/ / Əli Əhmədov: Terrorla, günahsız insanları qətlə yetirməklə türk xalqının iradəsini sındırmaq, Türkiyə dövlətini haqq yolundan döndərmək mümkün deyil
Əli Əhmədov: Terrorla, günahsız insanları qətlə yetirməklə türk xalqının iradəsini sındırmaq, Türkiyə dövlətini haqq yolundan döndərmək mümkün deyil
02.07.2016 [09:55]
Dünən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov İstanbulun Atatürk Hava Limanında törədilmiş və çoxsaylı insanın ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində olub, Türkiyə xalqına başsağlığı verib. Yeni Azərbaycan Partiyasının adından səfirlikdə terror qurbanlarının xatirəsinə əklil qoyulub.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunla görüşən Əli Əhmədov bu qanlı terror hadisəsinin, bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri tərəfindən də kəskin pislənildiyini bildirib. Əli Əhmədov qeyd edib ki, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, xalqımız Türkiyə ilə hər zaman bir yerdədir, bu gün də türk xalqının acısını böyük kədər hissi ilə bölüşür.
Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun bu ağır günlərdə Azərbaycan xalqına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. “Türkiyədə törədilmiş terror aktlarından sonra bizimlə həmrəylik nümayiş etdirən Azərbaycan Prezidentinə və xalqına minnətdarıq”, - deyən səfir qeyd edib ki, hər dəfə Azərbaycan dövləti və xalqı Türkiyə ilə həmrəyliyini ən güclü şəkildə nümayiş etdirib. “Prezident İlham Əliyevdən aldığımız başsağlığı məktubu, eyni zamanda, qardaş Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir”, - deyə səfir vurğulayıb.
Sonra Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov İstanbulun Atatürk Hava Limanında törədilmiş və çoxsaylı insanın ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar Türkiyənin ölkəmizdəki səfirliyində açılmış xatirə kitabına ürək sözlərini yazıb.
Jurnalistlərə müsahibə verən Əli Əhmədov qeyd edib ki, İstanbulun Atatürk Hava Limanında törədilən qanlı terror hadisəsi bütün Azərbaycan xalqını sarsıdıb. Hər bir Azərbaycan vətəndaşının bu hadisə ilə əlaqədar böyük kədər və hüzn içərisində olduğunu deyən YAP Sədrinin müavini qeyd edib ki, dinc insanların qətlə yetirilməsi böyük bir günahdır.
“Bu cür qanlı terror hadisələrini törədənlər dərk etməlidirlər ki, terrorla, günahsız insanları qətlə yetirməklə türk xalqının iradəsini sındırmaq, Türkiyə dövlətini haqq yolundan döndərmək mümkün deyil. Bu ağır günlərdə həmişə olduğu kimi, Azərbaycan dövləti və xalqı qardaş Türkiyə ilə bir yerdədir. Türkiyənin hər bir acısını hər bir vətəndaşımız öz acısı kimi qarşılayır. Bizim qarşımızda duran vəzifə ondan ibarət olmalıdır ki, bütün dünya səylərini, gücünü birləşdirib terrora qarşı mübarizə aparmalıdır. Birgə mücadilə ilə terrorun qarşısını almaq, terrorçuların öz məqsədlərinə çatmalarına mane olmaq mümkündür. Hesab edirəm ki, bu gün dünyada İstanbulda törədilən bu terror hadisəsinə böyük diqqət ayrılması, hadisənin lənətlənməsi, terrora qarşı mübarizə ilə bağlı səylərin birləşdirilməsi çağırışları ondan xəbər verir ki, bəşəriyyət bütün gücünü birləşdirib terrorun kökünü birdəfəlik kəsməlidir.
Mən bir daha qanlı terror hadisəsi ilə əlaqədar Türkiyə xalqına, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, yaralananlara isə Allahdan şəfa diləyirəm”, - deyə Əli Əhmədov vurğulayıb.
Qeyd edək ki, YAP İcra katibinin müavinləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ziyarətdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

