Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada qəsdən meşə yanğınları törətməkdə şübhəli bilinən 128 nəfər saxlanılıb

Fransada qəsdən meşə yanğınları törətməkdə şübhəli bilinən 128 nəfər saxlanılıb

23.07.2026 [19:53]

Fransada bu il meşə yanğınlarını qəsdən törətməkdə şübhəli bilinən 128 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nünez yanğınlar zamanı həlak olmuş 2 yanğınsöndürənin xatirəsini anmaq üçün Jirond departamentinə səfəri zamanı məlumat verib.

O bildirib ki, ilin əvvəlindən Fransada təxminən 12 min 500 yanğın ocağı qeydə alınıb və alov 44 min hektardan çox ərazini əhatə edib.

Nazirin sözlərinə görə, ölkə hazırda "qırmızı risk zonası"ndadır. O, yüksək temperaturun və quru bitki örtüyünün yanğınların sürətlə yayılmasına şərait yaratdığını vurğulayaraq, əhalini diqqətli olmağa çağırıb.

Qeyd edək ki, Fransanın bir sıra bölgələrində hazırda yanğın təhlükəsinin yüksək olaraq qaldığı bildirilir.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31