Azərbaycanın növbəti humanist təşəbbüsü..
25.07.2026 [11:13]
UNESCO-da İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinə dəstək məqsədli yeni proqram təqdim olunub
Bir neçə gündür ki, UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyası Cənubi Koreyanın Busan şəhərində davam edir. Sessiyada Dünya İrs Konvensiyasına qoşulmuş 195 dövlətdən seçilən 21 üzv ölkənin nümayəndələri, eləcə də İrs Komitəsinin üzvü olan Azərbaycan nümayəndə heyəti iştirak edir. Dünya İrs Komitəsi UNESCO-nun mədəni və təbii irsin qorunmasına dair 1972-ci il Konvensiyasının əsas idarəetmə orqanlarından biridir. Komitə hər il toplanaraq, Dünya İrs Siyahısına daxil edilməsi təklif olunan yeni obyektləri qiymətləndirir, həmçinin artıq siyahıya salınmış abidələrin və ərazilərin mühafizə vəziyyətini nəzərdən keçirir. Qərarlar UNESCO-nun məsləhətçi qurumlarının və Katibliyinin hazırladığı ekspert rəyləri əsasında qəbul edilir.
UNESCO-nun irs siyahısında Azərbaycandan 24 nümunə yer alır
2026-cı il sessiyasında dünyanın müxtəlif bölgələrindən təqdim olunmuş yeni namizədlərin Dünya İrs Siyahısına daxil edilməsi, təhlükə altında olan irs obyektlərinin vəziyyəti və onların qorunması üçün görüləcək tədbirlər əsas müzakirə mövzularıdır. Komitənin gündəliyində həm mədəni, həm də təbii irs nümunələrinin qiymətləndirilməsi yer alır. UNESCO-nun son məlumatlarına görə, hazırda Dünya İrs Siyahısına 170-dən çox ölkədə yerləşən 1200-dən artıq mədəni, təbii və qarışıq irs obyekti daxildir. UNESCO-nun irs siyahısına Azərbaycandan 24 nümunə yer alır. Hər yeni sessiyada bu siyahının genişlənməsi ilə yanaşı, iqlim dəyişikliyi, silahlı münaqişələr, urbanizasiya və kütləvi turizmin irs obyektlərinə təsiri də xüsusi diqqət mərkəzində saxlanılır.
Busandakı toplantının sonunda Komitənin yeni Dünya İrs obyektləri ilə bağlı qərarları və qorunma tədbirlərinə dair yekun qətnamələrinin açıqlanması gözlənilir.
Qeyd edək ki, ölkəmiz Dünya İrs Komitəsinin 48-ci sessiyasında Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi, Azərbaycanın UNESCO üzrə Milli Komissiyası, Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələrindən ibarət heyətlə təmsil olunur. Azərbaycan UNESCO-nun Dünya İrs Komitəsinin Cənubi Koreyanın Busan şəhərində keçirilən 48-ci sessiyasında mədəni və təbii irsin qorunmasına sadiqliyini bir daha bəyan edib. Sessiyanın ümumi müzakirələri zamanı Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin milli bəyanatını təqdim edib. Daimi nümayəndə UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyasında ölkəmizin mədəni irsin qorunması sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
“Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyası...
Bəyanatda bildirilib ki, yaxın zamanda qəbul edilmiş “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyası mədəni irsin idarə olunması sisteminin təkmilləşdirilməsi, irs obyektlərinin sənədləşdirilməsi, onların hüquqi müdafiəsinin gücləndirilməsi və tarixi abidələrin bərpası istiqamətində uzunmüddətli strateji çərçivə yaradır. Çıxışda həmçinin mina təhlükəsinin davam etdiyi ərazilərdə mövcud çətinliklərə baxmayaraq, mədəni irs obyektlərinin inventarlaşdırılması və sənədləşdirilməsi işlərinin davam etdirildiyi qeyd olunub. Azərbaycanın daimi nümayəndəsi vurğulayıb ki, mədəni irsin qorunması istiqamətində görülən işlərin nəticələrindən biri kimi “Xınalıq xalqının mədəni landşaftı və Köç Yolu transhumans marşrutu” Dünya İrsi ərazisinin tərkib hissəsi olan Xınalıq kəndi 2025-ci ildə BMT Turizm Təşkilatı tərəfindən “Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilib. Bu tanınma mədəni irsin qorunması ilə yerli icmaların və davamlı turizmin inkişafı arasındakı əlaqəni nümayiş etdirir.
