/ / Bakıda NATO həftəsi çərçivəsində "Enerji təhlükəsizliyi: çağırışlar və yeni imkanlar" mövzusunda seminar keçirilir
Bakıda NATO həftəsi çərçivəsində "Enerji təhlükəsizliyi: çağırışlar və yeni imkanlar" mövzusunda seminar keçirilir
11.06.2009 [11:16]
NATO-nun Müdafiə və İqtisadi Təhlükəsizlik Direktoratlığının rəhbəri Maykl Qaul bildirib ki, aparılan tədqiqatlara görə, 2030-cu ilədək dünyada enerjiyə tələbat 15 dəfə artacaq. Tələbatın sürətlə artmasını nəzərə alan dövlətlər də əsas diqqəti bu sahəyə yönəldirlər. Enerji infrastrukturlarına hücumlar, dəniz quldurlarının fəallaşması böyük iqtisadi itkilərlə nəticələndiyindən bəzən enerji təhlükəsizliyi hərbi xarakter daşıyır və burada siyasi və iqtisadi təsirlər də rol oynayır. M.Qaul Şimali Atlantika Alyansının problemin həlli yolu kimi enerji marşrutlarının şaxələndirilməsini, həmçinin əlaqələndirilmiş infrastrukturun mühafizəsini bu sahədə mühüm saydığını deyib. O, bu kontekstdə Xəzərin enerji resurslarının Avropaya nəqli marşrutlarında infrastrukturların qorunmasının vacibliyini vurğulayıb. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov isə deyib ki, rəsmi Bakı enerji təhlükəsizliyi məsələsinin NATO çərçivəsində müzakirəsini müsbət qiymətləndirir. Enerji təhlükəsizliyinin sırf hərbi təhlükəsizlik anlayışı olmadığını vurğulayan A.Əzimov, bunun siyasi proseslərdə mühüm rol oynadığını bildirib.
Nazir müavininin sözlərinə görə, enerji təhlükəsizliyinin təmin olunmasında təchizatçılar və istehlakçılarla yanaşı, tranzit ölkələrin də maraqları nəzərə alınmalıdır. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın strategiyası hazırlanmalıdır. Gələcəkdə NATO-nun dəstəyi ilə Azərbaycanda enerji təhlükəsizliyi üzrə beynəlxalq treninq mərkəzi yaradıla bilər. Rumıniyanın Xarici İşlər Nazirliyinin strateji işlər üzrə dövlət katibi Boqdan Auresku bildirib ki, NATO Qara dəniz və Xəzər dənizi regionlarında təhlükəsizliyin təmin edilməsi sahəsində rolunu getdikcə artıracaq. Şimali Atlantika Alyansının enerji təhlükəsizliyində mühüm rol oynaya biləcəyini vurğulayan B.Auresku, Aralıq dənizindən keçən kəmərlərin və digər infrastrukturların mühafizəsinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün NATO kiber-təhlükəsizlik, dəniz quldurları ilə mübarizə və s. proseslərdə fəal iştirak edir. Azərbaycanın Xarici İşlər Nazirliyi və NATO-nun birgə təşkilatçılığı ilə keçirilən ikigünlük seminarda enerji infrastrukturlarının mühafizəsi, mümkün təhdidlər, enerji təhlükəsizliyində əməkdaşlığın rolu və s. məsələlər müzakirə olunacaq. Seminarda NATO və Azərbaycanın müvafiq qurumlarının təmsilçiləri, xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri də iştirak edirlər.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23

