Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondunun dəstəyi ilə istirahət düşərgəsi təşkil olunub

Heydər Əliyev Fondunun dəstəyi ilə istirahət düşərgəsi təşkil olunub

12.08.2009 [12:10]

Avqustun 1-dən Heydər Əliyev Fondunun dəstəyi ilə Lənkəran şəhərinin “Qafqaz Sahil” istirahət mərkəzində sosial qayğıya xüsusi ehtiyacı olan, şəkərli diabet xəstəliyinə tutulmuş uşaqların psixo-sosial reabilitasiyası üçün istirahət düşərgəsi təşkil olunub. Düşərgədə əlil, Qarabağ müharibəsi əlili, məcburi köçkün və qaçqın ailələrindən, valideyn himayəsindən məhrum, şəkərli diabet xəstəliyindən əziyyət çəkən iki və daha çox uşaqlı ailələrdən olan 30 uşağa 4 həkim-diabetoloq, 5 müəllim və 2 psixoloq xidmət göstərir. Uşaqlar maraqlı ekskursiyalarda və təbiət qoynunda gəzintilərdə olub, Lənkəran şəhərinin tarixi guşələrinə səyahət ediblər. Düşərgədə uşaqlar müxtəlif idman yarışları və əyləncəli oyunlar keçirib və sosial-psixoloji yardım alıblar. Diabetli uşaqlara qayğı Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. İstirahət avqustun 15-dək davam edəcək.
Paylaş:
Baxılıb: 1114 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30