Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondunun növbəti xeyirxah missiyası

Heydər Əliyev Fondunun növbəti xeyirxah missiyası

13.05.2009 [10:42]

Yarandığı gündən Azərbaycan ailəsinin sağlamlığının qayğısına qalan Heydər Əliyev Fondu xeyirxah missiyasını davam etdirir. Kimsəsizlərin ümid yeri olan  Heydər Əliyev Fondunun dəstəyi ilə bu dəfə özəl tibb mərkəzində dovşandodaq və qurdağız xəstəliyindən əziyyət çəkən azyaşlıların müalicəsi və əməliyyatı həyata keçirilib. Tibbi mərkəz Fondun bu nəcib aksiyasını uğurla həyata keçirmək üçün  xaricdən əcnəbi mütəxəssis də dəvət edib. Bu, mərkəzin artıq ikinci belə təcrübəsidir. Belə ki, ötən ilin noyabrında imkansız və köməyə ehtiyacı olan 40-a yaxın uşaq uğurla əməliyyat edilərək, bu qüsurdan  birdəfəlik qurtara bilib.  Bu dəfə isə almaniyalı mütəxəssis Diter Şuman və tibb elmləri namizədi, üst çənə cərrahı Əziz Əliyev birlikdə əllidən çox uşağı müayinədən keçiriblər. Onlardan iyirmisi artıq əməliyyat olunub. Heydər Əliyev Fondunun bu xeyirxah aksiyasını yüksək qiymətləndirən almaniyalı professor tibbi mərkəzin peşəkar əməkdaşları ilə çalışmaqdan məmnun olduğunu bildirib. Diter Şuman  gələcəkdə də  bu mərkəzlə əlaqələri davam etdirmək niyyətindədir. Uşaqların ailə üzvləri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya xehirxah aksiyaya görə minnətdarlıqlarını bildiriblər. Sağlamlığı və estetik görünüşü qüsursuz bərpa olunan xəstələrin yaxınları bunu dünyanın ən böyük sevinci kimi dəyərləndiriblər. Tibb mərkəzində belə ağır xəstəliklərin müalicəsi gələcəyimiz olan körpələrə ümid verir. Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə həyata keçirilən bu aksiya iyun ayınadək davam edəcək.


Paylaş:
Baxılıb: 1186 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30