Almaniya Bundestaqının üzvü: Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır
26.07.2016 [09:49]
Almaniya Bundestaqının üzvü, parlamentdə Xristian-Sosialistlər İttifaqının (XSİ) regional fraksiyasının baş katibi Maks Straubinger Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğusuna cavab olaraq açıqlama verib. Açıqlamada deyilir: “Almaniya parlamentində XSİ regional fraksiyası üçün tam aydındır ki, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyünə hörmət şübhə altına alınmamalı, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməlidir. Şübhəsiz ki, Azərbaycan ərazilərinin beynəlxalq hüquqa zidd olan işğalına son qoyulmalı və məcburi köçkünlərə öz evlərinə geri qayıtmağa şərait yaradılmalıdır. Münaqişənin sülh yolu ilə həlli bütövlükdə regionun stabilləşdirilməsinə töhfə verəcək”.
Almaniya Bundestaqının üzvü bildirib ki, 1992-ci ildən ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar nəticəsində sülh sazişi (“Madrid prinsipləri”) üçün ərazi bütövlüyü, münaqişənin sülh yolu ilə həlli və xalqların öz müqəddəratını həll etmək prinsiplərinə əsaslanan səmərəli yolu tapıldı. Təəssüf ki, kifayət qədər vaxt sərf olunmasına baxmayaraq, danışıqlarda tərəqqi baş vermədi. Hətta 2016-cı ilin aprel ayında münaqişə yenidən alovlandı və bu, hər iki tərəfdən mülki insan itkisinə səbəb oldu. “Biz bu gərginləşmə ilə bağlı təəssüfümüzü bildirir, xüsusilə də mülki əhalinin həlak olması faktını pisləyirik”, - deyə açıqlamada qeyd edilir.
XSİ regional fraksiyası hesab edir ki, Almaniya hazırda ATƏT-in sədri qismində münaqişənin yenidən alovlanmasının qarşısını almaq və sülhə gətirəcək yolun tapılması üçün əlindən gələni etməyə məsuliyyət daşıyır. Ona görə də biz möhkəm atəşkəs, etimad quruculuğu tədbirləri və danışıqların yenidən başlanmasını istəyirik. Almaniya hökuməti, həmçinin bu hədəflərin həyata keçməsi üçün kampaniya aparır: xarici işlər naziri Frank-Valter Ştaynmayer bu yaxınlarda siyasi danışıqlar aparmaq üçün Cənubi Qafqaza səfər etmişdi. İyulun 1-də Tbilisidə keçirilən ATƏT Parlament Assambleyasının konfransında o, düzgün olaraq vurğuladı ki, ATƏT ərazisində dalana dirənmiş münaqişələrin sürətli və sürpriz həllini gözləmək olmaz. Lakin Almaniya tədricən tərəflər arasında minimum qarşılıqlı inamın yaranmasına və orada yaşayan əhalinin gündəlik həyatının asanlaşdırılmasına çalışır.
Xarici işlər naziri əmin etdi ki, Almaniya intensiv şəkildə çalışacaq ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin missiyasının komandası artsın və hərbi insidentlərin tədqiqat mexanizmi yaradılsın, daha gücləndirilmiş monitorinq vasitəsilə atəşkəs rejiminin sabitləşməsinə nail olunsun. Bundan sonra ciddi danışıqların aparılması üçün ilk addım atmaq mümkün olacaq. Bundan əlavə, Almaniya çalışır ki, ATƏT-in Minsk qrupu danışıqlar prosesini yenidən canlandırsın və intensivləşdirsin. Məqsəd status-kvonu möhkəmləndirmək deyil, münaqişənin həlli prosesində tərəqqiyə nail olmaqdır. Bu ikitərəfli yanaşma XSİ regional fraksiyası tərəfindən dəstəklənir. Lakin qarşı tərəflərin rolu çox mühümdür: onlar münaqişədə istənilən gərginləşmədən imtina etməli və danışıqlar prosesini çətinləşdirən şərtlər qoymaqdan çəkinməlidirlər. Əks təqdirdə, real dialoqa nail olmaq mümkün olmayacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23

