Anti-azərbaycançı qüvvələrin referenduma kölgə salmaq cəhdləri boşa çıxdı
28.09.2016 [10:04]
Azərbaycan seçicisinin yüksək fəallıq nümayiş etdirməsi və Referendum Aktını dəstəkləməsi istər radikal düşərgəyə, istərsə də onların xaricdəki havadarlarına növbəti dərs oldu
Sentyabrın 26-da ölkəmizdə keçirilən ümumxalq səsverməsi (referendum) yüksək seçici fəallığı ilə müşayiət olundu. Konstitusiyaya əlavə və dəyişikliklərin lehinə səs verən Azərbaycan seçiciləri bir daha mütərəqqi inkişafı, aparılan islahatları dəstəklədiklərini nümayiş etdirdilər. Bu məqamda vurğulamaq lazımdır ki, Azərbaycan dövləti davamlı demokratik inkişaf yolu seçərək hüquqi dövlət quruculuğu prosesində mühüm nailiyyətlər əldə edib. Məhz bu kontekstdə Əsas Qanuna təklif edilən əlavə və dəyişikliklər ictimai münasibətlərin hüquqi tənzimlənməsini daha da təkmilləşdirmək, müasirləşdirmək, eləcə də dövlət quruculuğu prosesində yeniliklərin tətbiqi məqsədi daşıyır.
Lakin, əldə olunan uğurlar, dövlət idarəçiliyində və qanunvericilikdə tətbiq edilən yeniliklər bir sıra ermənipərəst xarici dairələri, eləcə də onların sifarişini daxildə canla-başla yerinə yetirən “beşinci kolon” nümayəndələrini hər zaman narahat edir. Bunun nəticəsi idi ki, hələ bir neçə ay öncədən Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə qarşı cəbhə açan, şər-böhtan kampaniyası aparan, o cümlədən bilavasitə ermənilərin və onların havadarlarının buyruq qulu olan radikal müxalifət düşərgəsi yenidən “aktivləşmə” prosesinə qədəm qoymuşdu...
Radikal düşərgənin apardığı təbliğat fiaskoya uğradı
Beləliklə, hələ yay aylarında Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə qarşı hər hansı bir tutarlı arqument səsləndirə bilməyən radikal müxalifət yenidən köhnə ampluasına sadiq qaldı. Belə ki, xalqın onlara qarşı münasibətindən yaxşı xəbərdar olan radikal ünsürlər növbəti dəfə ermənipərəst dairələrə üz tutdular. Ölkəmizin inkişafından narahatlıq keçirən həmin mərkəzlər isə qarışıqlıq salmaq, ölkəmizdəki siyasi sabitliyi pozmaq üçün radikalları maddi cəhətdən dəstəklədi. Ölkə KİV-lərinin yaydığı məlumata görə, hətta Azərbaycanda fəaliyyət göstərən bir neçə xarici səfirlik də bu prosesdə iştirak ediblər və “beşinci kolon” nümayəndələrini təlimatlandırıblar.
Məhz bu təlimatlandırmanın və “mükafatlandırmanın” ardından qondarma “Milli şura” və Müsavat Partiyasının timsalında “mitinq” keçirməyə qərar verən radikal düşərgə ermənilərdən və onların havadarlarından aldığı pulun əvəzini çıxmaq üçün “qollarını çırmalasa da”, dağıdıcıların oxu bir daha daşa dəydi. Belə ki, verilən pulun qarşılığında sentyabrdakı birinci “mitinq”də 500-800 nəfəri meydana çıxaran qondarma “şura” bir daha hansı “güc”ə malik olduğunu nümayiş etdirdi. Radikal ünsürlərin sosial şəbəkələrdə apardığı təbliğat da işə yaramadı.
Ermənipərəst qüvvələrin ayırdıqları pullar kəsilən kimi Əli Kərimlinin “meydanı boş qaldı”...
Vurğulamaq lazımdır ki, birinci mitinq-şousunun fiaskoya uğramasının ardından radikal düşərgə və onların xaricdəki ağaları sentyabrın 17-də daha “faciəvi” bir mənzərə ilə üz-üzə qaldılar. Bu dəfə Ə.Kərimli, C.Həsənov və digərləri cəmisi 200-300 civarındakı “mitinq iştirakçısı”na xitab etmək məcburiyyətində qalmışdılar. Nəzərə alsaq ki, həmin “mitinq”lərə qatılanların böyük əksəriyyəti radikal ekstremist qruplaşmaların tərəfdarları olublar, onda AXCP-nin, “Milli şura”nın və Müsavat Partiyasının hansı “güc”ə malik olması mənzərəsi aydın şəkildə ortaya çıxmış olur. Həmin “mitinq”lərdə faktiki olaraq ölkə qanunlarını pozan, radikallığa, terrorizmə istinad edən bir sıra cinayətkarların təriflənməsi özünə “demokrat” deyənlərin əsl simasını bir daha cəmiyyətə nümayiş etdirdi.
Qeyd etdiyimiz kimi, ermənipərəst qüvvələrin pulunun kəsilməsi “Milli şura”nın və Əli Kərimlinin niyyətinin də üzərinə işıq saldı. Daha doğrusu artıq “meydanı boşalan” Ə.Kərimlinin pulun kəsilməsi ilə ikinci ala-yarımçıq “mitinq”i başdan eləməsi, üçüncüdən isə ümumiyyətlə imtina etməsi (?!) radikal düşərgənin hansı məqsədə xidmət göstərdiyini növbəti dəfə nümayiş etdirdi. Yəni, radikal azlığın yalnız maddi təminat qarşılığında ölkədə ara qarışdırmaq niyyətində olduğu bir daha çılpaqlığı ilə üzə çıxdı.
Azərbaycan xalqından antimilli qüvvələrə tərs şillə...
Beləliklə, radikal ünsürlərin sosial şəbəkələrdə apardıqları şər-böhtan kampaniyası, danışdığı yalanlar sentyabrın 26-da bir daha iflasa uğradı. Azərbaycan seçicisinin seçki məntəqələrinə gələrək hələ səhər saatlarından kütləvilik nümayiş etdirməsi və Referendum Aktını dəstəkləməsi istər radikal düşərgəyə, istərsə də onların havadarı olan ermənipərəstlərə növbəti dərs oldu. Xalqımız bir daha öz həmrəyliyini nümayiş etdirdi, görülən işlərə münasibətini bildirdi, öz dəstəyini ifadə etdi. Bu dəstək həm Azərbaycanın gələcəyinin daha işıqlı olmasına, həm də vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində görülən işlərin sürətlənməsinə rəvac verir.
Səsvermə prosesi isə hər zaman olduğu kimi, ədalətli, şəffaf, azad bir şəraitdə keçirildi. Prosesi müşahidə edən beynəlxalq qurumların təmsilçiləri, eləcə də xarici seçki müşahidə missiyalarının nümayəndələri referendumun beynəlxalq demokratik standartlara cavab verdiyini, seçicilərin fəallığı, sakit və peşəkarlıq şəraitində keçdiyini bəyan etdilər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

