Siyasətin əxlaqı, yaxud radikal müxalifətin siyasi əxlaq problemi
10.03.2018 [00:55]
Xarici ölkələrdə “dissidentlik” arzusu ilə alışıb-yanan bəzi antimilli ünsürlərin sosial şəbəkələrdəki “əxlaqsız siyasətbazlığı” sosial həyata təcavüzdür
Dünyanın demokratik, inkişaf etmiş ölkələrinin təcrübəsindən də bildiyimiz kimi, siyasi müxalifət öz təşəbbüsləri, irəli sürdükləri alternativ inkişaf proqramları ilə cəmiyyətin, dövlətin inkişafına töhfə verirlər. Azərbaycan siyasi palitrasının “qarınaltı yükü”nə çevrilmiş radikal müxalifət partiyaları isə xalqının maraqlarını qorumaq, seçicisinin etimadını qazanmaqdansa, bir sıra ermənipərəst mərkəzlərin çirkin, ölkəmizin mənafeyinə zidd olan oyunlarında yer almağı daha üstün tutur. Bu təşkilatlar fəaliyyətlərini yalnız “qara piar”, şər, böhtan kampaniyaları, eləcə də qeyri-əxlaqi mübarizə vasitələri əsasında qurur, siyasi mübarizə anlayışını qeyri-sivil metodlarda axtarır, əksər hallarda ölkənin qanunlarını pozmağı, təxribatlar törətməyi fəaliyyətlərinin başlıca qayəsi hesab edirlər. Bu zaman hətta adi siyasi etiket qaydalarına belə riayət etmir, mübarizəni əxlaq çərçivəsindən kənar vasitələrlə aparmağa üstünlük verirlər. Onların bu prinsip(sizliy)i isə ümumilikdə cəmiyyətin siyasi həyatına təzahür etməklə olduqca neqativ bir görüntü yaradır. Belələri anlamır ki, adını siyasətçi qoyan şəxs mütləq öz ambisiyalarını belə ədəb, əxlaq çərçivələrinə salmağı bacarmalı, “dissident” adı “qazanmaq” üçün qeyri-etik yollara baş vurmamalıdır. Bir şəkildə xarici ölkələrdə yuva salmağı bacaran, məhz “dissidentlik” arzusu ilə alışıb-yanan, əslində isə bir sıra antimilli qrupların sifarişləri əsasında fəaliyyət göstərən bəzi radikal ünsürlərin “əxlaqsız siyasətbazlığı” buna misal ola bilər.
Ermənipərəst qüvvələrin əlinə işləyən radikal ünsürlərin cəmiyyətin tanınmış ziyalılarına qarşı qeyri-əxlaqi davranış sərgiləmələri yolverilməzdir
Təəssüflə qeyd etməliyik ki, bu gün Azərbaycanın tanınmış ziyalıları, ölkəmizin sabit inkişafını arzulayan vətəndaşları, tutduğu mövqedən, ranqından asılı olmayaraq, ölkənin sosial rifahının, inkişafının uğrunda mübarizə aparmış, indi də bu yolda öz fəaliyyətini davam etdirən bir çox şəxslər həmin əxlaqsız siyasətbazların hədəfinə çevrilirlər. Xaricdə oturaraq ermənipərəst qüvvələrin əlinə işləyən, o cümlədən Azərbaycanda həmin dairələrin sifarişlərini yerinə yetirən radikal ünsürlərin cəmiyyətin tanınmış ziyalılarına qarşı bu cür qeyri-əxlaqi davranış sərgiləməsi onların əsl simasını cəmiyyətimizə nümayiş etdirir. Vurğulamaq lazımdır ki, bu gün insan hüquq və azadlıqlarının tam təmin olunduğu Azərbaycanda vətəndaşlarımıza azad seçim hüququ tanınır, hər bir Azərbaycan vətəndaşı azad şəkildə öz seçimini edir. İnsanların seçim hüququna qarşı hücum edən radikal kəsim isə öz əxlaqlarına uyğun şəkildə həmin ziyalıların, vətəndaşların seçiminə hörmətlə yanaşmır, əksinə, qeyri-etik ifadələrlə onları təhqirə məruz qoyur. Bu isə yolverilməzdir.
radikal müxalifətin və xaricdəki antimilli qrupların mənəvi deqredasiyası
Sirr deyil ki, son dövrlərdə sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməklə həm də sosial həyatımıza təzahür etməkdədir. Artıq sosial şəbəkələr informasiya məkanı, ünsiyyət vasitəsi, fikir mübadiləsi üçün geniş bir meydan statusu daşımaqdadır. Eyni zamanda, sosial şəbəkələr məişətimizin də ayrılmaz komponenti rolunda çıxış edir. AXCP sədri Əli Kərimli və onun himayə etdiyi qrupun sosial şəbəkələrdə qeyri-əxlaqi davranışları ümumilikdə cəmiyyətin sosial yaşamına təcavüz sayılmalıdır. Onların sosial şəbəkələrdə total qeyri-əxlaqi davranışları və təhqirləri cəmiyyət həyatına neqativlik aşılayır, sivil yaşama zidd xarakter daşıyır. Əlbəttə, Əli Kərimlinin rəhbərlik etdiyi sosial şəbəkə qrupunun təhqirlərə məruz qoyduğu şəxslərə qarşı hücumda sosial şəbəkələrdən istifadə etməsi bir daha onların qeyri-əxlaqi siyasi mübarizəyə əl atdıqlarını təsdiqləyir.
Görəsən, Azərbaycan cəmiyyətinin tanınmış şəxslərinə, ziyalılara qarşı bu qeyri-əxlaqi davranışları sərgiləyənlər güzgüdə özlərinə baxıblarmı? Şübhə yoxdur ki, bu gün Azərbaycan siyasətində özünü “sosial media qəhrəmanı” kimi təqdim etməyə çalışanların bəzilərinin davranışları, xüsusilə Əli Kərimliyə yaxınlığı ilə tanınan Qənimət Zahid, Azər Əhmədov, Natiq Ədilov, Xədicə İsmayıl və digərlərinin keçmişdə yaşanan məlum qalmaqalları onların hansı əxlaqi göstəricilərə malik olduqlarını açıq surətdə ortaya qoyur. Və bir daha aydın olur ki, bəzi məqamlarda yüksək postlara, hətta hakimiyyətə iddia edənlərin əxlaqları ilə bağlı ortaya çıxan reallıqlar sübut edir ki, onlar öz iddialarında ən azından mənəvi haqqa malik deyillər.
Öncə qeyd edilməlidir ki, hər kəsin özünün yaşam tərzi, əxlaq prinsipi var və insan fərd olaraq heç bir ictimai status daşımadığı təqdirdə onun davranışları yalnız ölkə qanunları əsasında tənzimlənir. Amma “ictimai status” daşıdığını iddia edənlər ölkə qanunları ilə yanaşı, yaşamında, həyat tərzində bir qədər ictimai məsuliyyətlərini dərk etməlidirlər. Amma görünən odur ki, AXCP sədri Əli Kərimli və ətrafındakılar bu reallığı dərk etmək fikrindən uzaqdırlar. Nə qədər təəssüfverici olsa da, bu, müxalifətin çılpaq obrazıdır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31

