ABŞ-dan çağırış: “907-ci düzəliş” tarixin arxivinə qovuşmalıdır
29.07.2026 [10:28]
Son 30 ildə Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında münasibətlər eyni bir xətt üzrə stabil şəkildə inkişaf etməyib. Respublikamız ABŞ-la bir çox sahələrdə qurulan əlaqələrə hər zaman sadiqlik nümayiş etdirsə də, qarşı tərəfdən bu cür ardıcıl yanaşma müşahidə edilməyib. Belə ki, Ağ Evdə ayrı-ayrı administrasiyalar dönəmində ölkəmizə qarşı qərəzli addımlar atılıb, erməni lobbisinin təsiri altında Konqresdə ikitərəfli münasibətlərin ruhuna uyğun gəlməyən qətnamələr qəbul olunub. 1992-ci ilin oktyabrında ABŞ-ın qanunverici orqanında “Azadlığa Dəstək Aktı”na bədnam “907-ci düzəliş”in qəbul edilməsi, eləcə də keçmiş Bayden-Blinken administrasıyasının davamlı olaraq anti-Azərbaycan mövqeyindən çıxış etməsi bunun əyani təsdiqidir.
Yeni administrasiya dönəmində isə vəziyyət köklü şəkildə dəyişib. ABŞ-ın yeni Prezidenti Donald Tramp Azərbaycana və onun Liderinə böyük hörmətlə yanaşır. Artıq ikitərəfli münasibətlər strateji tərfdaşlıq ruhunda inkişaf edir və bununla bağlı əvvəlcə Vaşinqtonda, daha sonara isə Bakıda müvafiq sənədlər imzalanıb.
Eləcə də ABŞ-ın qanunverici orqanında və digər dairələrində bədnam “907-ci düzəliş”in tamamilə ləğv edilməsinə çağırışlar artır. Bununla bağlı növbəti çağırış ABŞ Nümayəndələr Palatasının üzvü Abe Hamadenin xarici siyasət üzrə müşaviri Brayan Leybdən gəlib. O, həm KİV-də dərc olunan analitik yazısında, həm də “X” sosial şəbəkə hesabında etdiyi paylaşımında keçmiş administrasiyanın Azərbaycana qərəzli münasibətini tənqid etməklə yanaşı, “907-ci düzəliş”in birdəfəlik ləğvinə də çağırış edib.
C.Bayden administrasiyasının yanlış siyasəti
“ABŞ-ın keçmiş Prezidenti Co Baydenin administrasiyası dörd il ərzində Azərbaycana münasibətdə yanlış siyasət yürüdüb, onun Cənubi Qafqazda strateji tərəfdaş, enerji resurslarının tədarükçüsü və mühüm nəqliyyat qovşağı kimi əhəmiyyətini lazımınca qiymətləndirməyib”.
Bu fikirləri Brayan Leyb “Townhall” nəşri üçün yazdığı məqaləsində bildirib. Onun qənaətinə görə, Bayden administrasiyası Azərbaycanı ABŞ-ın regiondakı ən mühüm tərəfdaşlarından biri kimi qəbul etmək əvəzinə, siyasi fikir ayrılıqlarının və köhnəlmiş yanaşmaların ABŞ siyasətini müəyyən etməsinə imkan verib.
B.Leyb bildirib ki, ABŞ və Azərbaycan arasında münasibətlər bu gün həmişə olduğundan daha möhkəmdir. Onun sözlərinə görə, bu, təkcə diplomatiyada deyil, həm də strateji əməkdaşlığın genişləndirilməsində, iqtisadi əlaqələrin möhkəmləndirilməsində və Cənubi Qafqazda sabitliyin hər iki ölkənin maraqlarına cavab verməsi ilə bağlı ümumi anlayışda özünü əks etdirir. Müəllif qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycanla münasibətlərə fərqli yanaşır. Onun fikrincə, ABŞ-ın xarici siyasəti aktuallığını itirmiş təsəvvürlərə əsaslanmaq əvəzinə, etibarlı tərəfdaşları təşviq etməli və ABŞ-ın strateji maraqlarını irəli sürməlidir.
