Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi
09.02.2017 [08:48]
Azərbaycanın beynəlxalq hüquq normaları və milli qanunvericilik çərçivəsində hərəkət edərək ədalətin təmin olunmasına - Lapşinin ekstradisiya edilməsinə nail olması ölkəmizin qətiyyətli mövqeyinin və siyasi iradəsinin nəticəsidir
Xəbər verildiyi kimi, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən blogger Aleksandr Lapşin fevralın 7-də ölkəmizə ekstradisiya olunub. Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edib, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin “müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarla çıxış edib. A.Lapşin “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün “http//puerrtto.livejournal.com” internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəklədiyini bəyan edib. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Xüsusi olaraq qeyd edilməlidir ki, Aleksandr Lapşin vətəndaşlığını daşıdığı ölkələrin Xarici İşlər nazirliklərinin xüsusi xəbərdarlığına baxmayaraq, Azərbaycanın dövlət sərhədlərini pozaraq qanunsuz şəkildə işğal olunmuş ərazilərə səfər etməsi, hətta adının “arzuolunmaz şəxslər” siyahısında olduğunu bilərək başqa ölkənin pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olması kimi əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini bundan öncə etiraf edib.
Lapşinin ekstradisiyası Azərbaycan Prezidentinin milli maraqlara uyğun, məqsədyönlü siyasətinin nəticəsidir
Əlbəttə, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan Prezidentinin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, məqsədyönlü siyasətinin nəticəsi, Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir. Dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi öz nəticəsini verdi və bir daha bəlli oldu ki, Azərbaycanın suverenliyinə - ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətlərə adekvat cavablar veriləcək, ölkəmiz bütün məsələlərdə öz milli mənafeyini əsas tutacaq. Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını hər şeydən uca tutan, qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran, beynəlxalq arenada effektli və ləyaqətli siyasət yürüdən, dünyada böyük hörmət və nüfuza malik siyasi liderdir. Məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycanın dövlət maraqlarının - milli mənafelərinin reallaşdırılmasında öz əksini tapır. Başqa sözlə, Prezident İlham Əliyev prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, Öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir.
Azərbaycanla Belarus arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsi...
Bunlarla yanaşı, barəsində cinayət işi qaldırılmış Aleksandr Lapşinin Azərbaycan Respublikasına təhvil verilməsi başqa bir məsələdə reallığın aşkar ifadəsi oldu. Daha da dəqiqləşdirsək, bu durum mühüm regional əməkdaşlıq nümunəsi ortaya qoyan Azərbaycan-Belarus münasibətlərinin qarşılıqlı hörmətə, ortaq maraqlara söykəndiyini, tərəflərin bir-birinin milli mənafeyini nəzərə aldığını göstərdi. Qısacası, Lapşinin Bakıya ekstradisiyası Azərbaycanla Belarus arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsidir. Ayrı-ayrı ölkələrin, siyasi dairələrin bütün təzyiq və təhdidlərinə baxmayaraq, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müraciətini nəzərə aldı, qəti və obyektiv qərar qəbul edərək A.Lapşinin Azərbaycana ekstradisiyası üçün ciddi siyasi iradə və mərdlik nümayiş etdirdi. Aleksandr Lukaşenko güclü siyasi lider olduğunu, Belarus xalqının maraqları naminə tam müstəqil siyasət yürütdüyünü, beynəlxalq qanunvericiliyə hörmət etdiyini, heç bir xarici qüvvə qarşısında əyilmədiyini bir daha bütün dünyaya göstərdi. Bu, Prezident İlham Əliyevlə Prezident Aleksandr Lukaşenko arasında sıx dostluq münasibətlərinin, qarşılıqlı səmərəli əməkdaşlığın, Belarus dövlət başçısının Azərbaycana isti münasibətinin və ehtiramının əyani təzahürüdür.
Ermənistanın və erməni lobbisinin sarsıdıcı məğlubiyyəti: qondarma “DQR”i təbliğ etmək siyasətini iflasa uğradan zərbə
Digər tərəfdən, bu məsələdə Ermənistan və erməni lobbisinin canfəşanlığı, absurd cəhdləri özünü doğrultmadı. Ermənilər və onların bəzi havadarları ümid edirdilər ki, onların separatçı qurumu legitimləşdirmək istiqamətində cəhdlərinə müəyyən dövlətlər tərəfindən dəstək veriləcək, Lapşin kimi separatizmi təbliğ edən, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışlar səsləndirənlər öz neqativ əməllərini davam etdirə biləcəklər. Amma bu plan özünü doğrultmadı...
