxılışı daha bir vacib ənənə ilə üst-üstə düşüb - “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Həmin gün həm də “ADA” Universiteti milli təhsilimizdə göstərdiyi xidmətin 10 illik yubileyini qeyd edib.
Tədbir Azərbaycan Dövlət bayrağının salona gətirilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib.
“ADA” Universitetinin prorektoru Emin Hüseynov bildirib ki, bu gün universitet üçün böyük hadisədir. Bu il bakalavr üzrə ilk buraxılışdır. “Beynəlxalq təhsil sənəti” bakalavrı üzrə 20, “Biznes idarəçiliyi” bakalavrı üzrə 38 məzun buraxılır. Həmçinin 2 ixtisas üzrə 29 magistr olub. Onlar Azərbaycan, Əfqanıstan, Yaponiya, Keniya, Monteneqro, Qırğızıstan, Rusiya, Serbiya, Suriya, Zambiya ölkələrindəndir.
Məzunlara diplomlar təqdim edilib.
Rektor Hafiz Paşayev məzunları təbrik edib.
“ADA” Universitetinin builki məzun buraxılışı Fikrət Əmirovun “1001 gecə” baletindən fraqmentin səsləndirilməsi ilə müşayiət olunub.
Sonra çıxış edən “ADA” Universitetinin birinci prorektoru Qalib Məmmədov Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı apardığı mübarizədən danışıb. Vətən uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qalib Məmmədov bildirib ki, “ADA” Universiteti bu dövlətin, bu xalqın sayəsində yaradılıb. Buna görə də təhsil ocağı istedadlı gəncləri tapıb oxutmalıdır. Bu məqsədlə təqaüd fondu təsis edib. İki həftə ərzində bu fonda 1 milyon manatdan çox vəsait toplanıb. İlin sonunadək həmin vəsaitin 3 milyon manata çatacağı gözlənilir. Bu vəsaitin hesabına Vətən uğrunda şəhid olanların övladları təhsil alacaq.
Qeyd edək ki, “ADA” Universitetinin tələbələri tədris ili ərzində vətəndaşlıq məsuliyyəti və ictimai fəallığa istiqamətlənən layihələr həyata keçirir. Bu il də istisna olmayıb. Ən yaxşı layihələr müəllim və tələbələrdən ibarət münsiflər heyəti tərəfindən seçilib və Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülüb. Builki qaliblər 22 layihə arasından seçilib. Mükafata layiq görülən layihələrlə tanışlıqdan sonra Hacı Zeynalabdin Tağıyev mükafatının təqdimatı keçirilib. İki layihə birinci yerə layiq görülüb.
Tədbirdə Azərbaycan maarifçiliyində xidmətləri olan şəxslər haqqında məlumat verilib. “ADA” Universitetinin məzunları haqqında videoçarx nümayiş olunub.
Tədbirin bayram əhval-ruhiyyəsini artıran dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin ifasında Aqşin Əlizadənin “Cəngi”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən musiqi parçaları olub.
Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə dəfələrlə qayıdılıb. Bildirilib ki, aprelin əvvəlində bütün dünyanın gözü Azərbaycanda idi. Dörd gün bütün Azərbaycan ayaq üstə idi. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 il ərzində ən irimiqyaslı döyüşlər baş verib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçirilib. Milli Ordumuz bizə qələbə sevinci yaşadıb. Amma bunun ağrı-acısı da olub. Şəhidlik zirvəsinə ucalmış igid oğulların xatirəsi Qara Qarayevin “Matəm odası” əsərinin müşayiəti ilə anılıb.
“ADA” Universitetinin 10 illik yubileyi ilə əlaqədar çıxış edən akademik Roald Saqdeyev universitetin rektoru, professor Hafiz Paşayevlə onun hələ müstəqil Azərbaycanın Birləşmiş Ştatlarda ilk səfiri olarkən görüşlərini, söhbətlərini xatırlayıb. Diqqətə çatdırıb ki, söhbətlərdən birində Hafiz Paşayev öz arzusu ilə bölüşdü və bu arzusunun Azərbaycanda diplomatik akademiyanın açılması olduğunu bildirdi. Bu gün isə bu arzu artıq reallığa çevrilib və “ADA” Universiteti öz 10 illik yubileyini qeyd edir. “Mən bu arzunun gerçəkləşəcəyinə inanırdım, amma özümün burada dərs deyəcəyimi təsəvvür etməzdim”, - deyən Roald Saqdeyev çıxışını Benjamin Franklinin “Öz pul kisəni beyninə boşalt. Biliyə sərmayədən yaxşı heç nə yoxdur” sözləri ilə yekunlaşdırıb.
“ADA” Universitetinin rektoru Hafiz Paşayev universitetin ilk bakalavr sinfinin məzun olması münasibətilə sevinc hissi keçirdiklərini bildirib. Qeyd edib ki, tədbirin bu əzəmətli sarayda keçirilməsinin rəmzi mənası var. Belə ki, 1994-cü ildə “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin imzalanması olub. Məhz bu zalda uzaqgörən lider Heydər Əliyev müasir Azərbaycanın təməl daşını qoyub. Məhz burada ölkənin “qara qızıl” sərvətinin çətinliklə qazanılmış müstəqilliyimizin möhkəmlənməsinə yönəlməsi haqda qərar imzalanıb. Onun nəticəsidir ki, bu məkanda keçirilən mərasim “insan qızılı” haqqındadır. Prezident İlham Əliyevin Diplomatik Akademiyanın yaradılması ilə bağlı tapşırığından söhbət açan Hafiz Paşayev o vaxt bu istiqamətdə atılan addımlardan danışıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib. Məzunları və valideynləri təbrik edən Mehriban Əliyeva ölkəmizdə təhsil sahəsinə göstərilən diqqətdən danışıb. Hər bir ölkənin, millətin gücünün onun intellektual potensialında olduğunu deyən Azərbaycanın birinci xanımı ölkəmizin bütün sahələrdə inkişaf etdiyini bildirib.
Tədbirdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səslənib.
Mərasim atəşfəşanlıqla yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23

