/ / 2017-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda ölkəmizin mövqeləri daha da möhkəmlənib
2017-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda ölkəmizin mövqeləri daha da möhkəmlənib
06.01.2018 [10:48]
Azərbaycan dövlətinin apardığı siyasi kurs işğalçı ölkəni yenidən qeyd-şərtsiz danışıqlar masasına oturmağa məcbur etdi
Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxşaxəli daxili və xarici siyasət kursu Azərbaycan dövlətinin sabit inkişafını təmin etməklə yanaşı, beynəlxalq aləmdəki nüfuzunun da artmasını təmin edib. Geridə qoyduğumuz 2017-ci ildə də xarici siyasət kursumuzun əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar bir daha Azərbaycan dövlətinin qüdrətini və sülhpərvərliyini ortaya qoymuş oldu. Belə ki, 2017-ci ildə dünyanın aparıcı ölkələri, o cümlədən beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləyərək ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar səsləndirdi. Bu isə ölkəmizə istər danışıqlar prosesində, istərsə də problemin başqa vasitələrlə həlli istiqamətində növbəti üstünlüyü qazandırmış oldu. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də vurğulanıb ki, xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olub. Ölkə Prezidenti bildirib ki, bu istiqamətdə nəticələr olmasa da, 2017-ci ildə bizim mövqelərimiz daha da möhkəmləndi: “Birinci onu qeyd etməliyəm ki, separatist rejim tərəfindən keçirilmiş qondarma “referendum” dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Nə qonşu ölkələr, nə Avropa İttifaqı, nə də ki bütün başqa ölkələr bu qondarma “referendum”u tanımadılar və beləliklə, bir daha göstərdilər ki, bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu da təbiidir. Çünki Dağlıq Qarabağ bizim əzəli tarixi torpaqlarımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Sadəcə olaraq, mənfur qonşular tərəfindən bizim tarixi, dini abidələrimiz məhv edilibdir və uzun illərdir ki, bu torpaqlar işğal altındadır”.
Qeyd etmək gərəkdir ki, artıq uzun illərdir torpaqları işğal altında olan Azərbaycan dövləti Ermənistanın təcavüzkar siyasətindən əziyyət çəkir. Əzəli torpaqlarımız olan Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal altında saxlayan Ermənistan dünyanın aparıcı beynəlxalq təşkilatlarının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirmir, işğalçı siyasətini davam etdirir. Azərbaycan dövləti münaqişənin həlli istiqamətində danışıqlar prosesinə sadiqlik nümayiş etdirir və problemin sülh yolu ilə tənzimlənməsinə tərəfdardır. 2016-2017-ci illərdə Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan hücum diplomatiyası, eləcə də Silahlı Qüvvələrimizin düşmən təxribatlarına verdiyi uğurlu cavablar erməniləri şərtsiz danışıqlara davam etməyə məcbur etdi. Təbii ki, ölkəmizin bu üstünlüyünün arxasında əldə etdiyimiz iqtisadi uğurlar, eləcə də Azərbaycanın regionun əsas siyasi aktoruna çevrilməsi dayanır. Ölkə Prezidenti də təbrikində bildirib ki, ikinci önəmli məsələ ondan ibarətdir ki, Ermənistan qeyd-şərtsiz danışıqlara qoşuldu, baxmayaraq ki, şərt qoyurdu. Aprel məğlubiyyətindən sonra Ermənistan tərəfindən irəli sürülmüş heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi: “Danışıqlar qeyd-şərtsiz bərpa edildi. Ümid edirəm ki, danışıqlar nəticəsində biz məsələnin həllinə nail ola bilərik. Əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir. Aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Hesab edirəm, bu məğlubiyyət onlar üçün yaxşı dərs olmalıdır, bir daha bütün dünyaya göstərməlidir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.
Aprel qələbəmizdən sonra Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında vaxtilə işğal altında olmuş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada dalğalanacaqdır. Bunu deməyə əsas verən Azərbaycan xalqının əyilməz iradəsidir, Azərbaycan rəhbərliyinin siyasətidir”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin üzvü Elman Məmmədov da bildirib ki, 2017-ci il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir sıra məqamları ilə yadda qaldı. Millət vəkili 2016-cı ilin aprelində Ermənistanın işğalçı ordusunun təxribatlarına verilən cavabların 2017-ci ildəki prosesə mühüm təsirlər göstərdiyini önə çəkib. Onun sözlərinə görə, Silahlı Qüvvələrimizin gücü, ordumuzun uğurları erməniləri yenidən qeyd-şərtsiz olaraq danışıqlar masasına qaytarıb: “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin tam olaraq Azərbaycan dövlətinin nəzarətinə keçməsi, Lələtəpənin işğaldan azad edilməsi münaqişənin həlli ilə bağlı yeni mərhələnin başlanğıcını qoydu. Ölkə Prezidentinin rəhbərliyi ilə aparılan xarici siyasət kursu isə beynəlxalq aləmdə ölkəmizin ədalətli mövqeyinin növbəti dəfə dəstəklənməsinə yol açdı. Təbii ki, Azərbaycan dövləti hər zaman öz sülhpərvərliyini nümayiş etdirir. Bununla yanaşı, ermənilər Azərbaycan ordusunun gücünü və Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı azad etmək qüdrətinə malik olduqlarını bilir. İnanıram ki, 2018-ci ildə münaqişə sülh yolu ilə həll ediləcək və ölkəmizin ərazi bütövlüyü təmin olunacaq”.
Milli Məclisin üzvü Flora Qasımova da 2017-ci ilin mühüm nailiyyətlər ili olduğunu dilə gətirib. Onun sözlərinə görə, Avropanın aparıcı təşkilatlarının, ən əsası isə Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsini özündə əks etdirən bəyanatı xarici siyasətimizin növbəti uğuru kimi yadda qaldı. Millət vəkili bildirib ki, Azərbaycan dövlətinin apardığı siyasi kurs Azərbaycan torpaqlarının işğaldan azad olunmasını təmin edəcək: “Bu gün Azərbaycan əlində olan iqtisadi imkanlardan istifadə edərək öz müdafiə sənayesini, hərbi gücünü, ordunun təchizatını yeniləyir, müasirləşdirir. Azərbaycan ordusu günü-gündən güclənir və bu da işğalçı Ermənistan tərəfindən olduqca təlaşla qarşılanır. Məhz bu təlaşın nəticəsi idi ki, düşmən cəbhə xəttində mütəmadi olaraq təxribatlar törədirdi. Azərbaycan ordusunun layiqli cavabı onları yenidən danışıqlar masasına oturmağa məcbur etdi. Əminəm ki, 2018-ci il Azərbaycan dövləti üçün mühüm uğurları ilə müşayiət olunacaq. Azərbaycan bayrağı Şuşa, Xankəndi və digər rayonlarımızda da dalğalanacaq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

