/ / Moldova Prezidenti: Azərbaycanla imzaladığımız 53 müqavilə əlaqələrimizin yaxşı səviyyəsindən xəbər verir
Moldova Prezidenti: Azərbaycanla imzaladığımız 53 müqavilə əlaqələrimizin yaxşı səviyyəsindən xəbər verir
20.03.2018 [09:26]
Moldova Respublikasının Prezidenti İqor Dodon AZƏRTAC-a məxsusi müsahibəsində ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərini bölüşüb
Moldova ilə Azərbaycan arasında ənənəvi dostluq əlaqələri mövcuddur. Ötən il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olundu. Praktiki olaraq bütün sahələri əhatə edən dövlətlərarası 53 müqavilə imzalamışıq. Bu, əlaqələrimizin yaxşı səviyyəsindən xəbər verir.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Moldova Respublikasının Prezidenti İqor Dodon deyib.
Yüksək səviyyədə əlaqələrin inkişaf etdiyini söyləyən Prezident İqor Dodon ötən il ölkəmizə işgüzar səfərindən danışıb, Prezident İlham Əliyev ilə bir sıra beynəlxalq tədbirlər çərçivəsində görüşdüklərini xatırladıb: “Qısa müddətdə bizim çox səmimi, isti dostluq münasibətlərimiz yaranıb. İkitərəfli əlaqələri konstruktiv şəkildə müzakirə edirik”.
Ticarət dövriyyəsində müsbət dinamikanın hiss olunduğunu qeyd edən Prezident İqor Dodon bildirib ki, bu sahədə ardıcıl olaraq iki ildir 30 faiz inkişaf müşahidə edilir: “İkitərəfli əlaqələrimiz yeni məcrada genişlənməkdə davam edir. Düşünürəm ki, bizim Avropa İttifaqı ilə ticarət haqqında sazişimizə əsasən Moldova azərbaycanlı investorlar üçün maraqlı ola bilər. Avropa ilə azad ticarətimiz mövcuddur. Eyni zamanda, biz MDB ölkələri ilə də sərbəst ticarəti saxlamışıq. Avropa bazarına, eləcə də digər istiqamətlərə hərəkət etmək baxımından Moldova əhəmiyyətli meydan ola bilər”, - deyə Prezident vurğulayıb.
İki ölkə arasındakı iqtisadi münasibətlərin perspektivlərinə toxunan Moldova dövlətinin başçısı ölkəsinin Azərbaycana kənd təsərrüfatı sənayesi kompleksində əməkdaşlıq təklif edə biləcəyini söyləyib: “Əlbəttə, Azərbaycanda da son zamanlar aqrar sektor sürətlə inkişaf edir. Bilirəm ki, kənd təsərrüfatına investisiya yatırılması ilə bağlı ölkənizdə Dövlət proqramı mövcuddur. Biz bu sahədə də təcrübə mübadiləsi apara bilərik”.
Heydər Əliyev Fondunun fəaliyyəti ilə yaxından tanış olduğunu qeyd edən Moldova Prezidenti deyib: “Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə həyata keçirilən layihələrdən xəbərdarıq. Fond dünyada bir sıra humanitar layihələr reallaşdırır, xeyirxah işlər görür. Biz Qaqauziyada Heydər Əliyev Fondunun maliyyələşdirdiyi sosial layihəyə başlamışıq. Bir neçə gün öncə təməlqoyma mərasimi oldu. İlin sonunadək bu layihə başa çatacaq”.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələrdən danışan Prezident İqor Dodon ölkəsinin bu enerji layihələrində maraqlı olduğunu vurğulayıb: “Biz demək olar ki, 100 faiz qaz və elektrik enerjisini idxal edirik. Enerji resurslarına ehtiyacımız var. Tranzit sahəsində, yəni çatdırılmada bəzi problemlər ola bilər. Lakin zənnimcə, müəyyən sxemlər tapmaq mümkün olacaq”.
“Cənub Qaz Dəhlizi” layihəsi barədə fikirlərini bölüşən Prezident layihəni maraqlı, kifayət qədər perspektivli gördüyünü bildirərək deyib: “Təəssüf ki, layihə bizim ölkədən bir qədər uzaqdır. Lakin layihə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir. Ümid edirik ki, onun bizə də faydası dəyəcək”.
Prezident İqor Dodon Bakı-Tbilisi-Qars dəmiryolu xətti barədə də eyni fikirləri bildirib. Qeyd edib ki, həyata keçirilən infrastruktur layihələri ölkələrimiz arasında ticarətin inkişafı üçün çox ciddi stimuldur: “Prezident İlham Əliyev ilə söhbətimiz zamanı regionda reallaşdırılan digər layihələr barədə də danışdıq. Bu layihələrin iqtisadiyyatın genişləndirilməsinə şərait yaradacağını vurğuladıq. Düşünürəm ki, Moldova Respublikası da bu layihələrdən əlavə mənfəət əldə edəcək. Layihələr Ukraynaya, Qara dənizə qədər uzanır. Biz də yaxınlıqda yerləşən ölkə kimi bu layihələrdə iştirak üçün bütün imkanlardan istifadə edəcəyik”.
Ölkələrimizin MDB çərçivəsində də fəal əməkdaşlıq etdiyini söyləyən Moldova dövlətinin başçısı bu istiqamətdə əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayaraq deyib ki, əsas məsələ siyasi sabitlikdir. Dünya praktikasına baxsaq görərik ki, ölkə yalnız siyasi sabitlik təmin edildiyi halda irəli addımlaya, inkişaf edə bilər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İqor Dodon problemin həlli yolunun tapılacağına ümidvar olduğunu bildirib: “Biz də oxşar problemdən əziyyət çəkdiyimiz üçün sizi yaxşı başa düşürük”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