Bəyanatda 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyi də diqqətə çatdırılıb. Bildirilib ki, Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunda təqdim olunan SECURE (Sustainable and Empowering Cultural Revitalization) təşəbbüsü mədəni irsin qorunması, dayanıqlı inkişaf və bərpa proseslərinə mühüm töhfə verə bilər. Qeyd olunub ki, Dünya İrs Komitəsinin 48-ci sessiyası çərçivəsində iyulun 23-də SECURE təşəbbüsünə həsr olunmuş xüsusi tədbir keçiriləcək. Elman Abdullayev ölkəmizin Afrika dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə sadiq olduğunu bildirib. O, Azərbaycanın Dünya İrsi üzrə Afrika Strategiyasının və Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlər (SIDS) üzrə Dünya İrs Strategiyasının həyata keçirilməsinə dəstək verəcəyini açıqlayıb.
Çıxışda, həmçinin Azərbaycanın hazırladığı “Azərbaycan-SIDS Dünya İrsi Potensialının Gücləndirilməsi Proqramı” barədə məlumat təqdim olunub. Bildirilib ki, proqramın məqsədi kiçik ada dövlətlərində dünya irsi sistemlərinin institusional imkanlarını artırmaq, ekspert hazırlığını dəstəkləmək və gələcək nominasiya proseslərinə yardım göstərməkdir.
Yeni proqramın məqsədi nədir?
Bundan əlavə, ayrıca tədbirdə Azərbaycanın İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinə (SIDS) dəstək məqsədi daşıyan yeni beynəlxalq proqramı təqdim olunub. Ümumdünya İrs Mərkəzinin təşkilatçılığı ilə keçirilən “SIDS ölkələrinin Ümumdünya İrsi Strategiyası” mövzusunda yüksəksəviyyəli tədbirdə Azərbaycanın “Kiçik Ada Dövlətləri (SIDS) üçün Ümumdünya İrsi Yolunda Bacarıqların Artırılmasına Azərbaycan Respublikasının Beynəlxalq Texniki Yardım Təşəbbüsü” elan edilib. Yeni təşəbbüs SIDS ölkələrinin institusional imkanlarının və peşəkar bacarıqlarının artırılmasına, kiçik ada dövlətlərinin nadir irs nümunələrinin UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsi sahələrində ekspert və texniki dəstəyin göstərilməsinə yönəlib.
Proqramın hazırlanması “Mədəniyyət və Təhsil üzrə Sertifikasiya İnstitutu” tərəfindən həyata keçirilir. Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev bildirib ki, proqram UNESCO-nun bu istiqamətdə həyata keçirdiyi fəaliyyətə əlavə töhfə vermək məqsədi daşıyır. Təşəbbüs SIDS ölkələrinin konkret ehtiyacları nəzərə alınmaqla, xüsusilə iqlim dəyişikliyinin Ümumdünya İrsinin qorunması üçün yaratdığı çağırışlara cavab vermək məqsədilə praktiki potensialın gücləndirilməsinə yönəlmiş dəstək mexanizmlərini təmin edir. Vurğulanıb ki, proqram bu sahədə beynəlxalq təcrübəyə malik “Mədəniyyət və Təhsil üzrə Sertifikasiya İnstitutu” tərəfindən cəlb olunacaq peşəkar ekspertlərin iştirakı ilə icra ediləcək.
Çıxışının sonunda E.Abdullayev Azərbaycanın Dünya İrs Komitəsinin üzvü kimi bütün tərəfdaş dövlətlər, UNESCO-nun Dünya İrs Mərkəzi və məsləhətçi qurumlarla sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O, Azərbaycanın Konvensiyanın məqsədlərinin həyata keçirilməsinə və daha balanslı, inklüziv və səmərəli dünya irsi sisteminin inkişafına töhfə vermək niyyətində olduğunu vurğulayıb.
Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Eloundou çıxışında proqramın əhəmiyyətini vurğulayaraq, Azərbaycanın SIDS ölkələrinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Tədbirdə, həmçinin bildirilib ki, Azərbaycanın irəli sürdüyü təşəbbüs beynəlxalq həmrəyliyin gücləndirilməsi, ümumdünya mədəni və təbii irsinin qorunması sahəsində təcrübə mübadiləsinin təşviqi, SIDS və digər həssas ölkələrin potensialının artırılması istiqamətində mühüm addımdır.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyası iyulun 29-dək davam edəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