Müəllif şimalda Rusiya, cənubda isə İranla həmsərhəd olan, eyni zamanda, Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən Azərbaycanın strateji coğrafi mövqeyinə diqqət yetirib. Leyb enerji təhlükəsizliyini əməkdaşlığın ən vacib istiqamətlərindən biri adlandırıb. O qeyd edib ki, Avropa Rusiya enerji resurslarına alternativ axtarmağa başlamazdan əvvəl Azərbaycan ixrac marşrutlarının şaxələndirilməsinə və regional infrastrukturun möhkəmləndirilməsinə əhəmiyyətli vəsait yatırıb.
B.Leyb həmçinin Azərbaycanın limanlara, dəmir və avtomobil yollarına, aviasiya və logistikaya qoyduğu irimiqyaslı investisiyalara da diqqət çəkib. Onun fikrincə, bu layihələr ölkəni Şərqlə Qərbi birləşdirən ən mühüm kommersiya qovşağına çevirir. Müəllifin fikrincə, bu, ABŞ biznesi üçün energetika, infrastruktur, texnologiya, nəqliyyat, kənd təsərrüfatı və kibertəhlükəsizlik sahələrində mühüm imkanlar açır.
Leyb ikitərəfli münasibətlərin inkişafını prezidentlər Donald Tramp və İlham Əliyevin yanaşmaları ilə də əlaqələndirib. O, hər iki lideri sülhün qorunub saxlanması üçün mühafizə olunan sərhədlərin, iqtisadi artımın, güclü milli rəhbərliyin və mürəkkəb məsələləri birbaşa həll etməyə hazırlığın zəruri olduğunu dərk edən sülh tərəfdarları adlandırıb. Müəllif ABŞ-ı Azərbaycanla strateji münasibətləri dərinləşdirməklə yanaşı, sülh prosesini dəstəkləməyə davam etməyə də çağırıb.
Məqalədə ifadə olunan fikirlərdən də göründüyü kimi, hazırda ABŞ-da Azərbaycanın siyasi çəkisi, sülhə sadiqliyi, eləcə də coğrafi yerləşməsi və iqtisadi potensialı, xüsusilə də zəngin enerji resursları ilə Cənubi Qafqazın aparıcı dövləti olduğu reallığı yüksək dəyərləndirilir. Dövlətlər arasında münasibətlər beynəlxalq hüquq və qarşılıqlı maraqlar əsasında tənzimlənməlidir. Azərbaycan beynəlxalq birliyin suveren aktorudur. Ölkəmiz heç bir güc mərkəzinin diqtəsi ilə oturub durmur, sırf milli maraqlara əsaslanan siyasət həyata keçirir. Təbii ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq digər dövlətlərin hüquq və maraqlarına hörmətlə yanaşmaq da Azərbaycanın siyasətinin prioritetləri sırasında yer alır. Ölkəmiz beynəlxalq prinsiplərə əsaslanan belə yanaşmanı həmçinin özünə münasibətdə görmək istəyir
Təəssüf ki, Ağ Evin bundan əvvəlki administrasiyası dönəmində Vaşinqtonun Azərbaycanla münasibətləri bu çərçivədən kənara çıxırdı. İkitərəfli əlaqələrdə geridönüş baş vermişdi. Təsadüfi deyildir ki, dövlətimizin başçısı əvvəlki administrasiya dövründəki dörd ili Azərbaycan - ABŞ münasibətləri kontekstində itirilmiş illər kimi qiymətləndirib. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan münasibətlərinin girovuna çevrilmişdi. Azərbaycan beynəlxalq hüquqdan kənar addım atmamışdı. Sadəcə 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında böyük zəfərlər qazanmaqla ərazi bütövlüyünü və suverenliyini təmin etmişdi.
