Azərbaycan və Türkiyə qardaş, qonşu və tərəfdaş ölkələrdir
27.05.2009 [09:55]
Türkiyə rəsmisi Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra qonaq Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib. Türkiyənin xarici işlər naziri 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş 1130 türk əsgərinin xatirəsini ehtiramla yad edib, abidənin önünə əklil qoyub. Ə.Davudoğlu xatirə kitabına ürək sözlərini yazdıqdan sonra Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilib. Görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı ilə Dağlıq Qarabağ münaqişəsi, enerji, mədəniyyət, iqtisadiyyat sahəsində əməkdaşlıq məsələləri ətrafında müzakirələr apardıqlarını bildirib: “ölkələrimiz arasında mövcud olan 2 milyard dollar dəyərində mal dövriyyəsinin həcmi bizi qane etmir. Düşünürük ki, bu rəqəm artırılmalıdır, çünki bunun üçün potensial var”. Mədəni sahədə əməkdaşlıqdan danışan E. Məmmədyarov hazırda Türkiyədə 3 min azərbaycanlı tələbənin, Azərbaycanda isə 1700 türk tələbənin təhsil aldığını qeyd edib. İki qardaş ölkə arasında indiyə kimi 150-yə yaxın sənədin imzalandığını bildirən nazir, bu rəqəmin kifayət olmadığını bəyan edib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 15 gün ərzində Azərbaycana ikinci dəfə gəldiyini deyib və ilk dəfə XİN başçısı qismində Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanı Bakı səfərində müşayiət etdiyini xatırladıb: “Azərbaycan bizim ikinci evimizdir, mən Suriyadan birbaşa Bakıya gəldim. İki qardaş və strateji tərəfdaş ölkə arasında əlaqələr çox mükəmməldir”.
Əhməd Davudoğlu Bakıda keçirdiyi görüşlər zamanı iki ölkə arasında viza rejiminin aradan qaldırılması məsələsinin də müzakirə obyekti olduğunu deyib: “Biz Azərbaycanın gələcəyinə Türkiyənin gələcəyi kimi baxırıq. Türkiyə bölgədə münaqişələrin dondurulmuş vəziyyətdə qalmasını istəmir, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu beynəlxalq aləmi dəstəyi ilə ciddi işlər görməlidir”.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, bizim üçün əsas Azərbaycanın ərazi bütövlüyüdür: “Azərbaycan və Türkiyə qardaş, qonşu və tərəfdaş ölkələrdir”.
Türkiyənin tarixdə olduğu kimi, bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını qeyd edən Ə.Davudoğlu Ermənistana da mesaj göndərib: “Ermənistan işğala son qoymalı, bölgəni gərginlikdən azad etməlidir. Azərbaycan əraziləri BMT-nin qətnamələri əsasında işğaldan azad olunmalıdır. Regionu yalnız birgə inkişaf etdirmək mümkündür”.
Azərbaycan və Ermənistan prezidentlərinin Sank-Peterburqda keçiriləcək görüşünə toxunan, Ə.Davudoğlu bu görüşü çox önəmli fürsət adlandırıb.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

