Zamanın tələblərindən biri...
05.06.2026 [08:53]
Su resurslarının qorunması milli təhlükəsizlik məsələsidir
Ölkəmizin sosial-iqtisadi inkişafında meliorasiya və su təsərrüfatı layihələri mühüm yer tutur. Su ehtiyatlarının məhdud olması, iqlim dəyişikliyi təsirlərinin getdikcə daha çox hiss olunması, çaylarda su səviyyəsinin azalması və yağıntıların əvvəlki illərlə müqayisədə aşağı düşməsi bu sahədə yeni və effektiv tədbirlərin həyata keçirilməsini zəruri edir. Eyni zamanda əhalinin rifahının yüksəlməsi və suya olan tələbatın artması mövcud infrastrukturun daha da təkmilləşdirilməsini tələb edir. Bu konteksdən yanaşdıqda Azərbaycanda meliorasiya və su təsərrüfatının müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik prinsipləri ilə inkişaf etdirilməsi hədəflənib.
Son illərdə respublikamızda mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi və təsərrüfat subyektlərinin su təchizatının yaxşılaşdırılması məqsədilə görülən tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Buraya həm hüquqi bazanın möhkəmləndirilməsini özündə ehtiva edən qərarlar, həm də praktiki müstəvidə görülən işlər, böyük investisiya qoyuluşu hesabına reallaşdırılan layihələr daxildir.
Respublikamızda icra olunan su layihələrinin statistikası da olduqca zəngindir. Son 20 ildə ölkəmizdə reallaşdırılan bir neçə su layihəsi, o cümlədən yeni yaradılan su anbarlarını xüsusilə vurğulamaq lazımdır. Respublikamızda Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə kimi su anbarlarının yaradılması ölkəmizin su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması baxımından strateji önəm daşıyır. Bütövlükdə, yüksək səviyyədə qurulan müasir infrastruktur respublikamızda məhdud su ehtiyatlarından daha səmərəli istifadə olunması imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Su təsərrüfatı sahəsində qarşıda duran ən mühüm vəzifələrdən biri də insanları sağlam və ekoloji cəhətdən təmiz içməli su ilə təmin etməkdir. Bu gün ölkəmizin müxtəlif bölgələrində içməli su sisteminin yenidən qurulması istiqamətində kompleks tədbirlər görülür.
Vətən müharibəsində işğaldan azad edilən ərazilərin su resurslarından istifadə edilməsi, azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi bu gün diqqət mərkəzindədir. İşğal altındakı ərazilərdə “yaşıl soyqırımı” həyata keçirən, meşələrimizi qıran, torpaqlarımızı amansızcasına istismar edən Ermənistan, həmçinin respublikamızın özünün su mənbələrinə çıxış imkanlarının da qarşısını almışdı. İşğal altındakı ərazilərdə yerləşən Sərsəng və Suqovuşan su anbarları düşmənin nəzarətində idi. Sərsəng Su Anbarında 565 milyon kubmetrdən çox su toplanırdı. Əvvəllər bu mənbədən Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda 100 min hektara yaxın torpağa su verilirdi.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə respublikamızın böyük çay resursları var. Bu ərazilərdə 10-dan çox çay formalaşır. Ölkəmiz işğalın davam etdiyi 30 il ərzində bütün bu su mənbələrindən istifadə edə bilmirdi. Artıq tarixi ədalət bərpa olunub. Respublikamız ölkənin digər bölgələrində olduğu kimi, işğaldan azad olunan ərazilərin su resurslarından da səmərəli istifadə etmək niyyətindədir.
Yeri gəlmişkən, bu gün su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramıdır. Bayram Prezidentin 2014-cü il 14 may tarixli sərəncamı ilə artıq 12 ildir ki, iyunun 5-i qeyd olunur. Əlamətdar gün ölkənin su ehtiyatlarının qorunması, idarə olunması və səmərəli istifadəsi istiqamətində böyük zəhmət göstərən insanların əməyinə verilən yüksək qiymətin ifadəsidir. Onların gecə-gündüz fəaliyyəti nəticəsində quraqlıqdan əziyyət çəkən torpaqlar yenidən canlanır, məhsuldarlığını itirmiş əkin sahələri bərpa olunur, kəndlərə və şəhərlərə həyat mənbəyi olan su çatdırılır, əhalinin və iqtisadiyyatın mühüm ehtiyacları qarşılanır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

