Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: İnanırıq ki, YAP gəncləri dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərində qələbə qazanmasına töhfə verəcəklər

Əli Əhmədov: İnanırıq ki, YAP gəncləri dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərində qələbə qazanmasına töhfə verəcəklər

02.02.2018 [10:09]

İnanırıq ki, Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərində qələbə qazanmasına töhfələrini verəcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikri Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov 2 fevral - Gənclər Günü münasibətilə YAP gəncləri ilə keçirilən görüşdə deyib.
Bu il keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin dövlətimizin başçısı İlham Əliyev olduğunu vurğulayan Əli Əhmədov deyib: “İnanırıq ki, Yeni Azərbaycan Partiyasının üzvü olan gənclər seçkilərdə YAP-ın namizədinin - Prezident İlham Əliyevin qələbəyə nail olması üçün öz töhfələrini verəcəklər”.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31