/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb
08.09.2016 [09:47]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva beynəlxalq tibb elmi sahəsindəki xidmətlərinə və İsrail ilə Azərbaycan arasında səhiyyə əlaqələrinin inkişafına töhfələrinə görə İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb. Bu barədə sentyabrın 7-də Azərbaycanın Milli Onkologiya Mərkəzində İsrailin Hayfa şəhərindəki “Xorev” Tibb Mərkəzinin baş həkimi Roman Barakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə məlumat verilib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Azərbaycanda onkologiya sahəsində dövlət başçısının rəhbərliyi altında mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib. Xüsusilə Milli Onkologiya Mərkəzində Uşaq Klinikasının yaradılmasında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri vurğulanıb.
Görüşdə iştirak edən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov İsraillə bütün sahələrdə mövcud olan əməkdaşlıqdan danışaraq bu əlaqələrin daha da genişləndiriməsinin vacibliyini diqqətə çatdırıb. Baş nazirin müavini bildirib ki, avqustun 25-27-də Bakı, Mingəçevir və Gəncə şəhərlərində İsrail həkimlərinin iştirakı ilə qadınlarda müxtəlif xəstəliklərin erkən diaqnostikası məqsədilə pulsuz tibbi müayinə və konsultasiyalar təşkil olunub. Ümumilikdə 700-dən çox hamilə qadına baxış keçirilib və onlar müvafiq təyinat alıblar. Müayinələr Bakıda Milli Onkologiya Mərkəzi, Mingəçevir və Gəncə şəhər klinik xəstəxanalarında təşkil olunub. Azərbaycan və İsrail mütəxəssisləri müayinələrlə yanaşı, həmçinin qarşılıqlı təcrübə mübadiləsi aparıblar. Eyni zamanda, İsrail həkimləri azərbaycanlı həmkarları ilə birgə Bakıda xəstənin döş qəfəsində uğurla nəticələnən torakoskopik əməliyyat ediblər.
Qeyd olunub ki, Heydər Əliyev Fonduna ötən müddət ərzində bölgələrdən sağlamlığa dair müxtəlif problemlərin, o cümlədən qadınlarda reproduktiv sistem xəstəliklərinin müayinə və müalicəsinə kömək göstərilməsi ilə bağlı müraciətlər daxil olub. Onların təhlili nəticəsində bu layihənin həyata keçirilməsinə qərar verilib. A.Şərifov israilli həkimlərin respublikamızda gördükləri işləri yüksək qiymətləndirib və ağır xəstələrin müalicəsi üçün tibb ocaqlarına avadanlıqlar hədiyyə etdiklərinə görə onlara minnətdarlığını bildirib. Qeyd edib ki, əsas məqsəd Heydər Əliyev Fondunun dəstəyi ilə bu layihəni daha da təkmilləşdirməkdir.
Roman Barak hər üç şəhərdə xoş münasibətə və onlara yaradılan imkana görə dövlətimizin başçısına təşəkkür edib. O, belə aksiyaların davamlı olacağını vurğulayıb.
Görüşdə Milli Onkologiya Mərkəzi adından Roman Baraka xatirə hədiyyəsi verilib.
Sonra Roman Barak Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın beynəlxalq tibb elmi sahəsindəki xidmətlərinə və İsrail ilə Azərbaycan arasında səhiyyə əlaqələrinin inkişafına töhfələrinə görə İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görüldüyünü bildirib.
Fəxri doktor diplomu ünvanına çatdırılması üçün Baş nazirin müavini Abid Şərifova təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52

