/ / Vüqar Əliyev: Fondun idarə edilməsi və fəaliyyətinin təşkili ilə bağlı kifayət qədər aydın mexanizm müəyyənləşdirilib
Vüqar Əliyev: Fondun idarə edilməsi və fəaliyyətinin təşkili ilə bağlı kifayət qədər aydın mexanizm müəyyənləşdirilib
26.05.2009 [10:28]
SİA-ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev bildirib ki, KİV-ə dövlət dəstəyini həyata keçirəcək qurumun təsis olunması prosesi başa çatıb və artıq fondun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər həyata keçiriləcək. “Bura Müşahidə Şurasının sədrinin və onun müavininin seçilməsi, bir sıra sənədləşdirmə və texniki məsələlərin həlli, həmçinin KİV-in layihələrinə maliyyə ayrılması üçün müvafiq qaydaların müəyyənləşdirilməsi və digər məsələlər aiddir”.
Prezident Administrasiyasının sektor müdiri qeyd edib ki, Fond ölkəmizdə fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, KİV-lərin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və KİV-lər arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına şərait yaratmaq, onların sosial müdafiəsini gücləndirmək istiqamətində proqram və layihələrinin maliyyələşməsini həyata keçirəcək. Nizamnamədə fondun idarə edilməsi və fəaliyyətinin təşkili ilə bağlı kifayət qədər aydın mexanizm müəyyənləşdirilib. Hesab edirəm ki, təşkilati məsələlər başa çatdırıldıqdan sonra fond səmərəli fəaliyyət göstərəcək və qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gələcək.
V.Əliyev açıqlamasında bildirib ki, Fondun Müşahidə Şurasında təmsil olunan şəxslər həm müstəqil mətbuatı, həm jurnalist təşkilatlarını, həm də dövlət orqanlarını təmsil edirlər. Jurnalist təşkilatlarını və kütləvi informasiya vasitələrini təmsil edən şura üzvləri media sahəsində tanınmış şəxslərdir, uzun illər bu istiqamətdə işləyiblər və peşəkarlıq kriterilərinə cavab verirlər. Müşahidə Şurasının fondun Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrinin qanunauyğun şəkildə həyata keçirməsinə və səmərəli fəaliyyətinə mane ola biləcək səbəb yoxdur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57

