Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

04.06.2026 [13:54]

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

AZƏRTAC Qırğızıstan mediasına istinadla məlumat verir ki, ölkə bu nailiyyətə dördüncü cəhddə çatıb.

Asiya-Sakit Okean regionundan ayrılan yerə Qırğızıstan və Filippin namizədliyini irəli sürmüşdü. Bişkek 142 səs, Manila isə 49 səs toplayıb.

BMT Baş Assambleyası 2027-2028-ci illər üçün Təhlükəsizlik Şurasına 5 yeni qeyri-daimi üzv seçib. Avstriya, Portuqaliya, Zimbabve, Trinidad və Tobaqo ilə yanaşı Qırğızıstan da Şuraya daxil olub.

Qırğızıstan Prezidenti Sadır Japarov bu münasibətlə yazıb: "Biz BMT tarixinin yeni səhifəsinin yazılmasında iştirak edəcəyik. Təbrik edirəm, həmvətənlər!"

Paylaş:
Baxılıb: 66 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30