Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar insanların rahat yaşamasına yönəldilib
07.02.2018 [10:13]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 51-ci kitabı çapdan çıxıb
Bizim siyasətimizin mərkəzində insan amili dayanır, çünki sosialyönümlüdür və Azərbaycanda aparılan islahatlar insanların rahat yaşamasına yönəldilib. Əlbəttə, ağır vəziyyətə düşmüş vətəndaşlarımızın problemlərinin həlli bizim üçün həmişə olduğu kimi, prioritetdir. Dövlətimiz güclü dövlətdir, biz istənilən sınaqdan şərəflə çıxa bilirik və təcrübə də bunu göstərmişdir.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 51-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2012-ci il mayın 9-da Zaqatala rayonunda zəlzələ ilə bağlı yaradılan qərargahda keçirilmiş müşavirədə çıxış edərkən söyləyib.
Çoxcildliyin 51-ci kitabı Prezident İlham Əliyevin Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransının açılış mərasimində iştirakına dair informasiya ilə başlanır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 51-ci kitabındakı materiallar 2012-ci ilin aprel ayından iyuladək olan dövrü əhatə edir.
Bu cilddə dövlətimizin başçısının Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü ilə bağlı tədbirdə və BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında iştirak etmək üçün Nyu-Yorka, NATO-nun sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfərlərinə, Rusiya Federasiyasına, Türkiyə Respublikasına işgüzar səfərlərinə, İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi sammitində iştirakına dair materiallar toplanıb.
Azərbaycan Prezidentinin ölkəmizə səfər etmiş Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy ilə görüşü, habelə İsrail, Rusiya, İordaniya, Bolqarıstan, Türkiyə, Ukrayna, Andorra, Almaniya, Böyük Britaniya, ABŞ, Niderland və başqa dövlətlərin, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Dünya Bankı və digər nüfuzlu qurumların yüksək vəzifəli şəxslərini qəbul etməsi barədə materiallar da nəşrin bu cildində yer alıb.
Nəşrin bu cildinə Prezident İlham Əliyevin Sumqayıt şəhərinə, həmçinin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün təbii fəlakət bölgəsinə, o cümlədən Zaqatalaya səfərlərinə, habelə Naxçıvan Muxtar Respublikasına səfərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, bir sıra mədəni-məişət, sosial və sənaye müəssisələrinin açılışında iştirakına dair materiallar da daxil edilib.
Kitabda dövlətimizin başçısının Azərbaycanın uğurlu daxili və xarici siyasətinə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafının həyata keçirilməsinə, cəmiyyətimizin müasirləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə, ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb.
Nəşrdə Azərbaycan Prezidentinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, o cümlədən “İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu” mövzusunda beynəlxalq konfransın, “Rusiya-Azərbaycan dialoqu-2012” III Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciətləri yer alıb.
Bu cilddə Prezident İlham Əliyevin Koreya Respublikasının nüfuzlu “Diplomacy” jurnalına müsahibəsinin mətni də verilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 51-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03

