Araz çayında sahilbərkitmə işləri aparılıb
01.07.2016 [10:12]
Muxtar respublikada həyata keçirilən meliorativ tədbirlər sırasında sahilbərkitmə işləri xüsusi yer tutur. Çayətrafı torpaqların yuyulmasının qarşısının alınması və şoranlaşmış torpaqların münbitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər son illər geniş vüsət alıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz çayında aparılan sahilbərkitmə işləri ilə maraqlanıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, aparılmış sahilbərkitmə işləri nəticəsində Araz çayı boyunca mövcud olan yaşayış məntəqələrinin, 1000 hektarlarla əkin sahələrinin, dəmir yollarının, nasos stansiyalarının və digər əhəmiyyətli obyektlərin sel sularından mühafizəsi təmin edilib, ərazilərin yuyulmasının qarşısı alınıb. Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında 2011-ci ildə bağlanmış kredit sazişinə əsasən “Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər, suvarılan ərazilərin modernləşdirilməsi və genişləndirilməsi” layihəsi çərçivəsində Şərur rayonunda 14,3, Sədərək rayonunda 6,8, Culfa rayonunda 4,8, Ordubad rayonunda 5 kilometr, Kəngərli rayonu ərazisində isə 400 metr məsafədə sahilbərkitmə işləri görülüb. Bundan başqa Gülüstan türbəsinin yerləşdiyi ərazidə Araz çayı sahili boyunca 1360 metr daşla sahilbərkitmə işi aparılıb, 500 metr torpaq bənd salınıb. Araz çayı sahili boyunca daşla sahilbərkitmə işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sahilbərkitmə işlərinin aparılmasında əməyi olanlara təşəkkür edərək deyib: Araz çayında sahilbərkitmə işlərinin aparılması muxtar respublika üçün vacib tədbirlərdəndir. Çünki əvvəllər muxtar respublikanın Araz çayının sahilində yerləşən torpaqları sel sularının təsiri altında yuyulurdu. Bu da müəyyən çətinliklər yaradır, yaşayış məntəqələri və əkin sahələri sel suları altında qalır, ərazilərdə şoranlaşma artırdı. Lakin 2003-cü ildən etibarən muxtar respublikada sahilbərkitmə işlərinin aparılmasına başlanıldı. Sonrakı dövrdə isə müxtəlif layihələr çərçivəsində sahilbərkitmə işləri davam etdirildi. Artıq muxtar respublikanın Araz çayı boyunca yerləşən sərhədlərində 55 kilometr məsafədə sahilbərkitmə işləri aparılmış, yaşayış məntəqələrinin, ərazilərin sel təhlükəsinin və yuyulmasının qarşısı alınmışdır.
Ali Məclisi Sədri deyib: “Sahilbərkitmə çətin və məsuliyyətli işdir. Artıq muxtar respublikada bu işləri həyata keçirən kollektiv formalaşmışdır. Ona görə də gələcəkdə də sahilbərkitmə işlərinin davam etdirilməsi nəzərdə tutulmuş, yeni layihələr hazırlanmışdır. Sahilbərkitmə işlərinin aparılması torpaqların yuyulmasının və şoranlaşmanın qarşısını almaqla yanaşı, həm də ərazinin zəngin flora və faunasının qorunmasına da imkan verir. Bu tədbirlərin nəticəsidir ki, muxtar respublikada “Arazboyu” Dövlət Təbiət Yasaqlığı yaradılmış, bu ərazilərin bitki və heyvanlar aləminin mühafizəsi təmin edilmiş, vaxtilə su altında qalan torpaqlardan səmərəli istifadə olunmasına başlanılmışdır”.
Ali Məclisin Sədri sahilbərkitmə işlərinin aparılmasında əməyi olanları qiymətli hədiyyələrlə mükafatlandırıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