Təcavüzkarın cəzalandırılması ABŞ kimi güc mərkəzi tərəfindən alqışlanmalı idi. Bəs bunun əvəzində biz Bayden-Blinken administrasiyasında hansı davranışları gördük? Sualın cavabı təəssüf doğurur. Erməni lobbisinin girovluğunda qalan qoca Baydenin komandası sözün əsl mənasında ikibaşlı oyun oynayırdı. Ağ Evdən Konqresə, Senata Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsi ilə bağlı siyasi sifarişlər verilirdi. Qəbul olunan qətnamələrdə bir qayda olaraq Azərbaycan əsassız ittihamlara tuş gəlirdi. Məsələn, Azərbaycan ermənilərin Qarabağdan Ermənistana köç etmələrinə görə günahlandırılırdı. Halbuki bizim tərəfdən Qarabağın erməni əhalisinə hansısa bir təzyiq göstərilməmişdi. Onlar Ermənistana könüllü qaydada köç etmişdilər. Digər bir əsassız tələb Bakıda saxlanılan separatçıların azadlığa buraxılması ilə bağlı idi. Burada da Bayden administrasiyası yanlış mövqedə idi. Dövləti cinayətlər törətmiş, minlərlə insanın ölmünə, itkin düşməsinə rəvac vermis separatçıların sərbəst buraxılması heç bir sağlam məntiqə sığmasa da, Bayden administrasiyası bunu Bakıdan tələb etməyə özündə cəsarət tapırdı. Beləliklə də, Azərbaycan-ABŞ münasibətlərində əvvəlki dövrlərdə əldə edilmiş nailiyyətlər Bayden administrasiyası dönəmində, əslində, dondurulmuş vəziyyətə salınmışdı.
Artıq köhnəlmiş “907-ci düzəliş” Azərbaycan-ABŞ münasibətlərində mənfi rol oynayıb
Brayan Leyb “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda isə bədnam 907-ci düzəlişin birdəfəlik ləğv olunmasına çağırış edib. “1992-ci il “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsi ləğv edilməli və Amerika qırıcı təyyarələri etibarlı və sübut olunmuş müttəfiqimiz Azərbaycana satılmalıdır”, - deyə onun paylaşımında vurğulanıb.
Bəli, Azərbaycan-ABŞ münasibətlərdə “qara səhifələrdən”, “itirilmiş illərdən” bəhs edərkən istər-istəməz, yada həm də “Azadlığa dəstək aktı”na bədnam “907-ci düzəliş” düşür. Konqres tərəfindən 1992-ci ildə qəbul edilmiş “Azadlığa dəstək aktı” qanunu sosialist sistemin dağılmasından sonra öz müstəqilliyini elan etmiş dövlətlərə ABŞ tərəfindən yardımın göstərilməsini ehtiva edib. Lakin 1992-ci ilin oktyabr ayında ABŞ-da erməni lobbisinin təsiri altında qəbul olunan “Azadlığa dəstək Aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mənfi rol oynayıb.
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda sualları cavablandırarkən sənədin bədnam mahiyyətinə diqqət çəkərək bildirib ki, “907-ci düzəliş” ABŞ Konqresi tərəfindən ədalətsiz bir addım idi, bu, ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü. O zaman təbii ki, Konqres üzvlərinin Azərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbərləri yox idi. Onlar erməni lobbi qruplarının təsiri altına düşərək qurban Azərbaycanı işğalçı kimi təqdim edirdilər. Beləliklə, bu düzəliş o illərdə Azərbaycanın çox ehtiyac duyduğu birbaşa Amerika yardımından məhrum etdi. Humanitar fəlakət yaşayan Azərbaycan “907-ci düzəliş”ə görə keçmiş ittifaq respublikaları arasında birbaşa ABŞ yardımından məhrum qalan yeganə postsovet dövləti idi. Sonra 2001-ci ildə bu sanksiyalar dayandırıldı, çünki ABŞ Hökumətinin Əfqanıstanda Azərbaycanın köməyinə ehtiyacı yaranmışdı. Məsuliyyətli dövlət olan Azərbaycan o dövrdə ABŞ üçün çox vacib nəqliyyat yollarını, “Şimal Paylayıcı Şəbəkə” adlanan əlaqəni təmin etdi. Bu, təkcə hava uçuşları deyil, həm də quru və dəniz nəqliyyatını əhatə edirdi. Sonra hər il Amerika prezidentləri bu düzəlişin qüvvəsini dayandırırdılar, 2023-cü ilə qədər. Bayden administrasiyası bütün dünyanın gözü qarşısında Əfqanıstandan qaçdığı dövrdə ədalətsiz “907-ci düzəliş”in dayandırılmasına da lüzum görmədi. Bu, Azərbaycana mənfi münasibətin və nankorluğun zirvəsi idi.
