FHN gözlənilən istilərlə əlaqədar yanğın təhlükəsizliyinə dair müraciət edib
24.07.2026 [11:37]
Fövqəladə Hallar Nazirliyi həftəsonu gözlənilən isti hava şəraiti ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
APA FHN-ə istinadən xəbər verir ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir.
Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər. Həmçinin, isti havalardan qorunmaq üçün məişət cihazlarına (kondisioner və s.) tələbatın artması elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın risklərini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Belə ki, evlərdə və iş yerlərində elektrik şəbəkəsi çox yüklənməməli, elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyəti yoxlanılmalı, aşkar edilən qüsurlar dərhal aradan qaldırılmalı, əkin sahələrində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə edilməməli və siqaret çəkilməməli, fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətləri quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır.
Habelə, meşə sahələrinə yaxın ərazilərdə yaşayan və təbiət qoynunda istirahətə yollanan vətəndaşlar nəzərə almalıdırlar ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ərazinin yanğına qarşı vəziyyəti qiymətləndirilməli, ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal qalamaq qadağandır.
Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir!"
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

