/ / Azər Badamov: Ölkəmizdə turizm sektoru qeyri-neft iqtisadiyyatının üstün inkişaf edən istiqamətlərindən biridir
Azər Badamov: Ölkəmizdə turizm sektoru qeyri-neft iqtisadiyyatının üstün inkişaf edən istiqamətlərindən biridir
06.03.2018 [10:20]
“Son illərdə Azərbaycanda reallaşdırılan məqsədyönlü siyasət sayəsində qeyri-neft iqtisadiyyatının üstün inkişaf edən istiqamətlərindən biri turizm sektorudur”. Bu fikri www.yap.org.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.
A.Badamov bildirib ki, ölkəmizdəki möhkəm daxili sabitlik, füsunkar təbiət, bütün respublikada yaradılan müasir infrastruktur və bu kimi digər amillər Azərbaycanı xarici turistlər üçün cəlbedici məkana çevirib. Onun sözlərinə görə, əlverişli coğrafi-iqlim xüsusiyyətləri respublikamızda ilin bütün fəsillərində turizm sektorundan bəhrələnməyə imkan verir.
“Təsadüfi deyil ki, regionlarda müxtəlif marşrutlar üzərində yerləşən turistyerləşdirmə obyektlərində həm yay, həm də qış mövsümündə böyük qələbəlik yaşanır. Bundan başqa, respublikamızın ərazisi müalicəvi məkanlarla da zəngindir və turistlər ölkəmizə həm də şəfa tapmaq məqsədilə üz tuturlar. Təbii amillərlə yanaşı, son illərdə dövlət tərəfindən ardıcıl şəkildə dəstək tədbirlərinin görülməsi də respublika miqyasında turizm sektorunun inkişafına müsbət təsir göstərib. Bu sırada ölkəmizin regionlarının turizm potensialının xaricdə tanıdılmasının, bölgələr üzrə cəlbedici turizm marşrutlarının yaradılmasının, xidmət mədəniyyətinin yüksəldilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Həmçinin son illərdə müvafiq qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılıb, o cümlədən ölkəyə gəlib-getmə qaydaları sadələşdirilib, ASAN viza sisteminin tətbiqinə başlanılıb. 2016-cı il 6 dekabr tarixli müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və onun 11 aparıcı istiqaməti üzrə strateji yol xəritələrindən biri də məhz turizm sektorunu əhatə edir. Bəhs olunan strateji sənəddə respublikamızın turizm potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yaxın, orta və uzunmüddətli perspektiv üçün konkret hədəflər müəyyənləşdirilib”, - deyə komitə üzvü qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 13:19
Gündəm
31 Avqust 13:08
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31

