/ / Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin Davosdakı çıxışı Azərbaycanla bağlı qərəzli məlumatlar yayanlara tutarlı cavab oldu
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin Davosdakı çıxışı Azərbaycanla bağlı qərəzli məlumatlar yayanlara tutarlı cavab oldu
25.01.2018 [10:16]
Bu gün bütün dünyanın diqqəti Davosa yönəlib. Artıq 48-ci dəfədir ki, keçirilən Davos Dünya İqtisadi Forumunda bir çox mühüm məsələlər müzakirə edilir. Ümumiyyətlə, bu Forum ölkəmiz üçün xüsusi önəm kəsb edir. Çünki Azərbaycan da bu beynəlxalq tədbirdə təmsil olunur. Prezident İlham Əliyev Forum çərçivəsində mühüm görüşlər keçirir, qarşılıqlı faydalı müzakirələr aparılır. Bu görüşlər zamanı ölkəmizin gələcək inkişafı, yeni əməkdaşlıq imkanları ilə bağlı mühüm razılaşmalar əldə edilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə deyib ki, Davos Forumu çərçivəsində dövlətimizin başçısının “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda səsləndirdiyi fikirləri, “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada iştirakını xüsusi olaraq vurğulamaq lazımdır. Bu Forum bizim üçün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha doğru şəkildə çatdırılması baxımından böyük önəm daşıyır.
“Ölkəmiz uzun illərdir ki, Davos İqtisadi Forumu ilə uğurla əməkdaşlıq edir. Bu əməkdaşlıq bir sıra sahələri əhatə edir. Azərbaycan həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində regionda və dünyada sülhün və təhlükəsizliyin təminatına mühüm töhfələr verir. Bununla yanaşı, ölkəmiz öz iqtisadi inkişafını təmin etməklə yanaşı, regional və qlobal inkişafa da dəstək verir. Bu reallığı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr də təsdiq edir. Qeyd etdiklərimizin məntiqi nəticəsi olaraq Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə rəqabətqabiliyyətliliyinə görə 2 pillə irəliləyib və dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Əlbəttə, bu amil bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır”, - deyə o qeyd edib.
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, hazırda Azərbaycanın müstəqil siyasət yürütməsi bir sıra dairələrdə qısqanclıq yaradır: “Sözsüz ki, Qərbdə bir sıra qüvvələr ölkəmizin artan nüfuzuna, uğurlu xarici siyasət kursuna mane olmağa cəhdlər göstərirlər, əsası olmayan dezinformasiyalar yayırlar. Lakin bütün bunlar reallıqlara söykənmir, qərəzli və qeyri-obyektiv xarakter daşıyır. Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında aparıcının suallarını cavablandıran Prezident İlham Əliyev bu cür dairələrin əsassız iddialarını ifşa etdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda bütün fundamental azadlıqlar, mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır”.
“İki sahil” qəzetinin baş redaktoru bu cür qərəzli yanaşmaları siyasi motivlərlə əlaqələndirib: “Əgər sənin ölkənin milli maraqları bəzi dairələrin maraqları ilə toqquşursa, o zaman haqsız tənqidlərə, təzyiqlərə məruz qalırsan. Guya Azərbaycanda söz azadlığı, fikir sərbəstliyi yoxdur. Bunların hamısı cəfəngiyatdır. Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur və dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirir. Azərbaycanda söz və mətbuat azadlığının olmaması barədə uydurmalar Qərbdəki müəyyən siyasi qrupların fəaliyyətinin məhsuludur. Hesab edirəm ki, dövlətimizin başçısının dərin məzmunlu, faktlara əsaslanan bu fikirləri Azərbaycanla bağlı qərəzli məlumatlar yayanlara tutarlı cavab oldu”.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52

