Dövlət Komitəsinin sədri Fransanın Azərbaycandakı səfiri xanım Oreliya Buşezlə görüşüb
15.10.2016 [10:43]
Oktyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransanın Azərbaycandakı səfiri xanım Oreliya Buşezlə görüşüb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan-Fransa münasibətlərinin yüksək səviyyədə qurulduğunu deyərək Fransanın Avropa ölkələri arasında Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu vurğulayıb. Komitə sədri DQİDK-nın fəaliyyəti barədə səfirə geniş məlumat verib. O deyib ki, Komitə dövlətin din siyasətini həyata keçirir, din sahəsində qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət edir. Ölkəmizin dünyəvi dövlət olduğunu bildirən Mübariz Qurbanlı dini ekstremizmə və radikallığa qarşı mübarizədə Komitənin fəaliyyəti barədə məlumat verib.
Azərbaycan əhalisinin 96 faizinin İslam dininə etiqad etdiyini diqqətə çatdıran Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-İslam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb.
Dövlət Komitəsinin sədri tolerantlığın Azərbaycan xalqının ruhunda olduğunu deyərək bu dəyərin ölkəmizin siyasi və ictimai həyatında da özünü göstərdiyini bildirib. O qeyd edib ki, ölkəmizdə yəhudi sinaqoqları, pravoslav, katolik və lüteran kilsələri fəaliyyət göstərir, həmçinin Bakıda erməni kilsəsi mövcuddur.
Komitə sədri həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün yüksək mədəni dəyərə çevrildiyini bildirib. O vurğulayıb ki, bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.
Mübariz Qurbanlı ölkəmizin tolerantlıq modelinin dünyada təbliğ olunması üçün Heydər Əliyev Fondu və onun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərdən, Fransa-Azərbaycan əlaqələrinin inkişafına verdiyi töhfələrdən danışıb.
Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi bölgədə sülhün təmin olunmasına öz töhfəsini verə biləcəyinə ümidvar olduğunu da diqqətə çatdırıb.
Xanım Oreliya Buşez ölkəmizdə dövlət-din, konfessiyalararası münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, nümunəvi multikultural və tolerant mühitin mövcud olduğunu bildirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsində Fransanın da maraqlı olduğunu önə çəkib. O, Azərbaycanda dini durumun sabit olduğunu qeyd edərək ölkəmizdəki multikultural və tolerant ənənələrin öyrənilməsində maraqlı olduqlarını deyib. Səfir xanım Oreliya Buşez ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransa dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daim dəstək verdiyini söyləyib.
Qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

