/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda növbəti xeyriyyə tədbiri keçirilib
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda növbəti xeyriyyə tədbiri keçirilib
10.09.2016 [11:41]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda Qurban bayramı münasibətilə növbəti xeyriyyə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Ravalpindi şəhərində yerləşən “Anjuman Faiz-ul-İslam” yetimlər evində təşkil olunan mərasimdə Pakistanın federal təhsil və peşəkar təlim, daxili işlər və narkotiklərə nəzarət üzrə dövlət naziri Məhəmməd Baliğ-ur-Rəhman, “Anjuman Faiz-ul-İslam” Təşkilatının sədri Mian Məhəmməd Siddiq Əkbər, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhəmməd Asif Nur, ictimai-siyasi xadimlər, senatorlar, media mənsubları, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları və kimsəsizlər evində məskunlaşan uşaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən dövlət naziri Məhəmməd Baliğ-ur-Rəhman Azərbaycan və Pakistanın dost və qardaş ölkələr kimi bir-birinin sevincini və kədərini bölüşdüklərini, ortaq dəyərlərə və mənəvi yaxınlığa malik olduqlarını qeyd edib, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini bildirib.
Nazir Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə, o cümlədən Pakistanda həyata keçirdiyi mühüm sosial-humanitar layihələri Azərbaycan xalqının Pakistan xalqı ilə həmrəyliyinin təzahürü kimi qiymətləndirib, xeyriyyəçilik fəaliyyətinin nəticəsi olaraq, birinci xanım Mehriban Əliyevanın Pakistan Prezidenti tərəfindən bu ölkənin “Hilal-e Pakistan” ali mükafatı ilə təltif edildiyini xatırladıb. Nazir Azərbaycan-Pakistan qardaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Daha sonra çıxış edən “Anjuman Faiz-ul-İslam” Təşkilatının sədri Məhəmməd Əkbər Siddiq rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, təşkilatın 1943-cü ildən yarandığını, Pakistanın müxtəlif bölgələrində yerləşən altı mərkəzdə mindən artıq kimsəsiz uşağa xidmət etdiyini bildirib, xeyirxah əməllərə görə Heydər Əliyev Fonduna təşəkkürlərini çatdırıb.
Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti M.A.Nur çıxışında ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinin tarixi və möhkəm siyasi təməllərindən söhbət açıb, iki dövlətin bütün məsələlərdə bir-birinə arxa olduğunu diqqətə çatdırıb. O, Heydər Əliyev Fondunun Pakistanda gerçəkləşdirdiyi xeyriyyəçilik layihələrinin birinci xanım Mehriban Əliyevanın xeyirxahlığının, eyni zamanda, xalqlarımızın dostluğunun və birliyinin təcəssümü olduğunu vurğulayıb.
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyevanın adından mərasim iştirakçılarını salamlayıb, müstəqilliyinin bərpasının ilk illərindən Ermənistan tərəfindən həyata keçirilmiş terror hadisələri, soyqırımı aktları və işğala məruz qalan, təcavüzə uğrayan ölkə kimi Azərbaycanın terror və işğalın acı nəticələrini, insanların, uşaqların necə əzab çəkdiklərini yaxşı bildiyini diqqətə çatdırıb. O, Heydər Əliyev Fondunun “Anjuman Faiz-ul-İslam” Təşkilatının kimsəsiz uşaqlar evlərində bu gün həyata keçirdiyi və ümumilikdə Pakistanda icra etdiyi bütün layihələrin xalqların yaxınlaşmasında və ülvi dəyərlərə sahib Azərbaycanın Pakistanda tanıdılmasında mühüm rol oynadığını vurğulayıb. Səfir Azərbaycanın və Pakistanın istər ikitərəfli, istərsə də beynəlxalq tədbirlərdə nümayiş etdirdikləri həmrəyliyin əhəmiyyətinə, Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi birmənalı dəstəyin müstəsna önəminə diqqət cəlb edərək təşəkkürlərini Pakistan Hökumətinə və xalqına çatdırıb.
O, həmçinin sentyabrın 12-13-də İslamabad və Ravalpindi şəhərlərində qurbanlıqların kəsilərək “Anjuman Faiz-ul-İslam” Təşkilatının kimsəsizlər evlərinin sakinlərinə və digər ehtiyaclı insanlara paylanılacağını bildirib.
Sonda uşaqların hazırladığı səhnəciklər nümayiş olunub, Ravalpindi şəhərinin “Anjuman Faiz-ul-İslam” kimsəsizlər evinin uşaqlarına Heydər Əliyev Fondu adından məktəbli çantaları, dərs ləvazimatları və digər hədiyyələr təqdim edilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsizlər evində keçirilən tədbir və xeyriyyə aksiyası haqqında məlumat Pakistanın bir sıra aparıcı televiziya kanallarında, həmçinin “Radio Pakistan” xəbər xidməti, “Associated Press Pakistan”, “Pakistan observer”, “Pakistan in the world”, “Times of Islamabad” xəbər agentlikləri, saytları və digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

