/ / IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sivilizasiyalararası dialoqun inkişafına müstəsna töhfələr verəcək
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sivilizasiyalararası dialoqun inkişafına müstəsna töhfələr verəcək
04.05.2017 [09:42]
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya miqyasında mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq xalqlar arasında qarşılıqlı anlaşmanın dəstəklənməsi üçün mühüm beynəlxalq platformaya çevrilib
Müasir dövrdə beynəlxalq münasibətlər sistemində cərəyan edən proseslər və tendensiyalar, eləcə də mövcud reallıqlar sivilizasiyalararası dialoqun təşviqi və inkişafının strateji zərurət kimi böyük əhəmiyyətə malik olduğunu göstərir. Ümumiyyətlə, ekspertlərin qənaəti budur ki, sivilizasiyalararası dialoq, müxtəlif mədəniyyətlər və dəyərlərə malik olan xalqların əməkdaşlığı XXI əsrin strateji prioriteti kimi müəyyənləşdirilməlidir. Lakin hazırda dünya miqyasında, eləcə də beynəlxalq münasibətlər sistemində sivilizasiyalararası toqquşma, qarşıdurma meyilləri müşahidə edilir. Şübhəsiz, bu cür neqativ tendensiyaların əsasında beynəlxalq münasibətlər və dünya siyasətindəki etimad böhranı və ya səmimiyyətsizlik mühiti, eləcə də dini, etnik və digər müstəvilərdə ziddiyyətlərin hökm sürməsi dayanır.
Sivilizasiyalararası dialoq XXI əsrin strateji prioriteti kimi...
Sirr deyil ki, II Dünya müharibəsindən sonra bəşəriyyətin təhlükəsizliyini və sabit inkişafını təmin etmək məqsədilə ümumbəşəri dəyərlər əsasında yeni beynəlxalq münasibətlər sistemi formalaşdırıldı. Yaradılan yeni sistemin əsasında bərabərlik, beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi, bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etməsi, dövlətlərin daxili işlərinə qarışmamaq, insanların əsas hüquq və azadlıqlarına hörmət etmək, eləcə də bərabərhüquqlu əməkdaşlıq kimi prinsiplər dayanırdı. Lakin təxminən son 16 ildə bu prinsiplərin kobud şəkildə pozulması nəticəsində beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın azalması və beynəlxalq əməkdaşlıqda, eləcə də xalqlararası dialoq və inteqrasiya proseslərində arzuolunmayan - neqativ hadisələrin baş verməsi müşahidə edilir.
Beynəlxalq hüququn çox zaman elə onu formalaşdıran əsas güclər tərəfindən pozulması, müəyyən siyasi mərkəzlərin öz maraqlarını qlobal və bəşəri mənafelərə qurban verməklə təmin etmək cəhdlərinin qarşısını almalı olan mexanizmlərin səmərəsizliyi beynəlxalq münasibətlərdə etimad böhranının bariz əlamətləridir. Xüsusilə də transmilli xarakterli iqtisadi maraqların təmin olunması prinsipinin əsas strateji hədəf kimi müəyyənləşdirilməsi sivilizasiyalararası mədəniyyət və inteqrasiya məsələsini müəyyən qədər ikinci plana keçirib. Belə olan halda, xalqlar və milli dövlətlər arasındakı əməkdaşlıq münasibətləri də regional və beynəlxalq təhlükəsizlik nöqteyi-nəzərindən kifayət qədər səmərəli olmur. Bu kontekstdə yekun qənaət budur ki, beynəlxalq münasibətlərdə səmimiyyətdən uzaq yürüdülən siyasət aktorlar arasında etimadın zəifləməsinə və itirilməsinə gətirib çıxarır. Bu cür siyasət uzunmüddətli perspektivdə tərəflərə nəinki uğur gətirmir, hətta bütün bəşəriyyət üçün xoşagəlməz nəticələrə səbəb olur.
Bu gün dünyanın müxtəlif yerlərində siyasi, dini, etnik zəmində müharibələrin çoxalması mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqi və inkişafı məsələsinin zəruriliyini daha da aktuallaşdırır.
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəriyyət üçün aktuallıq kəsb edən qlobal əhəmiyyətli məsələlərin aktiv müzakirə platforması olacaq
Belə bir şəraitdə mədəniyyətlər və sivilizasiyalararası dialoq məsələsinin aktiv müzakirə predmetinə çevrilməsi strateji zərurət kimi çıxış edir. Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə bu gün öz işinə başlayan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, 4-cü dəfə təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilib. Daha əvvəl keçirilən forumların uğurlu nəticəsi və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu öz növbəsində mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti IV Ümumdünya Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizminin daha effektiv fəaliyyəti üçün yeni imkanlar yaradacaq. Məlumat üçün qeyd edək ki, Forumun və prosesin tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlardır. Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlərin də müzakirəyə çıxarılması nəzərdə tutulub. Forumun yüksək səviyyəli tədbirləri BMT-nin televiziyası və internet resursunda canlı yayımlanacaq. İlk dəfə olaraq BMT bilavasitə özünün təşkil etmədiyi tədbiri öz kanalları vasitəsilə canlı yayımlayacaq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

