/ / Qurultay çərçivəsində “Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma” mövzusunda müzakirələr aparılıb
Qurultay çərçivəsində “Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma” mövzusunda müzakirələr aparılıb
04.06.2016 [09:32]
İyunun 3-də Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində “Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri” mövzusunda panel sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasa Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov moderatorluq edib. O, Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi nitqin əhəmiyyətini vurğulayıb, bu baxımdan panelin mövzusunun aktuallığını qeyd edib.
AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev məruzə ilə çıxış edərək 2016-cı ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa edilməsinin 25 ilinin tamam olduğunu xatırladıb. Qeyd edib ki, bu müddətdə Azərbaycan tarixi nailiyyətlər əldə edib və dünyanın ən yüksək texnologiyalarına əsaslanan, özünün kosmik peyki olan bir ölkəyə çevrilib. Lakin dünyada qlobal səviyyədə informasiya müharibəsinin aparıldığı yaddan çıxmamalıdır. Doğrudur, Azərbaycanda hökumət səviyyəsində informasiya sahəsində mühüm işlər görülür. Lakin virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyini qorumaq, vahid məkandan fəaliyyəti əlaqələndirmək lazımdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə tədqiqatçı, “Türküstan və Cənubi Qafqaz: daşnaklar Fərqanədən Qarabağadək” kitabının müəllifi Şuxrat Salamov (Özbəkistan) çıxış edərək Azərbaycan və özbək xalqlarının ortaq tarixi və mədəniyyətindən söhbət açıb.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, Türkdilli Diasporların Ukrayna Regional Mərkəzinin icra katibi, hüquq elmləri üzrə fəlsəfə doktoru Hikmət Cavadov məruzəsində informasiya məkanında xarici KİV-lərdə çıxış etməyin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, xarici KİV-lərin böyük əksəriyyətinin biznes strukturu olması nəzərə alınmalıdır. Bu baxımdan müvafiq istiqamətdə fondun təşkili, eləcə də KİV-lərlə bağlı koordinasiya mərkəzinin yaradılması və bu işə peşəkar jurnalistlərin cəlb edilməsi faydalı olar.
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Mahir Həmzəyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən söhbət açıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Litva, latış, eston xalqlarının təcrübəsindən bəhrələnməyi təklif edib.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun birinci müavini Samir Məmmədov məruzəsində informasiya platforması yaratmağın zəruriliyini vurğulayıb.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür (Almaniya) beynəlxalq təşkilatların nizamnamə və digər sənədlərində xalqların hüququna dair müddəaların real hadisələrə tətbiqində ikili standartların olduğundan söz açıb.
İsrail Dövlətində “Justice for Khojaly” beynəlxalq kampaniyasının rəsmi əlaqələndiricisi, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq əlaqələr üzrə ekspert, Hayfa Universitetinin doktorantı Arye Qut məruzəsində bildirib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Son iki ildə Azərbaycana jurnalistlərdən ibarət nümayəndə heyətləri gəlir. Azərbaycanın geosiyasi gücünün artmasını, iqtisadi yüksəlişini vurğulayan A.Qut iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini qeyd edib və bu əlaqələrin davam etməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Hyuston Mərkəzi, Hyuston Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova məruzəsində xaricdə yaşayan azərbaycanlıların üzərinə ölkəni təmsil etmək baxımından böyük məsuliyyət düşdüyünü söyləyib.
Avropa Azərbaycanlıları Konqresi İcraiyyə Komitəsinin üzvü, “Vətən” cəmiyyətinin sədri Səfər Sadiqi (Danimarka) türk diasporu ilə birgə fəaliyyət göstərməyin əhəmiyyətindən danışıb.
Daha sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb və təkliflər irəli sürülüb.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

