Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İşsizliklə mübarizədə Azərbaycan dünya miqyasında nümunəvi ölkədir

İşsizliklə mübarizədə Azərbaycan dünya miqyasında nümunəvi ölkədir

31.03.2017 [09:43]

Regionların tərəqqisi, qeyri-neft sektorunun inkişafı, bölgələrdə yeni iş yerlərinin açılması və əhalinin məşğulluq səviyyəsinin artırılması insanların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm nəticələrin əldə edilməsini şərtləndirir
Mütərəqqi milli inkişaf modelinə malik olan Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Buna paralel olaraq Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, industrial cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bunlarla yanaşı, regionların sosial-iqtisadi inkişafının davamlılığının təmin olunması, bölgələrdə yeni iş yerlərinin açılması və əhalinin məşğulluğu səviyyəsinin artırılması istiqamətində də ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, martın 28-də Saatlıda Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bəhs olunan məsələlər diqqət mərkəzində olub. Öz növbəsində ekspertlər də ölkəmizdə qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin olunması istiqamətində görülən işlərin, o cümlədən regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq reallaşdırılan islahatların sosial-iqtisadi tərəqqini şərtləndirdiyini diqqətə çatdırırlar.
Məsələn qəzetimizə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, Azərbaycanda sosial-iqtisadi inkişafın davamlılığının təmin olunması üçün uğurlu siyasət həyata keçirilir, reallaşdırılan məqsədyönlü tədbirlər əhəmiyyətli nəticələr verir: “Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, davamlı islahatlar həm də əhalinin sosial rifahının daha da yaxşılaşmasını şərtləndirir. İqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi tərəqqisi, qeyri-neft sektorunun inkişafı və digər istiqamətlərdə həyata keçirilən işlər sosial siyasətin də səmərəliliyini təmin edir”.
E.İbrahimov bildirib ki, Saatlıda Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində sadalanan istiqamətlərdə görülən işlər və əldə edilən nəticələr diqqət mərkəzində olub: “Xüsusilə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə dair mühüm məqamlar diqqətə çatdırılıb. Prezident İlham Əliyev qeyd etdi ki, “bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və bu, aşağı səviyyədə qalmalıdır”. Hesab edirəm ki, bölgələrdə pambıqçılığın inkişafına böyük diqqət göstərilməsi də ölkədə məşğulluğun istənilən səviyyədə təmin olunmasında mühüm rol oynayacaq. Cari ildə regionlarda 200 mindən çox fəal insanın pambıq əkib-becərməklə məşğul olacağı proqnozlaşdırılır”.
Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, onların güzəranının xeyli yaxşılaşdırılması üçün davamlı tədbirlər görüldüyünü deyən komitə sədri əlavə edib ki, regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə səbəb olub, müəyyən olunmuş hədəflərə çatmağa imkan verib: “Bütün bunlar iqtisadi fəallığın artmasında, ayrı-ayrı sahələrin inkişafında mühüm rol oynayır. Nəticə etibarilə, Azərbaycanın prioritet kimi müəyyənləşdirdiyi bütün istiqamətlərdə uğurlu nəticələr əldə etməsi sosial siyasətin də effektivliyini təmin edir”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, Saatlıda Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində diqqət mərkəzində olan başlıca məsələlərdən biri əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi olub: “Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə dair atılan addımlar, bu istiqamətdə həyata keçirilən siyasətin dünyanın ən mütərəqqi təcrübəsinə əsaslanması vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşması ilə müşayiət olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks xarakterli məqsədyönlü tədbirlərin nəticəsi kimi, yeni iş yerlərinin açılması və bunun daha çox qeyri-neft sektorunu əhatə etməsi təqdirəlayiq hal olmaqla yanaşı, vətəndaşların sosial müdafiəsini davamlı olaraq yaxşılaşdırıb”.
“Ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biri əhalinin məşğulluğunun yüksəldilməsidir”, - deyən H.Rəcəbli əlavə edib ki, ötən 13 il Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dövlət proqramlarının icrasının uğurla davam etdirilməsi ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır: “Həyata keçirilən düşünülmüş sosial siyasət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. O cümlədən, bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin həlli yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib”.
Komitə sədri əlavə edib ki, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır: “İşsizliklə mübarizədə Azərbaycan dünya miqyasında nümunəvi ölkədir. Təkcə 2017-ci ilin 3 ayında Azərbaycanda 40 mindən çox yeni iş yeri yaradılıb. Bu proses daimi xarakter daşıyır. Eyni zamanda, məşğulluq qurumları cəmiyyətdə hansı sahələrdə kadr çatışmazlığı olmasının müəyyənləşdirilməsi prosesində fəal iştirak etməlidirlər. Çünki bu amil ayrı-ayrı sahələrdə mütəxəssislərin hazırlanması baxımından vacibdir. Bu məsələ əhalinin rifah halının daha da yaxşılaşdırılması, eyni zamanda, ayrı-ayrı sahələrdə inkişafın sürətlənməsi baxımından böyük əhəmiyyət daşıyır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 427 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30