/ / Əli Həsənov: Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb
Əli Həsənov: Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb
27.09.2016 [11:48]
“Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, dövlət başçısı 2016-cı ili ölkədə “İslahatlar ili” elan edib: “İslahatlar artıq başlayıb. Əlbəttə, Azərbaycan postneft dövrünə hazırlaşırdı, ancaq belə tez bir zamanda postneft dövrünün gələcəyini gözləmirdik. Buna müvafiq olaraq da Prezident İlham Əliyev dərhal operativ, çevik islahatların keçirilməsi təşəbbüsünü irəli sürdü. Hazırda həmin islahatlar paketi qəbul olunub, islahat qatarı reysə buraxılıb. Bu iş üçün ölkənin bütün imkanları, həm inzibati, həm iqtisadi, həm də insan resursları səfərbər edilməkdədir. Ona görə də referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda postneft dövründə çevik iqtisadi islahatların keçirilməsi, effektiv idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki bəzi mexanizmlərin aradan qaldırılmasıdır”.
Əli Həsənov qeyd edib ki, referendum, bir tərəfdən, Azərbaycanın inkişafından irəli gələn vəzifələrlə bağlıdırsa, digər tərəfdən də, Azərbaycanı qarşıda gözləyən vəzifələrlə bağlıdır: “Çevik iqtisadi, siyasi və bütün sahələrdəki idarəçilik ona istiqamətlənib ki, dövlətin inkişafında gecikmələr olmasın. Milli iqtisadiyyatımız dərhal postneft dövrünün qanunlarına, tələblərinə uyğunlaşdırılsın. Bunun nəticəsində də Azərbaycan xalqının firavan həyatını təmin edək”.
Müxalifətin referendum ərəfəsindəki fəaliyyəti və hərəkətlərinə toxunan Əli Həsənov diqqətə çatdırıb ki, müxalifətin vəzifəsi mövcud hakimiyyətə opponentlik etməkdir: “Bunun da müxtəlif formaları var. Belə ki, bunu sözlə ifadə etmək, mitinqlərə tərəfdarlarını yığıb orada insanların qarşısında mitinq şəklində ifadə etmək olur. Eləcə də mətbuatda açıqlama formasında da fikirləri ifadə etmək olar. Referendumu və ya seçki aksiyasını öz tərəfdarları ilə birlikdə boykot etmək şəklində də ola bilər. Yəni mövcud hakimiyyətin vəzifəsi Azərbaycan xalqının ona verdiyi mandat çərçivəsində dövlətin idarəçiliyini yaxşı, effektli həyata keçirməkdir. Eyni zamanda, Azərbaycan xalqının növbəti etimadını qazanmaq üçün xalqın maraqlarını ifadə etməkdir. Müxalifətin isə funksiyası yürüdülən siyasətə opponentlik etməkdir. Arzu edirik ki, bu opponentlik də hər zaman sivil formada, eləcə də qanunlar çərçivəsində həyata keçsin. Bəzən təəssüf ki, müxalifətçilərin də xarakterləri fərqli olur. Onların da konstruktivi və qeyri-konstruktivi olur”.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi əlavə edib ki, hər partiya da öz liderinin xarakterinə uyğun olaraq siyasi fəaliyyət nümayiş etdirir: “Müxalifət tənqid edir və etməlidir. Çünki bu, onun funksiyasıdır. Biz isə xalqın iradəsini soruşmaq istəyirik. Bu referendum təşəbbüsü də xalqın iradəsinə söykənir. Əgər onlar bizi dəstəkləyəcəklərsə, deməli, Prezidentin təşəbbüsləri yaşamağa layiqdir və Azərbaycan xalqının dəstəyini o qazanıb. Yox, dəstəkləməyəcəklərsə, o zaman müxalifət dedikləri daha doğru və haqlıdır”.
Venesiya Komissiyasının bəyanatına toxunan Əli Həsənov deyib ki, Venesiya Komissiyasının tələsik açıqlaması ilə bağlı Azərbaycan hökuməti öz münasibətini bildirib. Bu, sifarişli dırnaqarası ekspert rəyi idi. Onun sözlərinə görə, bu tipli qanun layihələrinə, təşəbbüslərə, ölkələrin qanunvericilik aktlarına qiymət vermək üçün Venesiya Komissiyasına bir neçə ay vaxt lazımdır: “Azərbaycan Avropa Şurasına üzv olandan Komissiya ilə bizim səmərəli əməkdaşlığımız olub. Bu gün də həmin əməkdaşlıq davam edir. Əgər Venesiya Komissiyası müraciət etsəydi ki, Azərbaycan tərəfi bu layihəni ekspertiza üçün onlara göndərsin, biz onu göndərəcəkdik. Amma müraciət etmədən, bu məsələ ilə bağlı ciddi maraqlanmadan hər hansı bir sifarişlə komissiya rəyini açıqladı. Biz də buna müvafiq qiymətimizi verdik”.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi əlavə edib ki, referendum təşəbbüsü Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilib: “Təşəbbüs ölkə Prezidentindən gəlib. Konstitusiya Məhkəməsi onun Konstitusiyaya uyğunluğunu təsdiq edib. Layihə indi Azərbaycan xalqının səsverməsinə çıxarılıb. Azərbaycan xalqının iradəsi bizim üçün daxili və xarici ekspert rəylərindən, xarici əlaqələrimizdən, daxili siyasətimizdən üstdə durur. Ona görə də biz Venesiya Komissiyası, Avropa Şurası, Avropa Birliyi və digər hökumətlərarası qurumlarla ona görə əməkdaşlıq edirik ki, Azərbaycan xalqının iradəsini daha dolğun təmin edə bilək, beynəlxalq aləmdə Azərbaycan xalqının maraqlarını ifadə edə bilək”.
“O rəylər və açıqlamalar ki, dırnaqarası beynəlxalq hüquq təşkilatları, bəzi beynəlxalq qeyri-hökumət təşkilatları sifarişlə Azərbaycana yanaşır, biz də onlara adekvat münasibət bəsləyirik. Azərbaycan dövləti o təşkilatlarla yalnız Azərbaycan xalqının maraqları və iradəsi çərçivəsində əməkdaşlıq edir. Bu anlamda Referendum Aktını da Azərbaycan xalqının iradəsinə buraxmışıq. Xalq buna “hə” deyəcəksə, Prezidentin təşəbbüsü həyata keçəcək. “Yox” deyəcəksə, deməli, bu təşəbbüs dəstəklənməyən təşəbbüs kimi tarixin arxivində qalacaq”, - deyə Əli Həsənov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

