Azərbaycanda həyata keçirilən hüquqi islahatlar beynəlxalq miqyasda təqdir olunur
26.01.2018 [10:07]
Avropa Şurasının baş katibi Torbyorn Yaqland ölkəmizdə aparılan hüquqi islahatları yüksək qiymətləndirib, onların əhəmiyyətli irəliləyiş olduğunu vurğulayıb
Azərbaycan Respublikası milli iqtisadi inkişaf modelinə malik olan, dinamik inkişaf edən, eyni zamanda, demokratik siyasi sistemə sahib olan dövlətdir. Müstəqillik dövründə ölkəmizin iqtisadiyyatın tərəqqisi, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığı uğurlar olduqca müstəsna əhəmiyyət kəsb edir. Bu uğurun əsasında isə iqtisadi, siyasi və hüquqi islahatların paralel aparılması dayanır.
Demokratik inkişaf istiqamətində mühüm nailiyyətlər əldə edilib
Ölkəmizdə həyata keçirilən islahatlar ardıcıl və kompleks xarakter daşıyır, milli gücün - dövlətin qüdrətinin artmasında ifadə olunur. Buna paralel olaraq həyata keçirilən institusional islahatlar demokratik inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə prosesi 2003-cü ildən etibarən yeni keyfiyyətdə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirib. Nəticə etibarilə, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu uğurla başa çatıb. Bu istiqamətdə əldə edilmiş nailiyyətlərdən biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Bütövlükdə, respublikada demokratiya quruculuğu yetkin mərhələyə qədəm qoyub.
Hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi istiqamətində islahatlar ardıcıl xarakter daşıyır
Bunlarla yanaşı, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür. Ölkəmizdə insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur. Eyni zamanda, hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi istiqamətində islahatlar ardıcıl xarakter daşıyır. Məhz 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referenduma çıxarılan məsələlər də islahatlar kursunun tərkib hissəsini təşkil edib. Ekspertlərin qənaətinə görə, ölkəmizdə baş tutan sonuncu ümumxalq səsverməsi inkişafın ortaya çıxardığı reallıqlardan və zərurətdən qaynaqlanıb. Yəni Azərbaycan inkişaf etdikcə yeni reallıqlar və tələblər ortaya çıxıb, bu zamana qədər həyata keçirilən islahatların müasir çağırışlara uyğun olaraq davam etdirilməsi zərurətə çevrilib. Bu baxımdan əminliklə söyləmək olar ki, Konstitusiya islahatları Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfələr verib.
Təsadüfi deyil ki, Azərbaycanda həyata keçirilən hüquqi islahatlar beynəlxalq miqyasda da təqdir olunur. Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxış edən baş katib Torbyorn Yaqland Azərbaycanda son dövrdə aparılmış hüquqi islahatları yüksək qiymətləndirib, onların əhəmiyyətli irəliləyiş olduğunu vurğulayıb.
Azərbaycan müasir demokratik ölkə imicinə malikdir
Göründüyü kimi, müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları, o cümlədən bu gün Azərbaycanla tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olan Avropa Şurası kimi qurumlar ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını, həmçinin demokratik inkişafa xidmət edən davamlı islahatları yüksək qiymətləndirir, Azərbaycanın demokratiya yoluna sadiq olduğunu əminliklə bəyan edirlər. Ümumi qənaət budur ki, reallaşdırılan kompleks islahatlar Azərbaycanın dinamik inkişafının, əsaslı ictimai-siyasi sabitliyin davamlı olacağına əminlik yaradır. Bütövlükdə, dünya ictimaiyyəti Azərbaycanda demokratik inkişafa xidmət edən addımları təqdirəlayiq hal kimi xarakterizə edir.
Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatçısıdır
Digər tərəfdən, Azərbaycan həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatçısıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib, hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Prezident İlham Əliyev 2006-cı ildə insan hüquqları ilə bağlı Milli Fəaliyyət Planını, 2011-ci ildə isə Milli Fəaliyyət Proqramını təsdiq edib. 2012-ci ilin dekabrında təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli şəkildə qorunması üçün yeni imkanlar açır.
Nəticə etibarilə, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin də effektivliyi və səmərəliliyini şərtləndirir. Odur ki, bütün bunların fonunda Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

