Səfir Kerol Krofts: Azərbaycanda azad internetin olması ölkə üçün çox mühüm amildir
03.08.2016 [15:16]
Azərbaycanda azad internetin olması ölkə üçün çox mühüm amildir.
Bu fikri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Kerol Krofts AZƏRTAC-da keçirilən görüşdə bildirib.
AZƏRTAC-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatındakı rolu barədə məlumat verən baş direktor Aslan Aslanov Azərbaycanın və Böyük Britaniyanın nüfuzlu media qurumları arasındakı səmərəli əməkdaşlıqdan danışıb.
Görüşdə Böyük Britaniyanın Press Association Agentliyi ilə AZƏRTAC arasında sıx əlaqələrin, bu nüfuzlu informasiya qurumunun baş icraçı direktoru Klayv Marşalla səmimi dostluq münasibətlərinin olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının AZƏRTAC-ın ev sahibliyi ilə bu il mayın 23-də keçirilən iclasında Klayv Marşal da fəal iştirak edib və Konqresin hazırlıq işlərinə töhfəsini verib.
Beynəlxalq əlaqələrinin genişlənməsinin AZƏRTAC-ın dəqiq və etibarlı informasiya mənbəyi kimi məsuliyyətini daha da artırdığı, indiki sosial media bumu şəraitində bunun çox vacib amil olduğu vurğulanıb. Qeyd olunub ki, milli xəbər agentlikləri informasiyanın daha sürətlə və geniş coğrafiyada yayılmasında sosial medianın imkanlarından maksimum səmərəli istifadə etməlidir.
Diqqətə çatdırılıb ki, AZƏRTAC Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığın genişləndirilməsinə hər zaman hazırdır. Bu əməkdaşlıq hər iki ölkənin sosial-iqtisadi, siyasi və humanitar həyatının dərindən öyrənilməsi məqsədilə jurnalistlərin qarşılıqlı səfərlərinin təşkilini, müştərək layihələri əhatə edə bilər.
Səfir Kerol Krofts diplomatik fəaliyyəti dövründə Böyük Britaniyanın və Azərbaycanın media qurumları arasında əlaqələrin möhkəmlənməsində, qarşılıqlı səfərlərin, təlim proqramlarının təşkilində səylərini əsirgəməyəcəyini bildirib. Diplomat ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edən səfir ölkəmizin mühüm coğrafi mövqedə yerləşdiyini və bu amilin gələcək inkişafda əhəmiyyətli rol oynayacağını söyləyib.
Xəbər lenti
Hamısına baxElm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24

