Rəcəb Tayyib Ərdoğanın Bakıda səsləndirdiyi bəyanatlar çox əhəmiyyətlidir
19.05.2009 [09:39]
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da bu qənaətdədir. Millət vəkili bildirib ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Narahatlıq doğuran məsələlərə gəlincə, S.Novruzov deyib ki, Türkiyənin baş nazirinin ölkəmizə səfəri zamanı bu məqamlara aydınlıq gətirildi: “Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, narahatlıq doğuran məqamlar artıq keçmişdə qaldı. Türkiyənin baş naziri ölkəsinin mövqeyini açıq şəkildə bəyan etdi. Bizim aramızda dostluq və qardaşlıq münasibətləri var. Bu münasibətlərə heç kəs kölgə salmamalıdır. Hesab edirəm ki, münasibətlərimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək. ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyə “bir millət, iki dövlət”dir. Millətimizin arasında umu-küsü ola bilməz. Fikrimcə, keçmişdə narazılıq doğuran məsələlər bir daha gündəmə gəlməməlidir”.
Səfərin məhz bu günlərə təsadüf etməsinin böyük əhəmiyyət daşıdığını deyən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədr müavini, millət vəkili Gültəkin Hacıbəyli aparılmış müzakirələrin hər iki tərəf üçün vacib olduğunu söyləyib: “Hazırda regiona və xüsusilə də, Azərbaycana diqqət artıb. Bu gün Türkiyənin ölkəmizlə hansı münasibətlərdə olması hadisələrin sonrakı inkişafına təsir göstərən amildir. Ona görə də, Türkiyə baş nazirinin Bakıda səsləndirdiyi bəyanatlar çox əhəmiyyətlidir”.
Azərbaycanın və Türkiyənin tarixi köklərlə bir-birinə yaxın olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, məhz elə bu səbəbdən də hər iki dövlətin strateji maraqları üst-üstə düşür: “Dövlətlərin əbədi maraqları olmur. Bu maraqlar zamandan və baş verənlərdən asılı olaraq dəyişir. Lakin Azərbaycan və Türkiyənin maraqları bu amillərdən asılı olan maraq deyil. Bizim baş verənlərdən və zamanından asılı olmayan və ust-üstə düşən maraqlarımız mövcuddur. Və Ərdoğan da bir daha bunları bəyan etdi”.
Parlamentdəki çıxışı zamanı baş nazirin dönə-dönə bu məqamları vurğuladığını xatırladan xanım millət vəkili Türkiyənin məlum mövqeyinin Azərbaycan üçün çox önəmli olduğunu bildirib: “Türkiyə bəyan etdi ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmayınca sərhədlər açılmayacaq və Türkiyə bu məsələdə rəsmi Bakının mövqeyini dəstəkləyir. Rəcəb Tayyib Ərdoğanın Bakıda səsləndirdiyi bəyanatlar münaqişənin uzanmasında məsuliyyət daşıyan dövlətlərə, o cümlədən, Minsk qrupuna xəbərdarlıq idi. Yəni, əgər siz münaqişənin doğrudan da həll olunmasını istəyirsinizsə, onda işğalçı dövlətə təsir göstərməlisiniz”.
G.Hacıbəylinin fikrincə, bu, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini bir daha möhkəmlətməkdir.
Ərdoğanın Bakı görüşlərinin nəticələrini yüksək qiymətləndirən millət vəkili Zahid Orucun sözlərinə görə, son dövrlərdə yaranmış xoşagəlməz söz-söhbətləri aradan qaldırmaq və Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf etməkdə olduğunu bir daha göstərmək üçün baş nazirin Bakıya səfəri vacib idi: “Son illərdə türk dünyasında yaranmış birlik bəzilərinin xoşuna gəlmir və xüsusilə də, Türkiyə ilə münasibətlərimizin çox yaxın olması həmin qüvvələri qıcıqlandırır. Baş verən hadisələr də münasibətlərimizi pozmaq istəyən qüvvələrin mövcudluğundan xəbər verir və cənab baş nazirin Bakıya səfəri zamanı səsləndirilən bəyanatlar göstərdi ki, bu münasibətləri pozmaq o qədər də asan deyil”.
Millət vəkili hesab edir ki, hazırda nümayiş etdirilən birlik hər iki dövlətin beynəlxalq aləmdəki mövqeyini möhkəmlədir və bu hər iki ölkənin maraqlarına uyğundur: “Baş nazir özü də qeyd etdi ki, bizim problemlərimiz eynidir və onların həlli bir-birimizə nə qədər dəstək verməyimizdən xeyli asılıdır. Xüsusilə də, Dağlıq Qarabağ məsələsində Türkiyənin dəstəyi olduqca vacibdir. çünki Türkiyə Minsk qrupunun üzvüdür. Və Türkiyə hesab edir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın sözlərinə görə, səfərin ən böyük əhəmiyyəti baş nazirin Türkiyənin Azərbaycana münasibətinin dəyişməz qaldığını bəyan etməsi oldu: “Baş nazir Ərdoğan bəzi qüvvələrin münasibətlərimiz ətrafında spekulyasiyalar etmək cəhdlərinin əbəs olduğunu onlara anlatdı”.
F.Mustafa Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verməsini işğalçı Ermənistanın mövqeyini daha da zəiflədən amil kimi dəyərləndirir: “Ermənistan Türkiyədən gözlədiyi dəstəyi almadı. Böyük dövlətlər isə Türkiyənin bu mövqeyini nəzərə almalıdırlar “.
BAHAR
Xəbər lenti
Hamısına baxİdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21

