Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / X platformasına qarşı yeni şikayət təqdim olunub

X platformasına qarşı yeni şikayət təqdim olunub

16.04.2026 [23:12]

“Sərhədsiz Reportyorlar” təşkilatı İlon Maskın Fransada məhkəməyə çağırılması ərəfəsində X sosial şəbəkəsi əleyhinə yeni şikayət təqdim edib.

AZƏRTAC xəbər verir ki, şikayət Paris Prokurorluğunun Kibercinayətlər şöbəsinə ünvanlanıb və platformanın yanlış məlumatların yayılmasına qarşı effektiv tədbir görməməsinin səbəblərinin araşdırılması tələb olunub.

Təşkilat iddia edib ki, X platforması təkrarlanan qayda pozuntularına və qanunsuz məzmunla bağlı xəbərdarlıqlara reaksiya vermir.

Qeyd edək ki, məhkəmə prosesi çərçivəsində artıq X-in Fransadakı ofislərində axtarış aparılıb. İlon Mask aprelin 20-də Fransada məhkəmədə ifadə verəcək.

Bu iş Avropada rəqəmsal platformaların tənzimlənməsi və dezinformasiyaya qarşı qanunvericiliyin tətbiqi kontekstində həyata keçirilir.

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30