Birmənalı şəkildə qeyd edə bilərik ki, Aleksandr Lapşinin ekstradisiyası Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır. Bir daha aydın göründü ki, dünyada heç bir ölkə Ermənistan hakimiyyətinin Dağlıq Qarabağdakı separatçı qurumu legitimləşdirmək, qondarma “DQR”i qəbul etdirmək cəhdlərinə dəstək vermir. Azərbaycanın həm siyasi, həm də hərbi sahədə ardıcıl qələbələri Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında ifşa edir və onun iflasını sürətləndirir. Aleksandr Lapşinin ekstradisiyası həm də beynəlxalq və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozmaqla qondarma “DQR”in təbliğatını aparan şəxslərə mesaj oldu, onları hansı aqibətlə üzləşəcəkləri barədə bir daha dərindən düşünməyə və düzgün nəticə çıxarmağa vadar edir. Bu da Ermənistan və erməni lobbisinin beynəlxalq miqyasda qondarma “DQR”i təbliğ etmək siyasətini iflasa uğradan ciddi zərbədir.
Eyni zamanda, Azərbaycan Lapşinin Bakıya gətirilməsinə nail olmaqla öz suverenliyinin keşiyində durduğu kimi, ərazi bütövlüyünün təmin olunması məsələsində də bu cür konkret mövqedə olacağını bir daha bəyan etdi. Azərbaycan beynəlxalq hüquq normaları əsasında öz ərazi bütövlüyünü təmin edəcəyini, bu istiqamətdə prinsipial mövqe sərgilədiyini dəfələrlə ortaya qoyub. Hazırkı reallıqlar fonunda dünya bir daha Azərbaycanın prinsipial məsələlərdə qətiyyətli mövqeyinin nəticəsini gördü və ölkəmizin istər Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, istərsə də separatizmə qarşı mübarizə çərçivəsində bir addım belə geri çəkilmək niyyətində olmadığını müşahidə etdi...
Azərbaycanın mövqeyi qətidir: ölkəmizin suverenliyinə qarşı yönələn bütün hərəkətlərə adekvat cavab veriləcək
Beləliklə, Azərbaycan beynəlxalq hüquq normaları və milli qanunvericilik çərçivəsində hərəkət edərək ədaləti təmin etdi və çoxsaylı hüquq pozuntularına, ölkəmizin suverenliyinə qarşı yönəlmiş açıq çağırış və davranışlarla çıxış edən bloggerin qolu qandallı formada ekstradisiya olunmasına nail oldu. Bu, həm də, bütün dünyaya Azərbaycanın qətiyyətli mövqeyini - prinsipiallığı, gücü və əzmini nümayiş etdirdi. Çünki Azərbaycan öz ərazi bütövlüyünə - suverenliyinə qarşı yönələn bütün addımlara beynəlxalq hüquq normaları əsasında adekvat cavab reaksiyası verməklə konkret mövqeyini ortaya qoyur. Qarabağda olarkən Lapşinin Azərbaycanın əleyhinə çıxışlar etməsi və işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən yaradılmış qondarma, separatçı rejimin təbliği ilə məşğul olması ölkəmizin suverenliyini hədəfə almaqla yanaşı, həm də separatçı rejimə “beynəlxalq legitimlik” qazandırmaq cəhdlərini ifadə edir. Öz ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyətli mövqe ortaya qoyan Azərbaycan isə bu cür cəhdlərə izin verməyəcəyini bir daha nümayiş etdirmiş oldu.
Azərbaycan hüquqi presedentin əsasını qoydu, dünyaya ciddi mesaj verdi
Bu məsələ kontekstində diqqət yetirilməsi zəruri olan digər bir nüans isə bundan ibarətdir ki, separatizmin təbliği ilə məşğul olan, ölkəmizin suverenliyini hədəfə alan Lapşinin Azərbaycana gətirilməsi bu kontekstdə həm hüquqi presedent yaratdı, həm də çox önəmli bir mesaj oldu. İndiyə qədər Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etmiş çoxlu sayda xarici ölkə vətəndaşının adı Azərbaycan tərəfindən “qara siyahı”ya salınıb, onların ölkəyə girişinə qadağa qoyulub. Amma qeyd etdiyimiz kimi, Lapşin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etməklə yanaşı, ölkəmizin ərazi bütövlüyünə qarşı və konkret olaraq separatizmin təbliğinə yönəlmiş çıxışlar edib. A.Lapşinin fəaliyyətini söz azadlığı və sərbəst jurnalist fəaliyyəti ilə əlaqələndirmək cəhdləri heç bir hüquqi əsasa malik deyil. Azərbaycan konkret mövqe və tələblərlə çıxış edərək dünya ictimaiyyətinə hüquqi presedent təqdim etməklə yanaşı, bundan sonra da bu cür hallar baş verərsə, eyni prinsipiallıqla çıxış edəcəyini göstərdi.
Bütövlükdə, Azərbaycanın Lapşinin ekstradisiyasına nail olması ilə bir daha bəyan edildi ki, işğal məhsulu olan separatçı qurumun təbliği, bu ərazilərə Azərbaycanın razılığı olmadan hər hansı bir səfərin edilməsi bütün hallarda yolverilməzdir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17