ABŞ-da administrasiya dəyişikliyindən sonra isə 907-ci düzəlişin dayandırılması ənənəsi bərpa olunub. Bununla bağlı D.Tramp elə bu günlərdə ikinci dəfə memorandum imzalayıb. İndi Azərbaycan güclü dövlətdir, böyük həcmdə strateji valyuta ehtiyatlarına malikdir. Ancaq D.Trampın ardıcıl qaydada “907-düzəliş”in hüquqi qüvvəsini dayandırması strateji tərəfdaşlıq müstəvisində inkişaf edən Azərbaycan-ABŞ münasibətlərinin ruhuna adekvatdır.
Yaxşı haldır ki, artıq ABŞ-ın özündə də “bu bədnam düzəliş birdəfəlik tarixin arxivinə qovuşmalıdır” deyənlərin sayı artmaqdadır. Diqqətçəkən mühüm məqam həm də ondan ibarətdir ki, Konqresdə də bu mövqedə olanların sayı artmaqdadır. Xatırladaq ki, ötən ilin dekabr ayında ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna “907-ci düzəliş”i tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib və sənəd Konqresin saytında yerləşdirilib. Qanun layihəsində deyilir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri Amerika Birləşmiş Ştatlarının və onun müttəfiqlərinin sadiq tərəfdaşı olaraq qalır, Azərbaycan müharibə dövründə də, sülh dövründə də mühüm əməkdaşlığı təmin edib. Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanundan həmin maddə ilə əlaqəli bənd çıxarılır.
Sözügedən qanun layihəsinin həmmüəllifi qismində Nümayəndələr Palatasının digər üzvü Abraham Hamadeyi çıxış edir. O, cari ilin iyun ayında Azərbaycana səfər edib və ölkə Prezidenti İlham Əliyevin, eləcə də xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olub.
Hazırda “907-ci düzəliş”in mövcudluğuna heç bir əsas yoxdur. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda bildirdiyi kimi, bu gün “907-ci düzəliş” tamamilə köhnəlib. Artıq şərait də dəyişib, Cənubi Qafqazda yeni reallıqlar hökm sürür. 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi paraflandıqdan sonra regionda faktiki olaraq sülh şəraiti var. Azərbaycan öz ərazisindən Ermənistana tranzit keçidlərini təmin edir, həmçinin bu ölkəyə enerji məhsullarının satışını həyata keçirir. Paralel şəkildə, cəmiyyətlər səviyyəsində etimad quruculuğu prosesinə start verilib. Eyni zamanda. Azərbaycan-ABŞ münsasibətlərində də Bayden dönəminin buzları əriyib. Bu kimi reallıqlar ortada ikən bədnam “907-ci düzəliş”in hələ də mövcudluğuna nə ehtiyac var? “907-ci düzəliş” tamamilə aradan qaldırılmalı və ləğv edilməlidir” deyən dövlətimizin başçısı vurğulayıb: “Əfsuslar olsun ki, Prezident Trampın qəti mövqeyinə baxmayaraq, hələ ki qüvvədə qalır. ABŞ Konqresi bunu nə qədər tez ləğv edərsə, bu həm hamı, həm də Azərbaycan üçün faydalı olacaq, çünki belə olan halda ayrı-seçkilik aradan qalxacaq və Konqres öz məsuliyyətini və bacarığını nümayiş etdirəcək. Bu da o demək olacaq ki, onlar öz səhvlərini etiraf edirlər və cari geosiyasi vəziyyətə uyğun addım atırlar. Beləliklə, biz ümid edirik ki, bu, baş verəcək”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50

