TEAS: Qonşunun torpağını işğal edənlər bunun onlara baha başa gələcəyini bilməlidir
19.05.2016 [10:07]
“Euronews” telekanalının saytında Dağlıq Qarabağ münaqişəsindən bəhs edilib
“Euronews” telekanalının saytında Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən hazırlanmış məqalə yerləşdirilib.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, saytda məqaləyə əlavə olaraq TEAS-ın direktoru Lionel Zetterin münaqişəyə dair videoşərhi də yer alıb.
Məqalədə vurğulanır ki, vətəndaşlarının hərəkətlərini hüquqi qanunlar çərçivəsində tənzimləməyən dövlət mövcud olmadığı kimi, dünya da beynəlxalq hüquq normaları olmadan keçinə bilməz. Beynəlxalq hüququn əsasını isə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı təşkil edir.
Ərazi bütövlüyünün pozulmasının müharibəyə, hərc-mərcliyə və qırğına gətirib çıxardığına diqqət çəkən müəllif yazır: “Son iyirmi beş ildə biz Cənubi Qafqazda məhz bunları görürük. Beynəlxalq hüququn bu vacib prinsipini təşviq edən və həmin prinsip pozulduğu halda sanksiyalar tətbiq edə bilən beynəlxalq təşkilatın müdaxiləsi zəruridir. Öz qonşuluğunda yerləşən dövlətin torpağını işğal edənlər bunun onlara baha başa gələcəyini bilməlidir”.
Məqalədə BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul etdiyi xatırladılır. Qeyd olunur ki, bu qətnamələrdə erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun Azərbaycan torpaqları olması göstərilir və erməni qəsbkarlarının işğal edilmiş ərazilərdən qeyd şərtsiz çıxarılması tələb edilir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təşkilatlar da eyni mövqeyi dəstəkləyirlər. Bununla belə, BMT-nin mövqeyi münaqişənin həlli üçün kifayət etməlidir. Azərbaycan torpaqlarının işğalına görə Ermənistanın məsuliyyəti Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən “Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf rayonların üzərində effektiv nəzarət həyata keçirilir” kimi ifadə ilə də təsdiqlənib.
Həmçinin vurğulanır ki, Ermənistan silah gücünə yaratdığı oyuncaq “dövləti” bu günədək özü də tanımayıb. Əlbəttə, ermənilərə öz vətənləri olan Ermənistan lazımdır. Ermənistanın iqtisadiyyatı çox zəifdir və əhalisinin sayı gündən-günə azalır. Bu, onun işğalçılıq mövqeyindən əl çəkməsi, beynəlxalq yardımlardan asılılığını azaltmaq məqsədilə iqtisadiyyatını gücləndirməsi üçün əsasdır.
Məqalədə Azərbaycanda hökm sürən multikultural mühitdən də bəhs edilir. Diqqətə çatdırılır ki, Azərbaycanda ermənilər hər zaman yaxşı yaşayıb, Dağlıq Qarabağa ən yüksək səviyyəli muxtariyyət təklif olunub. Azərbaycan hökuməti və xalqı, yüz minlərlə qaçqın və məcburi köçkün ailələri uzun illərdir ki, bu vəziyyətə səbirlə dözür. ATƏT-in Minsk qrupunun problemin həllinə diplomatik yolla nail olmaq üçün çox şansı olub. Qrup Madrid prinsiplərini irəli sürüb. Bu prinsip azərbaycanlıların və ermənilərin yenidən bir yerdə yaşamasını nəzərdə tutur. Azərbaycan bunu qəbul, Ermənistan isə rədd edir. Status-kvo Ermənistanın işğal edilmiş əraziləri əlində saxlamasıdır, münaqişənin həllinə dair danışıqlar isə status-kvonu dəyişə bilər.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bəyan edib ki, adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Onlara yüksək qayğı göstərilməsinə baxmayaraq, hər biri öz dədə-baba torpaqlarına qayıtmağa can atır. Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun işğal altındakı torpaqlarda ailə üzvlərinin məzarlarını ziyarət etmək cəhdlərinin Ermənistan tərəfindən zorakılıqla qarşılanmasının qeyd olunduğu məqalədə deyilir ki, onlardan biri öldürülüb, digər ikisi isə ömürlük həbsə məhkum edilib. İşğal edilmiş ərazilərdə ermənilərin qəddar rəftarlarının şahidi olmalarına baxmayaraq, azərbaycanlı qaçqınlar və məcburi köçkünlər əsrlər boyu olduğu kimi, yenə də erməni qonşuları ilə bir yerdə yaşamaq istədiklərini bildirirlər.
Mono-etnik Ermənistandakı vəziyyətdən fərqli olaraq Azərbaycanda yəhudi, pravoslav, katolik və protestant icmaları birgə sülh şəraitində yaşayırlar.
Məqalədə sülhün hələ də mümkün olduğu, lakin bunun suverenlik və ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri üzərində qurulmasının vacibliyi vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33

