Bakıda “Xəyanətdən qələbəyə” sənədli filminin təqdimatı olub
08.09.2016 [10:00]
Sentyabrın 7-də Bakıda Türkiyədə iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən bəhs edən “Xəyanətdən qələbəyə” adlı sənədli filmin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), TRT kanalının və Anadolu Agentliyinin hazırladığı filmin təqdimat mərasimində rəsmi şəxslər, diplomatlar, deputatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Türkiyənin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əlaqələndiricisi Adəm Urfa çıxışında bu tədbiri təşkil etməklə 15 iyul hadisələri zamanı Türkiyədə nə dərəcədə böyük təhlükənin aradan qaldırıldığını göstərmək istədiklərini bildirib. O, bu mübarizədə Azərbaycanın da Türkiyənin yanında olduğunu vurğulayıb.
Anadolu Agentliyinin Asiya və Qafqaz bürosunun rəhbəri Tolqa Özgenç 15 iyul gecəsi Azərbaycan xalqının da Türkiyə xalqı kimi yuxusuz qaldığını qeyd edib. O deyib: “15 iyul bizim üçün böyük sınaq idi. Biz artıq FETÖ-nun necə bir təhlükəli təşkilat olduğunu anlayırıq. Bunu dost və qardaş bildiyimiz ölkələrə də anlatmaq istəyirik”.
TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan 15 iyul gecəsi türk xalqının demokratiyanın qorunması uğrunda öz canını qurban verməyə hazır olduğunu sübut etdiyini söyləyib. Bildirilib ki, bu gün Türkiyədə xalqın demokratik yolla iradəsini nümayiş etdirərək seçdiyi prezident, hökumət var. Xalq da onlarla birdir, onların arxasındadır.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib ki, iyulun 15-də Türkiyədə baş verən hadisələr Azərbaycandakı 20 Yanvar hadisələrini xatırladır. Türkiyə xalqı dövlətçiliyə sahib çıxdı. Azərbaycan xalqı da Türkiyə xalqının yanında oldu, eyni həyəcanı yaşadı. Bu iki xalq arasında güclü milli mənəvi bağlar mövcuddur. Biz ortaq dəyərləri paylaşırıq.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, 15 iyulda baş verənlər Türkiyə xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdi idi. Lakin Türkiyə xalqı meydanlara axışaraq dövlət çevrilişi cəhdinin qarşısını aldı. Türkiyədə demokratiya qalib gəldi.
Türkiyənin Azərbaycanda səlahiyyətləri başa çatan səfiri İsmayıl Alper Coşqun bildirib ki, Türkiyə xalqı iyulun 15-də tarix yazdı. Həmin gecə bütün türk xalqı bir oldu. Biz bundan qürur hissi keçiririk. Türkiyə bu təcrübədən güclənərək çıxdı.
Çıxış edənlər Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən Türkiyədə dövlət çevrilişinə edilən cəhdi kəskin şəkildə pisləyiblər.
Daha sonra sənədli filmin nümayişi olub.
Tədbir çərçivəsində “Anadolu” Agentliyi tərəfindən təqdim edilən “15 iyul - milli iradənin yüksəlişi” adlı sərgi də nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34

