Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

25.07.2026 [23:20]

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) 13-19 iyul tarixlərində Avropa hava məkanındakı uçuş intensivliyi, təhlükəsizlik qaydaları, hava yollarının səmərəliliyi və ekoloji təsirləri təhlil edən rəsmi sənəd - Avropa Aviasiya Hesabatını açıqlayıb.

AZƏRTAC Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hesabata görə, Türkiyənin İstanbul hava limanı qeyd edilən dövrdə gündəlik ortalama 1623 uçuş sayı ilə Avropanın ən sıx aviareysi həyata keçirilən hava limanı olub.

İstanbul hava limanından sonra sıralamanı Niderlandın "Amsterdam" (gündəlik 1398 uçuş), Fransanın "Paris Charles de Gaulle" (gündəlik 1395 uçuş), Böyük Britaniyanın "Heathrow" (gündəlik 1331 uçuş) və Almaniyanın "Frankfurt" (gündəlik 1320 uçuş) hava limanları izləyib.

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31