Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı
05.06.2009 [09:16]
Hər bir ölkənin dövlətçilik tarixinə nəzər salanda şahidi olursan ki, onillikləri, yüzillikləri, bəlkə də minilliyi əhatə edən bir çox hadisələr fonunda ölkələr dönüş nöqtəsi sayıla biləcək anlar yaşayıb. Məhz dönüş nöqtəsi sayılan bu anlar həmin dövlətin, millətin varlığına, gələcəyinə qarant olub. Həmin dövlətlər də bu zəmanətin hesabına öz movcudluqlarını qoruya biliblər. Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşmuş Azərbaycanın müstəqillik taleyi o qədər də ürəkaçan olmayıb. 1918-ci ildə yaradılan ADR-in varlığına Rusiya imperiyası tərəfindən son qoyulsa da, 1991-ci ildə azadlığına qovuşmuş ölkəmizi təhlükəyə sürükləyən həmin vaxt hakimiyyətdə olan səriştəsiz insanlar oldu. Müstəqillik əldə edilən zaman ölkənin çətin, iqtisadi-siyasi cəhətdən çökmüş bir vəziyyətdə olması təbiidir. Amma hakimiyyətdə olan qüvvələrin vəzifəsi də bu problemlərin həllinə çalışmaq, onların aradan qaldırmaqdır. Lakin o dövrki Azərbaycan hakimiyyəti bunun üçün heç bir tədbir görməmiş, əksinə onların səriştəsizliyi ucbatından dövlətimiz daha böyük təhlükələrlə üz-üzə qalmışdı. Eyni zamanda, Dağlıq Qarabağda SSRİ rəhbərliyinin təhriki ilə yaradılan münaqişə gənc Azərbaycan dövlətini çətin vəziyyətə salmışdı.
Bəli, ikinci müstəqillik dövrünə bu cür çətinliklərlə, məhrumiyyətlərlə qədəm qoymuşduq. Bu azmış kimi tez bir zamanda Azərbaycanda hakimiyyət böhranı yarandı. Bununla yanaşı, ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət daha da ağırlaşır, fərarilik halları getdikcə artırdı. Erməni təcavüzü günü-gündən güclənirdi. Artıq Qarabağ müharibəsində iştirak edən könüllü hərbi birləşmələr özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların və maddi mənafelərini güdürdülər.
Gənc ölkədə yaşanan hakimiyyət boşluğundan hər zaman yararlanmaq istəyənlər tapılır. Düşmənlərin əsas hədəfi Azərbaycanın müstəqilliyinə qarşı istiqamətlənmişdi. Gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. Məhz belə bir şəraitdə 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyətini ortaya qoydu. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşnalıqlar bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Problemlər getdikcə artırdı. Artıq hakimiyyətin ən yüksək ranqlarında qruplaşmaların yarandığı açıq-aydın görünürdü. Qruplararası mübarizə, hakimiyyət strukturlarına nəzarət edə bilməmə 1993-cü ilin yayında Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.
16 il öncə baş verən 4 iyun hadisələri həqiqətən də Azərbaycanın siyasi həyatının önəmli məqamlarından sayılır. 1993-cü ilin iyununda vəziyyət sanki dalana dirənmişdi. Situasiyanın çətinliyi bir çoxları tərəfindən hiss edilməsə də, bircə şey aydın idi - dəyişiklik mütləqdir. Əks halda yığılan mənfi enerji partlamağa məhkum idi. Partlayışın qığılcımı rolunu isə korpus komandiri Sürət Hüseynovun vəzifədən kənarlaşdırılması oynadı. Hər şey onunla qurtardı ki, bir il əvvəl zor gücünə hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsi 1993-cü ilin iyununda xalqın laqeyd, qınaq dolu nəzərləri altında gedəsi oldu.
16 il əvvəl baş verən hadisələrə ən müxtəlif prizmalardan yanaşmaq olar. Amma hadisələrin birbaşa iştirakçısı olan adamlar bəzi məqamların üzərindən sükutla keçir. Məsələn, o dövrdə respublikanın baş naziri olan Pənah Hüseynov müsahibələrində “Bu məsələləri tarixə saxlayaq”” deməklə kifayətlənir, eks-spiker İsa Qəmbər isə “dövlət sirri”dir” deyib üstündən keçir. Nə üçünsə adama elə gəlir ki, bu ifadələr daha çox özünə (özlərinə) bəraət qazandırmaq xarakteri daşıyır...
Hamı məsuliyyəti öz üstündən atmağa çalışır. Həmin şəxslər ümummilli maraqlardan danışanda səmimi deyildilər. Onları nəinki ümummilli maraq, heç komanda maraqları belə birləşdirmirdi. Sübut? Qiyamı yatırmaq lazım idi. Hakimiyyətdə qalmağın, seçicilərin etimadını doğrultmağın yeganə yolu bu idi. Paralel aparsaq, 1994-cü ilin oktyabrında analoji durumla qarşılaşan ümummilli lider Heydər Əliyev canlı efirdən xalqdan dəstək istəyəndə Prezident Aparatının qarşısında milli birlik nümunəsi göstərildi. O, zaman dövlət başçısının çağırışına müsbət cavab verənlər arasında AXC-Müsavat tandeminin üzvləri də vardı...
