Türkiyəli gənclərlə görüş olub
12.08.2009 [12:04]
ölkəmizdə səfərdə olan Türkiyənin Karabuk şəhər Gənclər Mərkəzinin bir qrup üzvü dünən Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri ilə görüşüb.
Komitənin sədri Hadi Rəcəbli Milli Məclisin fəaliyyəti, qanun yaradıcılığı, Azərbaycanda həyata keçirilən gənclər siyasəti, uşaq və gənclər, eləcə də gənc ailələrlə bağlı qəbul olunmuş qanunlar barədə qonaqlara ətraflı məlumat verib. Komitə sədri deyib ki, Azərbaycan dövləti gənclərə daim diqqət və qayğı göstərir. Bu gün Azərbaycanda mövcud olan 40 mindən çox məktəbin 20 mindən çoxu yaxın illər ərzində əsaslı təmir edilib, yeni məktəblər tikilib, bu təhsil ocaqları müasir avadanlıq və kompyuterlə təmin olunub. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, ölkədə idmanın inkişafı da daim diqqət mərkəzindədir. Son bir neçə il ərzində ölkəmizdə 19 idman kompleksi, gənclər üçün təlim-məşq meydançaları tikilib istifadəyə verilib. Bu gün Azərbaycanda 80-dən çox gənclər təşkilatı var və onların da hamısı normal fəaliyyət göstərir. Karabuk şəhər Gənclər Mərkəzinin nümayəndə heyətinin rəhbəri Ayxan çağ deyib ki, türkiyəli gənclərin səfərində əsas məqsəd azərbaycanlı gənclərlə əlaqələri inkişaf etdirməkdir. Bu gün Türkiyənin 81 bölgəsindən gənclər təşkilatları qardaş Azərbaycandakı gənclərlə dostluq etmək niyyətindədirlər. Görüşdə bildirilib ki, gənclər arasında əlaqələrin inkişafı Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə səbəb olacaq. Bu birlik həm də ortaq problemlərimizin, xüsusən də erməni terroru və təcavüzünün qarşısının alınmasında və həllində, əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.
Türkiyəli gənclərin Azərbaycana səfəri “İRƏLİ” İctimai Birliyinin həyata keçirdiyi “Türkiyə-Azərbaycan gəncləri dostluq düşərgəsi” layihəsi çərçivəsində baş tutub. Gənclər bu gün Lənkərana gedəcək, bölgə ilə yaxından tanış olacaqlar.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

