Almaniya Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarından biridir
24.07.2026 [12:22]
Prezident İlham Əliyevin 2026-cı il iyulun 21-də Almaniya Federativ Respublikasına rəsmi səfəri Avropa ilə Azərbaycan arasında siyasi, iqtisadi və strateji əməkdaşlığın daha möhkəm əsaslar üzərində inkişaf etdiyini nümayiş etdirdi.
Görüş zamanı imzalanan sənədlər, aparılan müzakirələr və verilən bəyanatlar göstərdi ki, Bakı ilə Berlin əməkdaşlığı uzunmüddətli strateji baxış əsasında inkişaf etdirmək niyyətindədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, imzalanmış sənədlər Azərbaycan–Almaniya əlaqələrini yeni səviyyəyə qaldıracaq və iki ölkə arasında strateji dialoqun əsasını təşkil edəcəkdir. İkitərəfli gündəliyin kifayət qədər geniş olması münasibətlərin gələcək inkişafı üçün böyük imkanlar yaradır. Almaniyanın Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda artan marağı, Azərbaycanın isə regionun aparıcı dövləti kimi mövqeyi əməkdaşlığın perspektivlərini daha da genişləndirir. Bu baxımdan, Azərbaycan–Almaniya münasibətləri yalnız iki dövlət arasında əlaqələrin inkişafı demək deyil, eyni zamanda Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin güclənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısı İlham Əliyevin Almaniyaya rəsmi səfəri ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar münasibətlərin inkişafına yeni impuls verəcək. Eyni zamanda, bu səfər həm ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həm də regional və qlobal proseslər fonunda Azərbaycanın artan rolunun bir daha nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, Almaniya Avropa İttifaqının ən böyük iqtisadiyyatı, Avropanın aparıcı sənaye dövləti və qitənin iqtisadi inkişafının əsas lokomotivlərindən biri hesab edilir. Məhz bu səbəbdən Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın genişlənməsi qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birbaşa xarici investisiyaların cəlb olunması, sənaye kooperasiyasının inkişaf etdirilməsi, yüksək texnologiyaların tətbiqi və innovativ istehsal sahələrinin yaradılması üçün mühüm imkanlar açır. İkitərəfli gündəliyin kifayət qədər geniş olması münasibətlərin gələcək inkişafı üçün böyük imkanlar yaradır. Almaniyanın Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda artan marağı, Azərbaycanın isə regionun aparıcı dövləti kimi mövqeyi əməkdaşlığın perspektivlərini daha da genişləndirir. Bu baxımdan, Azərbaycan–Almaniya münasibətləri yalnız iki dövlət arasında əlaqələrin inkişafı demək deyil, eyni zamanda Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin güclənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Görüşün diqqətçəkən istiqamətlərindən biri iqtisadi əməkdaşlıq oldu. Hazırda 200-dən artıq Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkənin əlverişli investisiya mühitinin göstəricisidir. Ölkə Prezidenti bu sayın yaxın gələcəkdə daha da artacağına əminliyini ifadə edərək Alman şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyət göstərməsi üçün konkret təkliflərin irəli sürüldüyünü göstərdi. Almaniya Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan isə Cənubi Qafqaz regionunda Almaniyanın ən böyük ticarət tərəfdaşı hesab olunur. İki ölkə arasında ticarət dövriyyəsi 1,7 milyard avronu ötür və Almaniya Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanda Almaniya kapitallı 250-dən çox müəssisənin fəaliyyət göstərməsi iqtisadi əməkdaşlığın geniş potensiala malik olduğunu təsdiqləyir. Müasir qlobal çağırışlar Azərbaycanın iqtisadiyyatında yeni transformasiya mərhələsini sürətləndirib. Kənd təsərrüfatı və rəqəmsal transformasiya ilə bağlı qəbul edilmiş dövlət proqramları iqtisadiyyatın müasir texnologiyalar əsasında inkişafını hədəfləyir. Bu istiqamətdə Almaniyanın zəngin təcrübəsindən faydalanmaq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənaye, rəqəmsal texnologiyalar, logistika və innovasiya istiqamətlərində Almaniya kimi yüksək texnologiyalara malik ölkə ilə əməkdaşlıq hər iki tərəf üçün qarşılıqlı fayda vəd edir. Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin institusional əsaslarını daha da gücləndirəcək, yeni investisiya layihələrinin və biznes təşəbbüslərinin həyata keçirilməsinə əlavə stimul verəcəkdir. Bəyanatda göstərilmişdir ki, müasir dünyada nəqliyyat dəhlizləri və logistika marşrutları dövlətlərin geosiyasi əhəmiyyətini müəyyən edən əsas amillərdən biridir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Orta Asiya ilə Avropa arasında mühüm körpüyə çevrildiyini xüsusi qeyd etmişdir. Bəyanatda Azərbaycanın uzunmüddətli sabitlik və əməkdaşlıq siyasətinə üstünlük verdiyi bir daha göstərildi. Prezident İlham Əliyev Almaniya hökumətinin Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində göstərdiyi səyləri də yüksək qiymətləndirdi. Vaxtilə Almaniyada xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər, dialoqun davam etdirilməsi və Avropa diplomatiyasının bu prosesə verdiyi dəstək sülh gündəliyinin irəliləməsinə öz töhfəsini verib.
Həmçinin Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərə də toxunaraq bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərlərinin böyük siyasi əhəmiyyət daşıdığını vurğuladı. Bu səfərlər Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdiyini və qarşılıqlı maraqların genişləndiyini göstərir. Dövlət başçıları arasında keçirilən danışıqlar, imzalanan sənədlər və mətbuata verilən birgə bəyanatlar Azərbaycan–Almaniya münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirəcək yeni yol xəritəsinin formalaşmasına mühüm töhfə verəcək. Bu səfər yalnız ikitərəfli münasibətlərin deyil, həm də Azərbaycanın Avropa ilə strateji tərəfdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04