Amma 1993-cü ilin iyun hadisələrində davranış fərqli idi. Komanda daxilində qrup maraqları özünü qabarıq göstərirdi. AXC hakimiyyətinin ən çətin dövründə prezidentə dəstək olmaq əvəzinə keçmiş daxili işlər naziri İsgəndər Həmidovun vəzifəyə qaytarılması tələbi irəli sürülürdü. Və ya həmin olaylardan xeyli əvvəl zavodda keçirilən görüş zamanı nazirlərdən biri “sabah bura Pənah Hüseynov gələcək, onu qovarsınız” tipli açıq mesajlar ötürürdü. Hakimiyyətdaxili çatlar iyunun 4-dən sonra sürətləndi...
AXC hakimiyyətini suqutdan qurtara biləcək yeganə faktor ümummilli dəstək ola bilərdi. çünki hakimiyyətdə təmsil olunanların peşəkarlığı hadisələrin öz axarına salınması üçün kifayət etmirdi. Amma bu da baş vermədi. çünki artıq prezident xalqı siyasi lider kimi öz arxasınca apara bilmirdi.
Təbii, iyun qiyamı xalq üsyanı deyildi. Amma xalq bu tip üsyanların bir daha təkrarlanacağından qorxurdu. AXC-Müsavat cütlüyü bu məsələylə bağlı təminat üçün əsas vermirdi...
üstəlik, 4 iyun hadisəsi AXC-Müsavat cütlüyünün qətiyyətsizliyini sübut etdi. Hətta cəbhəçilərin həmişə rəqib kimi qəbul etdiyi Ulu öndər Heydər Əliyev də belə deyirdi: “Hakimiyyət qüvvələri fərasətli olmalıydı, qiyamın qarşısı alınmalıydı. Bu onların vəzifə borcu idi. Elçibəy hakimiyyəti nəinki qiyamı yatırmalı, Əlikram Hümbətovun başçılıq etdiyi separatçı hərəkatı da durdurmalıydı, kütlələrin onlara etimadını doğrultmalıydı. Dövlətə rəhbərlik etdikləri üçün bu onların borcu idi. Amma edə bilmədilər...”
Bu missiya ümummilli lider Heydər Əliyevin üzərinə düşdü. Azərbaycan üçün taleyüklü hesab olunan bu vəzifənin öhdəsindən Ulu öndər Heydər Əliyev şərəflə gəldi. Bəli, həqiqətən də mürəkkəb bir durumda Azərbaycanın yeganə xilas yolu Ulu öndər Heydər Əliyev fenomeni idi. Məntiqi nəticə bir oldu: ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın yaranan situasiyadan minimum itkiylə çıxmasına səbəb oldu.
Surət Hüseynova gəlincə, böyük ehtimalla, o kimlərinsə əlində alət olduğunu anlamırdı. O zaman vəzifədən kənarlaşdırılan korpus komandiri yalnız heyf çıxmaq, qisas barədə düşünürdü.
Bir şəxs ki, öz əməllərində heç nə olmamış kimi, qarşı tərəfi suçlasın, bir hərbçi ki, qərara tabe olmaq əvəzinə üsyana qalxsın, onun barəsində xüsusi danışmağa ehtiyac yoxdur. Bu səbəbdən də, 4 iyun hadisələrindən cəmi bir neçə ay öncə siyasətə qatılmayacağını, hərbçi kimi yalnız Qarabağ uğrunda döyüşəcəyini deyən Surət Hüseynovla bağlı yalnız bir məqamın üzərində dayanmaq istərdik: aprel ayının sonu - mayın əvvəlində baş nazir Pənah Hüseynov, müdafiə naziri Dadaş Rzayev, Tərtər rayonunun icra başçısı Sərdar Həmidov və bir neçə korpus komandiri yığışıb hücum planı hazırlamışdılar. Bundan əvvəl Pənah Hüseynov Hacıkənddə Surət Hüseynovla görüşmüşdü. Amma Ağdərə tərəfdən hücuma başçılıq edən hərbçi nədənsə incik düşdüyündən, qüvvələri lazımi nöqtələrə yeritmədi və Kəlbəcərin qaytarılmasıyla nəticələnəcək əməliyyat iflasa uğradı...
Bir sözlə, həmin ildə Gəncədən sonra istənilən istiqamətdə, istənilən hadisə gözlənilən idi. Həm cənub, həm də şimal istiqamətində vəziyyət gərginləşmişdi. Ulu öndər Heydər Əliyevin gəlişi Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı.
RAMİL
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

