/ / Sahibə Qafarova Stokholmda AŞ PA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında çıxış edib
Sahibə Qafarova Stokholmda AŞ PA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında çıxış edib
19.05.2016 [10:21]
İsveçin paytaxtı Stokholmda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçirilib. İclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, AŞ PA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova da iştirak edib. İclasda Sahibə Qafarova müzakirə olunan məsələlərlə bağlı çıxış edib. Onun sözlərinə görə, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində əsas beynəlxalq sənədlər olan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, insan haqları üzrə Ümumi Bəyannamədə və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərdə, xüsusilə də Qadınlara Münasibətdə Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında Konvensiyada və Uşaq Hüquqlarına dair Konvensiyada, eləcə də Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması haqqında Bəyannamədə və İnkişaf Hüquqlarına dair Bəyannamədə fikir, vicdan, din və əqidə azadlığı hüquqları daxil olmaqla qadınların vəziyyətinin yaxşılaşdırılmasına və imkanlarının genişləndirilməsinə, beləliklə də, qadınların və kişilərin mənəvi, etik, ruhi və intellektual tələblərinin fərdi və ya başqaları ilə birlikdə təmin olunmasına, bunun vasitəsi ilə onlara öz şəxsi arzularına müvafiq həyatlarını formalaşdırarkən cəmiyyətdə öz potensiallarını tam həyata keçirmələrinə şəraitin yaradılması öz əksini tapıb: “Amma çox təəssüflər olsun ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar bəzi hallarda real bərabər imkanların olmaması üzündən gerçəkləşə bilmir. Ümumdünya insan hüquqları təşkilatlarının apardıqları araşdırmalar və əldə olunan statistik göstəricilər də qadınların böyük bir hissəsinin bu və ya başqa formalarda hüquqlarının pozulduğu, zorakılığa və təzyiqlərə məruz qalması faktlarını ortaya qoyur”.
Diskriminasiyanın qarşısının alınması və bərabər imkanların təmin olunması istiqamətində Azərbaycan dövlətinin əldə etdiyi uğurları diqqətə çatdıran S.Qafarovanın sözlərinə görə, ölkəmizin bu sahədə təcrübəsi bir sıra dövlətlər üçün də uğurlu bir seçim ola bilər. O, xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk demokratik respublika olub. Bu gün də Azərbaycan tarixi ənənələrinə sadiqlik nümayiş etdirir və gender bərabərliyinin təmin olunması yönündə geniş tədbirlər reallaşdırır. Buna misal olaraq, Sahibə Qafarova Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uğurlu fəaliyyəti, Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin yaradılması, ölkəmizin bu sahədə zəngin qanunvericilik bazası və digər məqamları diqqətə çatdırıb.
Komitə sədri deyib ki, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarının təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialından səmərəli faydalanma kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər.
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33

