Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin deputatları QİƏT PM-nin Baş Assambleyasının iclasında iştirak edəcəklər

Milli Məclisin deputatları QİƏT PM-nin Baş Assambleyasının iclasında iştirak edəcəklər

10.06.2009 [10:40]

Milli Məclisin deputatları Asəf Hacıyev, Mübariz Qurbanlı və Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏT PM) Baş Assambleyasının 33-cü ümumi  sessiyasında iştirak etmək üçün bu gün Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfərə yola düşəcəklər.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Azərbaycan parlamentinin deputatı Asəf Hacıyev “QİƏT PM üzv dövlətlərində maliyyə və iqtisadi böhranın yumşaldılmasına yönəldilmiş strategiya və siyasət” mövzusunda ümumi müzakirələrdə, deputat Mübariz Qurbanlı isə “QİƏT PM üzv ölkələrində miqrasiyanın hüquqi aspektləri” mövzusunda məruzə ətrafında müzakirələrdə çıxış edəcəklər. QİƏT PM  Baş Assambleyasının ümumi sessiyasında Qara dəniz bölgəsində dəniz nəqliyyatının inkişafı, bölgə ölkələri arasındakı miqrasiyanın mədəni aspektləri, QİƏT PM üzv dövlətlərində uşaqların qazanc məqsədi ilə istismardan qorunması vacibliyi kimi məsələlər də müzakirə olunacaq.
Səfər iyunun 14-də başa çatacaq.

Paylaş:
Baxılıb: 1190 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30