“Jewish Journal” Azərbaycanda yəhudilərə tolerant münasibətdən yazır
30.06.2016 [10:00]
Amerikanın “Jewish Journal” qəzeti Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Müsəlman torpağında yəhudi parlamentariləri” sərlövhəli məqaləsini dərc edib. Müəllif məqalədə Birləşmiş Ştatlarda artan antisemitizm problemindən və qeyri-tolerant şəxslərin amerikalı yəhudilərə hücumlarından yazır. “Anti-Defamation League”in hesabatına görə, 2015-ci ildə ABŞ-da yəhudilərə fiziki və virtual hücumların sayı ondan əvvəlki illə müqayisədə 3 faiz çoxalıb. M.Yevdayev qeyd edir ki, səbəbindən asılı olmayaraq, yəhudilərə qarşı tolerantlığın zəifləməsi narahatlıq doğurur. O vurğulayır ki, bu cür hal əhalinin əksər hissəsinin müsəlmanlardan ibarət olduğu Azərbaycanda heç vaxt baş verə bilməz.
Siyasi arenada tolerantlıqdan yazan müəllif bildirir ki, həm Azərbaycan Xalq Cümhuriyyəti və sovet dövründə, həm də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yəhudi millətinin nümayəndələri burada yüksək vəzifələri tutublar. Cümhuriyyət dövründə yəhudilər Azərbaycan parlamentinə seçiliblər. Yəhudi Yevsey Gindes 1920-ci ildə bolşevik işğalına qədər cümhuriyyətin səhiyyə naziri olub. Sovet dövründə digər respublikalardan xeyli sayda yəhudi Azərbaycana məhz buradakı tolerantlıq mühitinə görə gəlib. Tolerantlıq ənənələri 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da davam edib. Müəllif yazır ki, Heydər Əliyev Prezident seçiləndən sonra dini və etnik tolerantlıq dövlət siyasətinin mühüm hissəsinə çevrilib və hazırda Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib.
M.Yevdayev daha sonra məqalədə Milli Məclisin deputatı, Dağ Yəhudiləri İcmasının üzvü və 2005-ci ildən parlamentdə 53-cü Quba-Qusar seçki dairəsinin seçicilərini təmsil edən Yevda Abramov haqqında məlumat verib. O qeyd edib ki, Qırmızı Qəsəbənin əsası 1742-ci ildə Quba xanı Hüseynqulu xan tərəfindən qoyulub. Y.Abramov Qırmızı Qəsəbədə doğulub və iki dəfə Milli Məclisə deputat seçilib. O, Milli Məclisdə İnsan hüquqları komitəsi sədrinin müavini və Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəridir. Müəllif yazır ki, Y.Abramov Azərbaycanla müttəfiqləri arasında münasibətlərin inkişafı istiqamətində fəal çalışır və bununla bağlı müxtəlif ölkələrdə, o cümlədən İsrail, Fransa, İtaliya, ABŞ, Avropa və Yaxın Şərqin digər ölkələrində olub.
Müəllif məqalənin sonunda müxtəlif millətlərin nümayəndələri arasında qarşılıqlı əlaqələrin əhəmiyyətini, tolerantlığın və sülhün vacibliyini qeyd edir.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

