Azərbaycanın incisi - Şuşa
08.05.2009 [14:46]
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Şuşa şəhərini işğal etməsindən 17 il ötür. Düşmən bölmələri bir neçə gün davam edən hücumlardan sonra 1992-ci il mayın 8-də Şuşanı işğal edib. 289 kv/km ərazisi olan Şuşanın işğalı zamanı 480 nəfər günahsız insan qətlə yetirilib, 600 nəfər yaralanıb, 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 68-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, 25 minə yaxın insan məcburi köçkünə çevrilib. Ermənilər Şuşada 279 mədəni, tarixi və dini abidəni, 2 sanatoriyanı, 70 yerlik turist bazasını, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıb, talan edib, erməniləşdiriblər. Şuşa Dövlət Dram Teatrı, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın ev muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, məşhur Gövhar Ağa və daha bir neçə məscid hazırda işğal altındadır.
Onu Firudin bəy Köçərli “Zaqafqaziyanın Şirazı” adlandırmışdı. Bu gün əsrlər boyu Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olan Şuşanın işğalından 17 il ötür. Şuşa işğal altında yaşadığı daha bir ili, şuşalılar isə qaçqınlıqda keçən ömrün növbəti ilini geridə buraxdı. Qarşıda isə qələbə ümidli günlər, uğurlu illər var. Şuşanın da, şuşalıların da gözü məhz həmin illərin yolundadır...
XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilən Şuşanı yarandığı ilk illərdə Pənahəli xanın şərəfinə Pənahabad adlandırıblar. çox keçməyib ki, Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. İşğala qədər rayon mərkəzi kimi fəaliyyət göstərib. Şuşanı məşhurlaşdıran, sevdirən isə təbiəti ilə yanaşı insanları, musiqisi olub. “Şərqin konservatoriyası” adlandırılan Şuşa Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir. Qədim memarlıq və incəsənət abidələrini isə sadalamaqla qurtarmaz. Bəzi mənbələrdə göstərilib ki, işğala qədər şəhərdə qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi olub. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuş Səməd bəy Mehmandarovun, dahi bəstəkar üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, qala divarı Şuşanın siması idi. İndi bu sima güllələnmiş abidələrdən, dağıdılmış infrastrukturdan, xaraba qalmış şəhərdən ibarətdir.
Əsrlərdən bəri davam edən erməni təcavüzünün ilk qurbanlarından biri məhz Şuşa olub. 1905-1906-cı illərdə Cənubi Qafqazda erməni və türk müsəlmanlar arasında ən kəskin döyüşlər Gəncə quberniyasının Şuşa və Gəncə şəhərlərində olub. Əsrin sonlarında növbəti təcavüz isə Şuşanın işğalını gerçəkləşdirdi...
Şuşa Sovet hakimiyyəti illərində xüsusilə, ötən əsrin 70-ci illərində özünə gəlməyə başlayıb. Bu illərdə Şuşanın ən sürətli inkişafı ulu öndər Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edib. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev 1982-ci ilin yanvarında Şuşada olub. Şuşalıların o gündən maraqlı xatirələri də var. Rayon icra başçısının müavini Atamoğlan İbrahimovun sözlərinə görə, Şuşa şəhərinə qalxa bilməyən maşını şuşalılar şəhərə əllərində qaldırıb. Bu sevgi 70-ci illərdən sürətlənən inkişafın göstəricisi idi.
ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyət illəri (1969-1982-ci illər) Şuşanın tez bir zamanda kurort şəhərinə çevrilməsi ilə nəticələnib. Şuşanı qoruq şəhəri elan edən Heydər Əliyev tarixi abidələri bərpa etdirib. Ulu öndərin Şuşaya gəlişi də Molla Pənah Vaqifin məqbərəsinin açılışı ilə bağlı olub. Həmin illərdə Şuşada ümumittifaq əhəmiyyətli sanatoriya və turist bazası istifadəyə verilib. Şirlan kəndindən şəhərə mineral Turşsu xətti çəkilib. Səhiyyə, təhsil, sənaye obyektləri istifadəyə verilib.
A.İbrahimovun sözlərinə görə, Şuşada fəaliyyət göstərən Şərq Alətləri Fabriki hətta Şərqdə Asiya ölkələrini musiqi alətləri ilə təmin edən yeganə müəssisə olub.
Əsrin sonunda baş verən növbəti təcavüz bu inkişafı birdəfəlik dayandırıb və Şuşa süqut edib. Bu süqut böyük məbləğdə maddi vəsait və mənəvi ziyanla müşayiət olunub. 37 kənd, 1 qəsəbə və 1 şəhər - bütövlükdə Şuşa rayonu işğal olunub. 6800 yaşayış evi dağıdılıb. Nəticədə 28 min nəfərədək rayon əhalisi qaçqın düşüb. Onlar hazırda 50 rayon və şəhərdə, 200 yaşayış məntəqəsində məskunlaşıb. Dəymiş ziyanın dəyəri isə hər hansı rəqəmlə ölçülə bilməz. Atamoğlan İbrahimovun sözlərinə görə, ermənilər Şuşada elə abidələri məhv edib ki, onun nəinki mənəvi dəyərini, hətta maddi dəyərini hesablamaq çətindir: “Şuşada Pənah xan dövrünün abidələri olub. Onların qiymətini hesablamaq çox çətindir. Qızıl pulla hazırlanmış, əllə cilalanmış abidələri nə qaytarmaq, nə bərpa etmək, nə də yenidən hazırlamaq mümkündür. Başqa bir tərəfdən, dəymiş ziyan yaradılan xüsusi komissiyada hesablanmalıdır”.
1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 ha ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib.
Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500-2000 ədəd palıd ağacı doğranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazilərində müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərə baxaraq, təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb:
Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunur.
Şuşa şəhərinin yuxarı hissəsində Dörd yol adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində 200-ə yaxın müxtəlif növ iri diametrli çoxillik ağaclar kəsilib, ondan bir qədər irəlidə yolun sağında isə ağaclar bütünlüklə qırılıb.
Zarıslı kəndində bütün ağaclar, o cümlədən, məktəb həyətində olan dekorativ və meyvə ağacları tamamilə məhv edilib.
Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsi qırılaraq geniş düzənlik açılıb və orada tikintilər inşa edilib.
İtkilərimiz bununla bitmir. Şuşa uğrunda döyüşlərdə 300-dən artıq şəhidimiz var. Onların 196 nəfəri əslən şuşalılardır. Şuşa uğrunda döyüşlərdə 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası və 1200 yerlik internat dağıdılıb.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 17:24
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53

