/ / Hikmət Hacıyev: Ermənistan dünya ictimaiyyətini çaşdırmaq əvəzinə beynəlxalq öhdəliklərini yerinə yetirməlidir
Hikmət Hacıyev: Ermənistan dünya ictimaiyyətini çaşdırmaq əvəzinə beynəlxalq öhdəliklərini yerinə yetirməlidir
23.02.2018 [10:05]
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa Parlamentində çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar faktları, beynəlxalq hüququn norma və prinsiplərini təhrif etmək və cəfəng iddialar irəli sürməklə məşğuldur. Biz yenə də Ermənistan xarici işlər nazirini beynəlxalq hüquq və Helsinki Yekun Aktı barədə maarifləndirmək məcburiyyətindəyik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Edvard Nalbandyanın Avropa Parlamenti xarici əlaqələr komitəsində 21 fevral tarixli çıxışını şərh edərək bildirib.
Hikmət Hacıyev deyib ki, dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət müasir beynəlxalq münasibətlərin təməlini təşkil edir. Bunun əksi beynəlxalq münasibətlərdə xaos və keçən əsrin 30-cu və 40-cı illərinə qayıtmaq deməkdir. Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın aqressiv erməni separatizmi meyilləri əsasında birtərəfli qaydada Azərbaycandan ayrılması cəhdlərinin SSRİ qanunlarına zidd olması ali Konstitusiya səviyyəsində təsdiqlənib. Azərbaycan müstəqillik əldə edəndə həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu. “Uti possidetis” prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycan müstəqilliyini əldə etməmişdən əvvəl sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan edib. Həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zorakılıq, terror və Dağlıq Qarabağın köklü Azərbaycan icmasının etnik təmizlənməsi ilə müşayiət olunub, SSRİ-nin süqutundan sonra Ermənistanın Azərbaycana qarşı açıq müharibəsi ilə davam edib və Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. İşğal olunmuş ərazilərdə və Ermənistan ərazisində köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törədilib. Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistan xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipindən sui-istifadə edir və onu təhrif edir.
Əslində, bunun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (sonra ATƏT) Yekun Aktı (Helsinki Yekun Aktı) və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar (jus cogens) daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur.
XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib ki, MDB-nin yaranmasına dair 21 dekabr 1991-ci il tarixli Alma-Ata bəyanatına əsasən Ermənistan Azərbaycan və digər keçmiş SSRİ respublikalarının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını tanımağa və hörmət etməyə dair öhdəlik qəbul edib. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı müvafiq qətnamələrində də təsdiqlənib və bundan sonra bu mövqe müxtəlif beynəlxalq səviyyələrdə dəfələrlə bəyan edilib. Qeyd etmək vacibdir ki, Dağlıq Qarabağ ermənilərinin birtərəfli olaraq “müstəqillik” elan etməsindən sonra BMT Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanıyan və Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsbit edən və ərazi əldə etmək üçün gücdən istifadənin yolverilməz olduğunu vurğulayan Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Həmçinin Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb olunub. Ermənistan xarici işlər naziri ölkəsinin Azərbaycana qarşı ərazi iddiaları və hərbi gücdən istifadəsinə bəraət qazandırmaq üçün beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı institutlarının sənədlərini təhrif etməkdən çəkinmir. SSRİ-nin dağılması ilə əlaqədar 10 dekabr 1991-ci il tarixli bəyanatında Avropa İttifaqı Helsinki Yekun Aktına hörmət edilməsinin vacibliyini vurğulayaraq qeyd edib: “Bu müddəalara əsasən Avropadakı bütün dövlətlərin sərhədləri toxunulmazdır və yalnız sülh yolu və ya razılıq əsasında dəyişdirilə bilər”. Bundan sonra Avropa İttifaqı Şurası Şərqi Avropa və keçmiş SSRİ dövlətlərinin tanınmasına dair rəhbər sənədində dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipini bir daha təsbit edib.
Ermənistan xarici işlər nazirinin istinad etdiyi BMT Nizamnaməsi və Helsinki Yekun Aktında gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır və güc yolu ilə ərazi əldə edilməsini qadağan edir. Bu məqsədlə Helsinki Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib. Nəticə etibarilə, bunlar Helsinki Yekun Aktında ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl prinsiplər kimi müəyyən olunub. Helsinki Yekun Aktının 8-ci bəndində isə öz müqəddəratını təyinetmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsi təsbit edilib.
Hikmət Hacıyev deyib ki, Ermənistan xarici işlər naziri çıxışında intensiv danışıqlara və gərginliyin azaldılması məsələlərinə də toxunur. Gərginliyin əsas səbəbi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur. Gərginliyin və hərbi risk amilinin aradan qaldırılması üçün Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması lazımdır.
Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.
Öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə Ermənistan Azərbaycan ərazilərinin işğalı, etnik təmizləmə siyasətini dayandırmalı və münaqişənin həlli prosesində beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda davamlı sülh və təhlükəsizlik bərqərar olar.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

