ÜST: Mərkəzi Afrikada Ebola virusunun yayılması ilə mübarizədə hələ də ciddi çətinliklər var
04.06.2026 [23:42]
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Mərkəzi Afrikada Ebola virusunun yayılması ilə mübarizədə əldə olunan cüzi irəliləyişlərə baxmayaraq, vəziyyətin hələ də ciddi çağırışlarla müşayiət olunduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus epidemiya ilə mübarizənin zəif getdiyini bildirib. O qeyd edib ki, virusa yoluxan şəxslərlə təmasda olmuş insanların yalnız 45 faizi müəyyən edilərək izlənilib. Baş direktor vurğulayıb ki, epidemiya üzərində nəzarətin təmin olunması üçün bu göstərici 90 faizi keçməlidir.
Tedros Qebreyesus, eyni zamanda, bildirib ki, ilkin yoluxma hallarının gec aşkarlanması, zərərçəkmiş bölgələrdə təhlükəsizlik problemləri, bəzi əhali qruplarında etimad çatışmazlığı və təsdiqlənmiş peyvəndin olmaması kimi amillər vəziyyəti çətinləşdirsə də, epidemiyanın nəzarət altına alınacağına ümid var.
ÜST rəhbəri infeksiyanın yoluxmuş şəxslər və onların təmasları vasitəsilə yayılmasının qarşısını almaq məqsədilə hava limanlarında, sərhəd-keçid məntəqələrində tibbi yoxlamaların aparılmasını tövsiyə etdiklərini bildirib.
Məlumata görə, Konqo Demokratik Respublikasında Ebola virusuna 344 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Onlardan 60-ı ölümlə nəticələnib. Yoluxmalar ölkənin üç əyalətində yerləşən 24 səhiyyə zonasında aşkarlanıb. Eyni zamanda, şübhəli yoluxma hallarının sayı ötən həftə qeydə alınmış min nəfərdən çox göstərici ilə müqayisədə 116 nəfərə qədər azalıb.
Uqandada isə bir təsdiqlənmiş ölüm faktı və 15 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Yoluxanlardan biri Konqo Demokratik Respublikasının vətəndaşı olub və Uqandaya gəlməzdən əvvəl Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Xatırladaq ki, Konqo Demokratik Respublikası mayın 15-də ölkədə Ebola virusunun 17-ci dalğasının yayıldığını elan edib. Ümumdünya Səhiyyə Təşkilatı isə vəziyyətlə bağlı beynəlxalq səhiyyə xəbərdarlığı yayıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

