Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın yanındadır
19.05.2009 [09:38]
Bir neçə ay öncə bəzi xarici dairələr tərəfindən Türkiyənin Ermənistanla sərhədlərinin açılacağına dair ortaya atılmış iddialardan sonra Azərbaycanla Türkiyə arasında yaranmış xırda narahatlıqlar artıq tamamilə aradan qalıdırılıb. Bunda da Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya ötən həftə reallaşmış səfəri və həmin səfər çərçivəsində səsləndirdiyi bəyanatların əhəmiyyətli rol oynadığını vurğulamaq yerinə düşər. Eyni zamanda, bu səfər ikitərəfli münasibətlərin inkişafı üçün də yeni perspektivlər yaradıb. Daha doğrusu, sözügedən səfər regional təhlükəsizlik məsələləri, Cənubi Qafqazda mövcud olan münaqişələrin həlli baxımından da əhəmiyyətli rol oynayır.
Belə ki, regiona yaxınlığı və sahib olduğu iqtisadi, hərbi potensialı ilə Türkiyə bu münaqişələrin həllində daha fəal rol ala bilər. Buna Türkiyənin beynəlxalq imici də imkan verir. Elə bu məsələlər baş nazir Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri çərçivəsində də gündəmə gəlib. Türkiyə və Rusiyanın baş nazirləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşündə regionda təhlükəsizlik məsələləri, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müzakirələr aparılıb. Qeyd edək ki, Türkiyənin baş naziri rusiyalı həmkarı ilə təkbətək görüşlərdən sonra verdiyi açıqlamada bölgədəki vəziyyətlə bağlı Türkiyə və Rusiyanın üzərinə məsuliyyət düşdüyünü deyib: “Regionun sabitliyi və inkişafı üçün birgə addımlar atmalıyıq. Burada Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ problemi, Yaxın Şərq və Kiprlə bağlı məsələlər var. İnanıram ki, biz birlikdə bu problemlərin həlli istiqamətində xeyli məsafə qət edə bilərik”.
Rusiyanın baş naziri Vladimir Putin də bölgədəki vəziyyəti, o cümlədən, Dağlıq Qarabağ münaqişəsindəki hazırkı durumu müzakirə etdiklərini bildirib: “Bizim bu problemlə bağlı mövqeyimiz bundan ibarətdir ki, tərəflərin münaqişənin həlli istiqamətində qarşılıqlı olaraq qəbul etdikləri bir sazişin imzalanmasına yaxınlaşmalarına yardım edək. Türkiyə və Rusiya bu problemin çox tezliklə həll edilməsini istəyir. Problemin həlli üçün biz hər ikimiz lazım olanı etməyə hazırıq”.
Şübhəsiz ki, qardaş ölkənin baş nazirinin çox böyük əhəmiyyət verilən Rusiya səfəri çərçivəsində məhz Dağlıq Qarabağ münaqişəsinin də gündəmə gəlməsi sevindirici məqamdır. ümumiyyətlə, isə “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində də bu tezisdən, tarixi - etnik bağlılıqların tələbləri çərçivəsində çıxış edir. Münaqişənin alovlanmağa başladığı ilk illərdən bu günədək Azərbaycan Türkiyənin dəstəyini hər zaman hiss edib. Sevindirici haldır ki, bu dəstək dəyişən siyasi iqtidarlardan asılı olmayaraq hər zaman olub, bu gün də var. Türkiyə Cümhuriyyətinin baş naziri, Rəcəb Tayyib Ərdoğanın Bakıda səsləndirdiyi fikirlər həm Ankaranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyinin ifadəsi, həm də dünya birliyinə iki dost, qardaş dövlətlərin birgə mesajı idi. Baş nazir bir daha bəyan etdi ki, Türkiyə indiyə qədər Dağlıq Qarabağ məsələsində Azərbaycanı necə dəstəkləyibsə, gələcəkdə də dəstəyini eyni şəkildə qətiyyətlə davam etdirəcək. Baş nazir Moskvaya səfəri çərçivəsində bir daha bunu bəyan edib: “Bakıda Azərbaycan Prezidenti, dəyərli qardaşım İlham Əliyevlə söhbətimiz oldu. Aramızda tarixdən gələn qardaşlığı kölgələyəcək, zədələyəcək hər hansı problemin olmayacağını, Azərbaycanın milli problemini bu günə qədər öz milli problemimiz kimi gördüyümüzü və görəcəyimizi həm ona söylədik, həm də mətbuat konfransında və Azərbaycan parlamentindəki çıxışımızda bəyan etdik”.
R.T.Ərdoğan Cənubi Qafqazda sabitliyin təmin edilməsi məsələsində Prezident İlham Əliyevlə eyni mövqedə olduqlarını vurğulayıb: “Milli Məclisdə və mətbuat konfransında çıxışımda bildirdim ki, son zamanlar Türkiyənin Azərbaycanı yalnız buraxacağına dair Azərbaycan mediasında çıxan xəbərlər doğru deyil. Azərbaycan mediası buna geniş yer verdi, amma yenə bəziləri başqa şeylər axtarır. Türkiyə Azərbaycanı yalnız buraxmaz. Bunu səfərim zamanı Azərbaycan ictimaiyyəti də gördü”.
Jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanın “Türkiyə Dağlıq Qarabağ probleminin həllinə qarışmasın” mesajına da münasibət bildirib. Baş nazir bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində səssiz qala bilməz: “Sərhədlərin qapanması Dağlıq Qarabağ məsələsi ilə bağlıdır, oradakı hərbi müdaxilənin nəticəsidir. Səbəb budur. Bu səbəb aradan qalxmasa, qapıları aça bilmərik”.
Baş nazir Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan danışıqlarının bir-biri ilə əlaqəsi olmadığına dair fikirləri qəbul etmədiyini də deyib: “AKP olaraq bizim mövqeyimiz budur”.
Şübhəsiz ki, Türkiyənin bu mövqeyinə Azərbaycan da biganə deyil. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində atdığı addımları ölkəmiz yüksək qiymətləndirir və bu, bizim üçün çox önəmlidir. Xüsusilə, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində keçirilən son səsvermə zamanı işğal olunmuş ərazilərdə yaranan vəziyyətlə bağlı qətnamənin qəbul edilməsində Türkiyənin dəstəyi və mövqeyi çox mühüm olub.
Beləliklə, Azərbaycan və Türkiyə yalnız iqtisadi sahədə əməkdaşlıqla kifayətlənmir, dostluğun, qardaşlığın şərtlərini sonadək yerinə yetirir. Həyata keçirilən proqramlar, birgə layihələr bu dövlətləri və xalqlarımızı daha sıx birləşdirir. Bu layihələr, eyni zamanda, bütün türk dünyası üçün çox böyük əhəmiyyət kəsb edir. Bunun Cənubi Qafqaz regionunun gələcəyi baxımından əhəmiyyəti isə müzakirəolunmazdır. Türkiyə və Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə, heç bir təşəbbüs reallaşa bilməz. Bu isə o deməkdir ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan dövləti yenidən düşünməli və qərar verməlidir. Ya işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalı, regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verməli, ya da öz gələcəyini sual altında qoymalıdır. Ermənistan rəhbərliyi boşboğazlıq edib mənasız bəyanatlar vermək yerinə, bir az da bunun haqqında düşünsün.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxAnalitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18

