/ / Haaqada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərinə dair seminar təşkil olunub
Haaqada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərinə dair seminar təşkil olunub
27.07.2016 [09:53]
Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində Haaqa Beynəlxalq Hüquq Akademiyası ilə birgə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri” mövzusunda seminar təşkil olunub.
Seminarda Böyük Britaniya, Fransa, Belçika, Kanada, İtaliya, Niderland, Rusiya, Türkiyə, Braziliya, Argentina, Peru, Kamerun, Yamayka, Seneqal, Qvatemaladan hüquqşünaslar iştirak ediblər.
Seminar iştirakçılarına Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf, ölkədə həyata keçirilən əsaslı quruculuq işləri barədə məlumat verilib. Sonra beynəlxalq ümumi hüquq üzrə mütəxəssislər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi aspektləri barədə məlumatlandırılıb.
Qeyd olunub ki, iyirmi ildən çox davam edən münaqişə Azərbaycan ərazilərinin təqribən beşdə birinin işğalı və ölkə əhalisinin hər doqquz nəfərdən birinin məcburi köçkün və qaçqın olması ilə nəticələnib. Azərbaycana qarşı müharibə başladığına və gücdən istifadə etməklə torpaqlarımızı işğal etdiyinə, soydaşlarımıza qarşı etnik təmizləmə apardığına, eləcə də münaqişə dövründə ağır cinayətlər törətdiyinə görə Ermənistanın məsuliyyət daşıdığı bildirilib. Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi diqqətə çatdırılıb.
Belçikalı hüquqşünas Aleksandr Mark Hauzeur münaqişənin həlli istiqamətində diplomatik danışıqlarla bağlı cari vəziyyət barədə maraqlanıb.
Danışıqlar prosesinin ATƏT-in Minsk qrupu çərçivəsində aparıldığı, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticəyə nail olunmadığı, separatçı rejimin mütəmadi qaydada təxribat törətməklə atəşkəs rejimini pozduğu, işğal olunmuş ərazilərdə hərbi imkanları gücləndirməyə cəhd etdiyi vurğulanıb. Separatçı rejimin mövqeyini möhkəmləndirmək və mövcud status-kvonu saxlamaq məqsədi güddüyü diqqətə çatdırılıb.
İtaliyalı hüquqşünas Salvatore Custerer və niderlandlı mütəxəssis Jakob van der Beeten münaqişəyə beynəlxalq təşkilatlar tərəfindən verilən hüquqi qiymət məsələsinə toxunublar. Beynəlxalq ictimaiyyətin sərt şəkildə Azərbaycana qarşı hərbi gücdən istifadəni ardıcıl formada qınadığı bildirilib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrindən söz açılıb, qurumun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyi bildirilib. Bu qətnamələrdə Təhlükəsizlik Şurasının Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxmasını tələb etdiyi vurğulanıb.
Fransalı hüquqşünas Agathe Ruaultun bu ilin aprel ayında qoşunların təmas xəttindəki məlum gərginliyin KİV-lərdə geniş əks-səda doğurduğuna diqqəti çəkib.
Bildirilib ki, Ermənistan mütəmadi olaraq atəşkəs rejimini pozur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərində qanunsuz mövcudluğu regionda sülh və sabitliyə təhlükədir.
Britaniyalı hüquqşünas Ben Hudson və braziliyalı Livia Prates Thome ölkədə qaçqın və məcburi köçkünlərin, eləcə də işğal olunmuş ərazilərdə mədəni abidələrin qorunması vəziyyəti ilə maraqlanıblar.
Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumlarının, onlara qarşı qeyri-insanı davranışının beynəlxalq humanitar hüquqa, xüsusilə də 1949-cu il Cenevrə Konvensiyalarına zidd olduğu diqqətə çatdırılıb. Ermənistanın işğal etdiyi ərazilərdə mədəni abidələri dağıtmaqla 1954-cü il Hərbi münaqişələr dövründə mədəni mülkiyyətin qorunmasına dair Haaqa Konvensiyası və onun protokolları və digər beynəlxalq sənədlərin müddəalarını ciddi şəkildə pozduğu vurğulanıb.
Kanadalı hüquqşünas Theo Riviere-Cloutierə “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına dair ətraflı məlumat verilib: “Ermənistan tərəfindən azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulduğunu müəyyən edən məhkəmə qərara alıb ki, Ermənistan iddiaçılarla münasibətdə Konvensiyadan irəli gələn hüquq pozuntularının aradan qaldırılması üçün müvafiq öhdəliklərini yerinə yetirməyib”.
İşğal olunmuş ərazilərdə iqtisadi vəziyyətlə bağlı rusiyalı mütəxəssis Olqa Bondarçuk və qondarma qurumun digər ölkələrlə iqtisadi əlaqələrinin hansı səviyyədə olmasına dair slovakiyalı mütəxəssis İvan Puskar ilə fikir mübadiləsi zamanı qondarma qurumun “beynəlxalq tədbirlər” təşkil etmək, xarici ölkələrə səfərlər hazırlamaq yolu ilə heç bir dövlət tərəfindən tanınmayan separatçı rejimin mövcudluğunu legitimləşdirməyə cəhd etdiyi diqqətə çatdırılıb. Xarici vətəndaşların işğal olunmuş ərazilərə səfərlərinin və bu ərazilərdə iqtisadi fəaliyyətin qanunsuzluğu, səfər nəticəsində həmin vətəndaşların “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş şəxslər siyahısı”na daxil ediləcəyi, onların Azərbaycana girişinə qadağa qoyulacağı və Azərbaycan qanunvericiliyində müəyyən edilmiş müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Sonda iştirakçılara Azərbaycanda gedən inkişaf prosesləri, ölkənin xarici siyasət prioritetləri haqqında məlumat verilib, müvafiq audio-vizual materiallar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

