Azərbaycanın milli bayramı - Respublika günü Moskvada qeyd olunub
30.05.2009 [12:52]
Tədbirdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Rusiya xarici işlər nazirinin müavinləri Doku Zavqayev və Aleksandr Yakovenko, Rusiya hakimiyyətinin yüksək vəzifəli şəxsləri, ictimai-siyasi və mədəni dairələrin nümayəndələri, bir sıra ölkələrin səfirləri, Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, 1918-ci il mayın 28-də müasir müstəqil Azərbaycanın təməlini qoymuş Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti elan olunub. Səfir Azərbaycanda demokratik ənənələrin yaranma tarixindən danışaraq, ölkənin inkişafında ümummilli lider Heydər Əliyevin böyük rolunu xüsusi vurğulayıb.
Rusiya-Azərbaycan əlaqələrindən söhbət açan Polad Bülbüloğlu deyib ki, bu illər ərzində münasibətlər yüksələn xətt üzrə inkişaf edib və hazırda ölkələrimiz arasında konstruktiv iqtisadi, mədəni əlaqələr, ilk növbədə, yüksək siyasi qarşılıqlı anlaşma ilə fəxr etmək olar. O deyib: “Bu münasibətlərin təməlini Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi xadim Heydər Əliyev qoymuşdur və hazırda bu xoş ənənəni ölkəmizin Prezidenti İlham Əliyev uğurla davam etdirir”.
Diplomatın sözlərinə görə, SSRİ dağılandan sonra 2001-ci ildə o vaxtkı Prezident Vladimir Putinin ilk səfərini Azərbaycana etməsini, bundan sonra münasibətlərimizdə yeni mərhələnin açılmasını, suveren Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bərpa olunmasını Azərbaycanda heç zaman unutmurlar. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün çox işlər görür və ümidvarıq ki, Moskva bəyannaməsi imzalandıqdan sonra danışıqlar prosesi konstruktiv istiqamətdə inkişaf edəcək. Diplomat deyib: “Bu yaxınlarda Praqada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib, prezidentlərin Sankt-Peterburqda da görüşü gözlənilir. Biz minnətdarıq ki, Rusiya münaqişənin ədalətli həlli üçün səy göstərir”.
Səfir ölkələrimiz arasında iqtisadi sahədə qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olmasından, əmtəə dövriyyəsinin artmasından, habelə humanitar sahədə fəal əməkdaşlıqdan söhbət açıb. Polad Bülbüloğlu sonda deyib: “Bu gün Rusiya və Azərbaycan bir-birinə böyük hörmətlə yanaşan bərabərhüquqlu strateji tərəfdaşlardır və bu, sevindirici haldır”.
Sonra söz Rusiya xarici işlər nazirinin müavini Doku Zavqayevə verilib. O bildirib ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə davamlı şəkildə dinamik inkişaf edir. D.Zavqayev deyib: “Azərbaycanın hazırkı rəhbərliyinin həyata keçirdiyi ölçülüb-biçilmiş daxili və xarici siyasət sayəsində ölkənin iqtisadi potensialı, beynəlxalq aləmdə nüfuzu artır. Bizim qarşılıqlı fəaliyyətimiz bütün sahələrdə qarşılıqlı surətdə faydalıdır, lakin regionumuz üçün sabitliyin qorunub saxlanması xüsusilə vacib rol oynayır”.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Yakovenko bildirib ki, ölkələrimiz arasında münasibətlər fəal inkişaf edir və bu xoş əhval-ruhiyyə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan tutub, mədəni əlaqələrədək bütün istiqamətlərə sirayət edir. O deyib: “Gücümüz birliyimizdədir və bu, çox vacibdir”.
O, Azərbaycan xalqını bir daha təbrik edib.
çıxışlar başa çatandan sonra Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənib.
Sonda maraqlı konsert proqramı təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 17:24
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53

